Dünya
“Ermənistanda seçkilər idarə olunandır”
“Artıq Ermənistan ictimaiyyəti, cəmiyyəti dərk edir ki, onları Dağlıq Qarabağdan gəlib, hakimiyyəti zəbt etmiş bir qrup cinayətkar idarə edir və bu idarəetmə onları fəlakətə gətirib çıxarıb. Bu baxımdan Ermənistanda müxtəlif partiyalar, qruplaşmalar, cəmiyyətlər, təşkilatlar Sarkisyan hakimiyyətinə qarşı ayağa qalxaraq etirazlarını bildirirlər”. Bunu deputat Elman Məmmədov deyib.
Aşot Manuçaryan: “Bu, hakimiyyətin total eşşəklik xarakteridir”
Ermənistanda keçiriləcək parlament seçkiləri iistiqamətində yaradılmış “Mənəvi Ermənistan” təşəbbüs qrupunun rəhbəri Aşot Manuçaryaın fikrincə, ölkədəki digər təşəbbüs qrupları ilə birləşmə prosesi gedir və yaxın günlərdə birgə fəaliyyət göstəriləcək. Manuçaryan bu barədə 1in.am saytına danışıb. O, qeyd edib ki, “Mənəvi Ermənistan” təşəbbüs qrupunun rəhbərinin fikrincə, ermənilərin birləşməsini nəzərdə tutan layihə barədə bütün partiyalara, təşkilatlara məlumat verilib. “Konsolidasiya hazırda bizim üçün imperativə çevrilib”-deyə qrupun rəhbəri bildirib.
Xaricdə yaşayan Türkiyə vətəndaşları səs verməyə başladı
Xaricdə yaşayan Türkiyə vətəndaşlarının konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs vermə prosesi başlayıb. Bu barədə Trend Türkiyənin Ali Seçki Şurasına istinadən məlumat verir.
Gülən Kanadaya qaçır
Türkiyəin Ədalət naziri Bekir Bozdağ “ Fətullah Gülənin Kanadaya qaçacağı haqqında əlimizdə məlumat var. Biz bu informasiyanı Kanada Ədalət nazirliyinə də bildirmişik. Gülən Kanada da böyük bir ərazi aldığını və buraya yerləşmək istədiyini qarçı tərəfə bildirmişik” – deyib.
ABŞ-dan xain ADDIM: Türkiyə sərhədində yeni dövlət yaratdı
ABŞ İraq və Suriyada “böyük kürd dövləti”nin yaradılması ilə bağlı YPG (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı - red.) ilə razılığa gəlib.
"Sarkisyanın Ermənistanda da qətliam etməsi gözləniləndir”
“Ermənistanın daxilində ziddiyyətlər yeni başlamayıb, sadəcə bu proses aprel ayında keçiriləcək seçkidə daha dinamik hal alıb. Bildiyiniz kimi, Ermənistanda Serj Sarkisyana qarşı etirazlar daha da güclənir”. Bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib.
22 terrorçu məhv edildi
Türkiyənin Yüksekova vilayətində İkiyaka daölarında PKK terror qruplaşması ilə təhlükəsizlik qüvvələri arasında silahlı insident yaşanıb. 25 martda başlayan əməliyyat ötən günə qədər davam edən əməliyyat zamanı 22 PKK terrorçusu məhv edilib. “Olaylar” “SadeceHaber” - ə istinadən bildirir ki, silahlı insident zamanı ağır yaralanan 33 yaşlı Gökhan Altınalan Hakkari Dövlət xəstəxanasına aparılsada, şəhid olub.
Müsəlman qadınlar terrora qarşı
İngiltərənin paytaxtı Londonda ötən həftə baş vertmiş terror hadisəsi ilə əlaqədar olaraq bir qrup müsəlman qadınlar Westminster Köprüsü əl - ələ tutaraq dünyaya sülh mesajı veriblər. “Olaylar” Miliyyet” - ə istinadənn bildirir ki, müsəlman qadınlar ümidin simvolu olaraq, mavi hicabdan istifadə edərək, 5 dəqiqə körpü üzərində əl -ələ tutaraq terror hadisəsi zamanı həyatını itirən insanları yad ediblər. Aksiyanın “Kadınlar Yürüyüşü” təşkilatı tərəfindən həyata keçirildiyi vurğulanır.
Fransa prezidenti İngiltərəni hədələdi
Fransa prezidenti Fransua Olland qonşu İngiltərəni hədələyib. “OLAYLAR”-ın xəbərinə görə, Avropa Birliyinin qurulmasına dair 1957-ci il anlaşmasının 60 illiyi ilə bağlı Romada keçirilən AB-yə üzv ölkələrin dövlət və hökumət başçılarının toplantısından sonra mətbuata verdiyi açıqlamada Olland İngiltərənin ünvanına sərt ifadələr səsləndirib. Londonun AB-dən çıxmasını xəyanət kimi dəyərləndirən Fransa prezidenti bildirib ki, İngiltərə atmış olduğu bu addımın cəzasını çəkməlidir: “İngiltərə AB-dən çıxması ilə quruma vurduğu zərərin qarşılığını məcburən ödəməlidir”.
Qanlı sıyıq ssenarisi və hücum HAZIRLIĞI
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ və Almaniya fondlarının onu devirmək üçün kisələrinin ağzını açdığını bəyan etdi. Bu açıqlama müxalifətin martın 25-də təyin etdiyi mitinq öncəsi verilmişdi. Və hesab etmək olardı ki, Lukaşenko mitinq öncəsi əhalini qorxutmaq gedişi edir. Lakin deyəsən məsələ bu dəfə kifayət qədər ciddidir.
9 yaşında zorlanıb, ölən qız: "Ana, bunları necə unudacam?"
Onu zorlayan şəxslə məhkəmədə qarşılaşmağa dözə bilmədiyinə görə infarkt keçirərək ölən 9 yaşlı Yağmur K.-nın ailəsi ilk dəfə jurnalistlərə açıqlama verib.
Rusiyadan Türkiyə xəbərdarlığı
Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi xarici ölkələrə səfər edən ölkə vətəndaşları üçün bir sıra tövsiyələrdə bulunub. “OLAYLAR”-ın xəbərinə görə, süsusilə, Türkiyəyə səfər edəcək ruslara bir sıra vacib məqamlara diqqət etmələri məsləhət görülüb.
Ticarət mərkəzində eskalator şoku: 17 yaralı - VİDEO
Məşhur ticarət mərkəzindəki eskalatorlardan biri qəflətən sıradan çıxanda yüzlərlə insan bir-birinə dəyib. Olay Çinin Honkonq şəhərindəki "Mong Kok" ticarət mərkəzində yaşanıb. Şəhərin Lanqhem Pleys səmtindəki bu molldakı 45 metrlik eskalatorun qəflətən sıradan çıxması nəticəsində lent sürətlənib və 17 nəfər yaralanıb.
İŞİD Britaniyada turizmi vurdu
Ötən il Fransada və Belçikada terror aktlarından sonra Avropa Birliyi ölkələrinin tam əksəriyyətində turizm axını zəifləyib. Turistlər Parisdə, Brüsseldə asudə dolaşmağa qorxurlar.
Tramp: "Bir çoxları sərhədi keçməyə cəhd belə etmir"
ABŞ-a qeyri-qanuni miqrant axını azalıb. Bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Tvitter" səhifəsində yazıb. "Daxili təhlükəsizlik naziri Con Kelli sərhəddə böyük işlər görür. Miqrantların sayı olduqca azalıb. Bir çoxları sərhədi keçməyə cəhd belə etmir", D.Tramp yazıb.














