Dünya

Rusiyada şir məktəbliyə hücum edib

25 Aprel 2017 13:18

Rusiyanın Saratov vilayətində şir 15 yaşlı məktəbli oğlana hücum edib. Yeniyetmə xəstəxanaya yerləşdirilib. Hadisə ötən gün axşam Engels şəhərində baş verib.

Tramp inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını kəskin azaltmaq istəyir

25 Aprel 2017 13:16

ABŞ prezidenti Donald Tramp inkişaf etməkdə olan ölkələrə ayrılan maliyyə yardımını kəskin azaltmaq istəyir. Ağ Ev administrasiyasının büdcə təklifi xarici yardımın üçdə birinin ixtisarını nəzərdə tutur. Dövlət katibliyinin 15 səhifəlik sənədinə əsasən inkişaf etməkdə olan olan ölkələrə ayrılan maliyyə vəsaiti ABŞ-ın milli təhlükəsizliyi ilə sıx əlaqədə olan sahələrə yönələcək. Bu yardımların çatdırılmasını icra edən ABŞ Beynəlxalq İnkişafa Yardım Agentliyinin (USAİD) dövlət katibliyinə birləşdirilməsi təklif edilir.

Burak Özçivit yenidən filmə çəkilir

25 Aprel 2017 13:12

Məşhur türk aktyor Burak Özçivit yenidən filmə çəkilir. Bu barədə məlumatı aktyorun özü şəxsi İnstaqram hesabında verib. Belə ki, Burak Özçivit, Murad Boz və Aslı Enverin baş rolları paylaşdığı "Kardeşim benim" filminin 2-cisi çəkilir. Filmin çəkilişlərinin yayda başlayacağı ehtimal olunur. 

Ermənistanda hərbi hissə yanır

25 Aprel 2017 13:10

Ermənistanda yerləşən hərbi hissələrdən birində yanğın başlayıb. Yanğın bu gün saat 09:23 radələrində Armavir vilayətinin Üçmüədzin şəhərinin "N" saylı hərbi hissənin cəbhəxanasında qeydə alınıb.

“İkinci Qəndil” darmadağın edildi

25 Aprel 2017 13:00

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Sincar bölgəsində PKK terror təşkilatına qarşı hava əməliyyatı təşkil edib.

Ərdoğan bir çox Avropa ölkəsinə rəsmi səfərə dəvət edilməyəcək

25 Aprel 2017 12:32

“Avropa ölkələri bir ağızdan deyirlər ki, Türkiyə ilə əməkdaşlıqda maraqlıdırlar, ancaq bu ölkənin prezidenti Rəcəb Təyyub Ərdoğanla münasibətləri istiləşdirmək fikirləri yoxdur”.

"Başqa yollarla məşhurlaşdım" - Müğənnidən maraqlı etiraf

25 Aprel 2017 12:27

Mətbuat mənsublarının qarşısına çıxan Hande Yener etdiyi açıqlamalarla gecəyə damğasını vurub. Müğənni etdiyi açıqlamada gənclərin artıq internet vasitəsilə səslərini hər kəsə dinlədə bildiklərini, onların zamanında belə bir imkanlarının olmadığını qeyd edib.

Venesuelada ÜSYAN: ölənlərin sayı 24-də çatdı

25 Aprel 2017 12:22

Venesuelada prezident Nikolas Maduraya qarşı etiraz aksiyaları davam edir. Baş prokurorluğun məlumatına görə, dünən baş verən qarşıdurmalarda daha üç nəfər həlak olub. Bununla da qarşıdurmalarda ölənlərin sayı 24 nəfərə çatıb, yüzlərlə insan yaralanıb.

Pakistanda partlayış

25 Aprel 2017 12:14

Pakistanda yol kənarında saxlanılan avtomobildə yerləşdirilən  partlayıcı qurğunun patlaması nəticəsində 9 nəfər həlak olub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Pakistanın Paracinar bölgəsində bir avtobusun partlaması ilə bir qadın, iki uşaq həlak olub. 13 nəfər isə ağır yaralanıb. Yaralılarının xəstəxanaya çatdırılması üçün vertolyot göndərilib. Heç bir terror qruplaşması hadisəni öz üzərinə götürməyib.

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" - Fransa prezidenti

25 Aprel 2017 12:05

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Bu barədə Fransa prezidenti Fransua Olland uydurma "erməni soyqırımı"nın 102-ci ildönümünə həsr olunmuş anım mərasimində çıxışı zamanı deyib. "Bu münaqişə hər il gənc insanların həyatına son qoyur. Son zamanlar münaqişə daha da kəskinləşib, tez-tez hücumlar baş verir. Düzdür, tərəflər 23 ildən çox müddətdir ki, danışıqlar aparır, lakin biz gərək məsələnin həllini tapaq, çünki status-kvo qəbuledilməzdir. Bu münaqişənin hərbi həlli yoxdur", - deyə səlahiyyət müddəti başa çatmaqda olan prezident söyləyib.  

Rusiya Xəzərdə qəfil təlimlərə başladı

25 Aprel 2017 12:03

Rusiya Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairəsinin (CHD) qoşun komandanı, general-polkovnik Aleksandr Dvornikovun rəhbərliyi altında döyüş hazırlığının qəfil yoxlanması çərçivəsində dənizə çıxıblar.

Alişan məşhur aparıcının bacısı ilə sevgilidir

25 Aprel 2017 11:53

Alişan məşhur aparıcının bacısı ilə sevgilidir.  Esra Erol son dövrdə tez-tez evlənmək istədiyini dilə gətirən Alişanla bacısı Edanı tanış edib. İfaçının adını açıqlamaq istımədiyini sevgilisinin Esra Erolun bacısı olduğu məlum olub. Cütlük bir neçə gün öncə baş tutan "Qalatasaray"-"Fənərbaxça" matçını birlikdə izləyib. Alişan sosial şəbəkədə paylaşdığı fotolarda da sevgilisi Eda Erolun üzünü gizlədib.

15 yaşlı şagirdi sinif yoldaşı güllələdi - VİDEO

25 Aprel 2017 11:46

Dərs zamanı sinif yoldaşlarından birinin sinif otağına gətirdiyi qustar üsulla hazırlanmış tapançadan açdığı atəş 15 yaşlı yoldaşına dəyib. Hadisədən sonra yeniyetmə xəstəxanaya yerləşdirilib. Qaş nahiyəsindən dəyən gülləni həkimlər çıxarıblar. Gəncin sağlıq durumu normaldır.

Bahalı maşının açarını tapan uşağa möhtəşəm hədiyyə

25 Aprel 2017 11:42

Yaxşılıq etmək - bu həmişə asan deyil. Yəqin, buna görə dünyada çox insan şərə-pisliyə üstünlük verir. Çoxları var qüvvəsilə çalışırlar və irəli çıxırlar. Yalnız dürüstlüyün köməyi ilə! Bu təqdim edəcəyimiz hadisə bunu sübut edir.

"Qəlbim ermənilərlədir" - Rusiya XİN-nin sözçüsü

25 Aprel 2017 11:39

Rusiyanın Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarovadünən qondarma "erməni soyqırımı" münasibətilə Facebook-dakı profilində ermənilərə dəstək verib.