Dünya

İntihar edən 25 yaşlı qızın məktubu kimə yazdığı ORTAYA ÇIXDI - VİDEO

15 May 2017 17:53

İstanbulun Sarıyer rayonunda 3 rəfiqəsi ilə eyni evdə qalan 25 yaşlı Boğaziçi universitetinin məzunu Gizem Zülal Kaynarın otağında intihar etdiyi və canına qəsdən öncə ailəsinə xitab edilmiş məktubunun tapıldığı haqda məlumat vermişdik. 

Fransanın yeni baş naziri məlum oldu

15 May 2017 17:49

Fransa prezidenti Emmanгel Makron ölkənin yeni baş nazirinin adını açıqlayıb. Mayın 14-dən  vəzifəsinin icrasına başlamış E. Makron baş nazir vəzifəsinə Eduard Filipi təyin edib. Prezidentin bu qərarını Yelisey sarayının baş katibi Aleksi Koler açıqlayıb.

Poroşenkonun oğlu “Russia” yazılmış köynək geyindi

15 May 2017 17:07

Ukrayna prezidenti Pyotr Poroşenkonun İngiltərədə təhsil alan oğlunun geyindiyi futbolka qalmaqala səbəb olub. Lent.az xəbər verir ki, 15 yaşlı Mişa Poroşenkonun üzərində “Russia” yazılmış köynəklə çəkdirdiyi foto sosial şəbəkələrdə ildırım sürəti ilə yayılıb.

Almaniya XİN: Aİ-nin Hərbi Planlaşdırma Mərkəzinin yaradılması zaman məsələsidir

15 May 2017 16:47

"Avropa İttifaqının (Aİ) Hərbi Panlaşdırma və Xarici Qeyri-Döyüş Əməliyyatlarının İdarəetmə Mərkəzinin yaradılması zaman məsələsidir, bunun alternativi yoxdur".  Bunu AlmaniyaXarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot Brüsseldə Aİ Şurasının xarici işlər üzrə iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Angela Merkel: "Almaniya qoşunlarını Türkiyənin "İncirlik" bazasından İordaniyaya apara bilər"

15 May 2017 16:45

Almaniya Türkiyənin "İncirlik" hərbi bazasındakı qoşunlarının qonşu ölkələrə aparılması üzrə alternativlər axtarmaqda davam edəcək.  Bu barədə Almaniya kansleri Angela Merkel bildirib. "Bu, çətin prosesdir. Danışıqları davam etdirəcəyik, amma, eyni zamanda bu mandat əsasında nə edə biləcəyimizi nəzərdən keçirəcəyik. Bu, "İncirliy"ə alternativ axtarmaq deməkdir. Mümkün alternativlər arasında, məsələn, İordaniya var", - A.Merkel vurğulayıb.

Kəşfiyyatçı Vartanov: “Gəlin Azərbaycana qarşı İŞİD-lə müttəfiqlik edək”

15 May 2017 16:43

Ermənistanın 90-cı illərin əvvəllərində Qarabağa göndərdiyi ilk kəşfiyyat-diversiya dəstəsinin komandiri Vova Vartanov Azərbaycana qarşı İŞİD terror qruplaşması ilə əməkdaşlığa çağırıb. Vartanov bildirib ki, “Azərbaycanın zəiflədilməsi və ləğvi üçün” İŞİD-lə əməkdaşlıq mümkündür.

Rusiya XİN-in əməkdaşı arvadını və qızını öldürdü, sonra da intihar etdi

15 May 2017 16:39

Moskvanın cənub-qərbində 44 yaşlı kişi arvadını və beşyaşlı qızını vurub, sonra da özünə qəsd edib.   Faciə mayın 14-də, bazar günü gecəyarısı Lenin prospektindəki evlərdən birinin mənzilində baş verib.

Ərinə xəyanət edən qadın… 2 il ölü yumağa məhkum edildi – ŞOK QƏRAR

15 May 2017 16:28

Tehran məhkəməsinin ərinə xəyanətdə günahlandırılan bir evdar qadına çıxardığı hökm, İran mediasında geniş rezonans doğurub. Tehran məhkəməsi 5 yaşında bir oğlan uşağı anası olan 35 yaşlı Mina adlı qadını ərinə xəyanətdə günahlandıraraq onu 74 şallaq zərbəsinə, eləcə də 2 il mürdəşirxanada işləməyə məhkum edib. Üç ay əvvəl ərinin şikayətinə əsasən həbs edilən Mina, əvvəlcə ona qarşı irəli sürülən ittihamı rədd etsə də, sonradan mobil telefonundan götürülmüş şəkillər və sevgi mesajları dəlil-sübut kimi ona göstərildikdən sonra şoka düşərək öz günahını boynuna alıb.

Şefin qovulmasından sonra Rusiya şöbəsinin agentləri dərddən içməyə başladılar

15 May 2017 16:12

Ötən həftə ABŞ prezidenti Donald Trampın Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komini qəfil işdən azad edəndən sonra FTB-nin Rusiya şöbəsinin əməkdaşları görüşərək içməyə, onları hansı aqibətin gözlədiyi barədə danışmağa başlayıblar. Virtualaz.org xəbər verir ki, bu barədə “The Daily Best” nəşrində dərc edilmiş məqalədə deyilir.

ABB Rusiya və Gürcüstandakı törəmələrinin taleyi haqda

15 May 2017 16:11

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiyası prosesi ABB-nin törəmə müəssisələri olan "ABB-Moskva" və "ABB-Gürcüstan"nın fəaliyyətinə aid olmayacaq.

Putin: “Suriyadakı kürdlərlə əməkdaşlığımızı davam etdirəcəyik”

15 May 2017 16:09

“Suriyadakı kürdlərlə əməkdaşlığımızı davam etdirəcəyik”. Bunu Rusiya prezidenti Vladimir Putin mayın 15-də Çində keçirilən “Bir qütb, bir yol” forumunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ukraynada Donbas döyüşçüləri ilə dalaşan qrupa azərbaycanlı rəhbərlik edib?

15 May 2017 16:08

Ukraynanın Dnepr şəhərində 9 may münasibəti ilə keçirilən paradda baş vermiş kütləvi dava ilə əlaqədar saxlanılan 9 nəfər arasında əslən Azərbaycanın Cəbrayıl rayonundan olan Natiq Mustafayev adlı şəxs də var.

Ruhani Təbrizdə yeni sanksiyalardan danışdı

15 May 2017 16:07

İranda keçiriləcək prezident seçkilərində sərt siyasətin tərəfdarları qalib gəlsələr, onda ölkəmizə qarşı yenidən sanksiyalar tətbiq oluna bilər. İRNA xəbər verir ki, bu barədə Təbrizdə tərəfdarları qarşısında çıxışı zamanı İran prezidenti Həsən Ruhani bildirib.

Qızlar onları zorlamaq istəyən şəxsi ölümcül döydülər

15 May 2017 16:01

Tailandda çəkilən görüntülərdə sərxoş bir qıza təcavüz edən şəxs ölümcül döyülüb.  Təcavüzə məruz qalan qız və rəfiqələrinin təpik-yumruqla döydüyü şəxsi ətrafdakılar çətinliklə əllərindən alıblar.

"Ermənistan İŞİD-lə bir olmalı, Azərbaycanı məhv etməlidir" - erməni komandirdən SƏRSƏM AÇIQLAMA 

15 May 2017 14:10

"Rusiya, təbii ki, bizim real tərəfdaşımızdır. Amma onu da unutmamalıyıq ki, Rusiya həm də Azərbaycanın müttəfiqidir və bizimlə azərbaycanlılar arasında bərabərlik edərək eyni vaxtda iki masada oturmağa çalışır".