Dünya
Piyada ona yol verməyən sürücünü ayaqqabı ilə döydü
Çində qəribə hadisə baş verib. Çinin Xiangtan şəhərində piyada ona yolu keçməyə imkan verməyən taksi sürücüsünü döyüb. O, sürücünü döyərkən ayaqqabısından da istifadə edir.
Türkiyədə aviabazada terror aktının qarşısı alındı
PKK terrorçuları Türkiyənin Diyarbəkir vilayətində Hərbi Hava Qüvvələrinin aviabazasında terror aktı törətməyə cəhd ediblər. Terrorçular aviabazaya minalanmış mikroavtobusla daxil olmaq istəyiblər. Lakin təhlükəsizlik qüvvələrinin səyi nəticəsində avtomobil dayandırılıb. Saxlanılanlar var.
Oğlu həbsdə olan kişi gəlininə təcavüz etdi
Türkiyədə 13 yaşlı uşaq təcavüzə uğrayıb. 2009-cu ildə Diyarbəkirdə 23 yaşlı Sedat D.-yə ərə getməyə məcbur edilən 12 yaşlı L.Ç 1 il sonra qayınatasının təcavüzünə məruz qalıb.
ABŞ kəşfiyyatının GİZLİ QARABAĞ HƏDƏFİ - Rus mənbələri qorxunc DETALLARI AÇDI
ABŞ Milli Kəşfiyyat Agentliyinin 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozu regionda yeni gərginliyin “müjdəçisi” oldu. Agentliyin direktoru Daniel Kouts Konqresə dünyada artan risklərlə bağlı təqdim etdiyi hesabatda yeni Qarabağ müharibəsindən xəbər verdi.
Ərdoğanın ABŞ səfəri başlayır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Donald Tramp ilə görüşmək üçün bu gün səhər Pekindən Vaşinqtona yola düşüb. Anadolu informasiya agentliyi xəbər verir ki, Ərdoğanı səfərdə ədliyyə, xarici işlər, iqtisadiyyat, enerji və təbii sərvətlər, milli müdafiə nazirləri müşayiət edirlər.
Sakit okeanda güclü zəlzələ oldu - Yaponiya "silkələndi"
Sakit okeanda Yaponiya sahillərində 5,3 bal gücündə zəlzə baş verib. Yaponiya Baş Meteorologiya İdarəsinin yaydığı informasiyaya görə, zəlzələnin episentri okeanda qeydə alınsa da, yeraltı təkanlar Okinava və Kaqosima rayonlarında da 2 bal gücündə hiss olunub.
Yanında işləyən qadını hamilə qoyan 70 yaşlı iş adamına DNT testi ŞOKU - VİDEO
Ankarada yaşayan iş adamı yanında çalışan Türkmənistan əsilli qadını hamilə qoyub. Uşağı qəbul etməyən iş adamı DNT testi ilə uşağın özündən olduğu ortaya çıxınca aliment ödəməyə başlayıb.
Məşhur aktrisaya yolda təcavüz etdilər
Bensu Soral nəqliyyatda təcavüzə uğrayıb. İstanbulda motosikletlə yola çıxan Bensu Soral avtoxuliqanların təcavüzünə məruz qalıb. Xoşbəxtlikdən o, tez aradan çıxa bilib.
Parkda FACİƏ: karusel qırıldı, 10 nəfər... - VİDEO
Qırğızıstanın Oş şəhərindəki parkların birində karusel işlək vəziyyətdəykən qırılıb. Həmin vaxt karuseldə olan 10 nəfər yaralanıb. Onlardan beşinin vəziyyəti ağır olduğundan xəstəxanaya çatdırılıb. Xüsuslilə də qadınlardan birinin vəziyyəti daha ağırdır: kəllə-beyin travması alıb, ayağının biri qırılıb.
Tarixin ən böyük kiber hücumu - Diqqətli olun!
İnterpol 150 ölkədə 200 min nəfəri əhatə edən kiber hücumla bağlı məlumat yayıb. İnterpolun rəhbəri Rob Vainrayt bunu "tarixin ən böyük kiber fidyə hucumu" adlandırıb. Onun sözlərinə görə, kiper hücumlar təkrarlana bilər.
İŞİD-ə qarşı savaşan ingilis aktyor Rakkada uşaqlarla futbol oynayıb
İŞİD-ə qarşı savaşmaq üçün Suriyada YPG-yə qoşulan ingilis aktyor Maykl Enrayt bu dəfə Rakkanın Tel Abyad mahalında görüntülənib. Sənətçi əvvəl Tabka su anbarının yaxınlığında foto çəkdirib, daha sonra isə uşaqlarla futbol oynayıb.
Trampdan yeni fərman
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların hökumət strukturlarının kibertəhlükəsizliyinin gücləndirilməsi haqqında fərman imzalayıb. Fərman federal hökumətin kibertəhlükəsizliyinin gücləndirilməsinə və infrastrukturların mühüm elementlərinin kiberhücumlardan qorunmasına yönəlib.
Xəstəni daşıyan təyyarə radarlardan itdi - QƏZA
Yaponiyanın Müdafiə Hərbi Hava Qüvvələrinin LR-2 kəşfiyyat təyyarəsi Hokkaydo adasında qəzaya uğrayıb. Təyyarənin qalıqları adanın cənubunda Assabu şəhərində aşkar edilib.
Ərini bacısı ilə yataqda tutan qadın birini öldürdü, digərini yaraladı - Türkiyədə
Türkiyənin Zonquldak vilayətində ailə faciəsi baş verib. Aslıhan adlı qadın bazar günü qonaqlıqdan qayıtdıqdan sonra evdə inanılmaz mənzərə ilə qarşılaşıb. O, öz bacısı Cangülü həyat yoldaşı ilə yataqda tutub.
Türkiyədə PKK-çılar daha bir qətl törətdilər
Türkiyədə PKK terrorçularına qarşı əməliyyat keçirilir. Bitlis vilayətində jandarm qüvvələrinin terror qruplaşmasına qarşı keçirdiyi əməliyyat zamanı qarşı tərəfin açdığı atəş nəticəsində təhlükəsizlik qoruyucusu, 43 yaşlı Çetin Qarabulud həlak olub. Bundan sonra bölgədə terrorçulara qarşı daha geniş əməliyyat başlanıb.














