Dünya

Azərbaycanlı “canlı bombalar” saxlanıldı

16 İyun 2017 12:59

Türkiyədə 5 İŞİD-çi Suriya sərhədində yaxalanıb. Saxlanılarn qadınların üzərində çoxlu sayda partlayıcı maddə və "canlı bomba"lara məxsus gödəkçələr olan terrorçuların olduğu bildirilir. Onların arasında Azərbaycan vətəndaşları Sərxan Əliyev (29), Gülnur Şirməmmədova (37), Nazənin Zeynalova (42) da olub. 

5099 nəfər uşaq PKK – ya üzv olub

16 İyun 2017 12:11

Türkiyənin Daxili İşlər nazirliyi PKK terror qruplaşmasına qoşulanlar haqqında hesabat xarekterli məlumat yayıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, nazirliyin məlumatına əsasən hər il terror qruplaşmasına Türkiyə daxilində  üzv olmaq istəyənlərin sayı azalır. Ölkə xaricində, əsasən də Suriyadan bu terror qruplaşmasına ciddi maraq olduğu bildirilir.

ABŞ generalı Azərbaycana təşəkkür etdi

16 İyun 2017 12:00

ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin rəhbəri, general Cozef Danford ABŞ Konqresinin Nümayəndələr Palatasında Müdafiə Nazirliyinin büdcəsi barədə dinləmələr zamanı ABŞ-ın Əfqanıstandakı əməliyyatlarında Azərbaycanın böyük rolunu qeyd edib.

İstanbulda YENƏ ƏMƏLİYYAT - Qadınlar da saxlanıldı

16 İyun 2017 11:56

İstanbul polisi narkotika alverçilərinə qarşı yeni əməliyyat keçirir. Bu barədə şəhər polsi idarəsi xəbər yayıb. Məlumata görə, keçirilən əməliyyat çərçivəsində artıq saxlanılanlar var, onların arasında qadınların da olduqları bildirilib. Saxlanılan şəxslərin adları açıqlanmayıb.

Londonun şərqi yenə alışdı - VİDEO

16 İyun 2017 11:50

Londonun şərqində daha bir binada yanğın baş verib. Yanğın üçmərtəbəli binanın son mərtəbəsində başlanıb. Yanğının səbəbi hələlik məlum deyil.

Yəməndə həlak olanların sayı 11 mini ötdü

16 İyun 2017 11:46

Yəməndə 2014-cü ildən davam edən silahlı münaqişə 11 250 insanın həyatına son qoyub. Ölənlərin əksəriyyəti qadın və uşaqlardır. SABA agentliyi yazır ki, təkcə 2017-ci ilin əvvəlində Yəməndə hərbi qarşıdurma nəticəsində 500-dən çox insan həlak olub. 2014-cü ildən etibarən ölkədə qaçırılan və itkin düşənlərin sayı 18 min nəfərə çatıb.

Türkiyədə suriyalı qaçqınlarla yerli sakinlər arasında kütləvi dava

16 İyun 2017 11:29

Türkiyənin Sakarya vilayətində suriyalı qaçqınlarla yerli sakinlər arasında kütləvi dava düşüb. Qarşıdurmada ümumilikdə 100-ə yaxın insan iştirak edib. Davaya suriyalı qaçqınlardan biri ilə işəgötürən arasında mübahisə səbəb olub. Belə ki, mübahisəyə digər qaçqınlar və yerli sakinlər də qoşulublar. Suriyalıların avtomobillərə və evlərin pəncələrinə daş atdığı bildirilir. Hadisə yerinə gələn polis əməkdaşları dava salan suriyalıları saxlayıblar.

Putin: "ABŞ Rusiyada prezident seçkilərinə müdaxilə edib"

16 İyun 2017 11:21

Rusiya prezidenti Vladimir PutinABŞ-nın Rusiyada keçirilmiş prezident seçkilərinə müdaxilə etdiyini bildirib. Bu barədə o, amerilkalı rejissor Oliver Stouna verdiyi müsahibəsində danışıb. V. Putin ABŞ-nın Rusiyada keçirilən prezident seçkilərinə daim müdaxilə etdiyini və 2012-ci ildə bunun daha aqressiv hal aldığını söyləyib: “Həm 2000-ci, həm də 2012-ci illərdə bunlar baş verib. 2012-ci ildə bu, xüsusilə aqressiv şəkildə olub".

İŞİD başçılarının yeri məlum oldu

16 İyun 2017 09:59

İŞİD terror qruplaşmasının rəhbərlərinin çoxu Suriyanın Rakka, habelə İraqın Mosul şəhərindən Əl-Məyadin şəhərinə qaçıb. Terrorçuların rəhbərləri əsasən İraqla sərhəddə yerləşən Deyr-ez-Zor vilayətinin Əl-Məyadin şəhərində toplaşıblar. İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrından ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə davam edir. İraq hərbçiləri əvvəlcə şəhərin şərq hissəsini azad ediblər, fevraldan isə qərb hissəsində əməliyyata başlayıblar.

Hər gün süd içən uşaqların insult keçirmək riski 60 faiz azalır

15 İyun 2017 16:30

Böyük Britaniyada aparılan çoxillik tədqiqatlara görə, hər gün süd içən uşaqların gələcəkdə insult keçirmələri riski 60 faiz azalır. Britaniya alimləri 1343 ailədən olan uşaqların sağlamlıq durumunu 60 il nəzarətdə saxlayıblar. Eksperimentin sonuna yaxın 284 iştirakçı ürək xəstəliyindən, 121 nəfər isə insultdan dünyasını dəyişib.

Çində uşaq bağçasının qarşısında partlayış: yaralılar var

15 İyun 2017 15:50

Çinin şimalında uşaq bağçasının qapısının qarşısında partlayış baş verib. İlkin məlumatlara görə, xəsarət alanlar var. Hadisə yerində hazırda xilasedicilər işləyir.  

Putindən Senatın sanksiya qərarına münasibət

15 İyun 2017 15:32

Əgər Qərb Rusiyaya qarşı sanksiyaları aradan qaldırsa, Moskva da cavab tədbirlərini ləğv etməyə məcbur olacaq. Bunu Rusiya prezidenti Vladimir Putin televiziya tamaşaçıları ilə "Canlı əlaqə" zamanı deyib.O bildirib ki, sanksiyalar nəticəsində Moskva 50-52 milyard dollar itirdiyi halda, sanksiyaları qəbul edən ölkələr 100 milyard dollar itirib. Putin qeyd edib ki, yerli istehsalçılar daxili bazarın tələbatını qarşılamaq üçün əlindən gələni ediblər. Onun sözlərinə görə, nəticədə inflyasiya ən aşağı həddə düşüb, istehsal olunan məhsulun keyfiyyəti isə getdikcə artır.

Aktyor VƏFAT ETDİ

15 İyun 2017 12:37

SSRİ xalq artisti, sevilən məşhur rus aktyor Aleksey Batalov bu gün səhər 89 yaşında dünyasını dəyişib. Məlumata görə, aktyor "Gecə yatıb və yuxuda keçinib". Qeyd edək ki, daha öncə aktyor ayağını sındırdığı üçün 2 ay xəstəxanada müalicə alırmış. Əfsanəvi aktyor 1928-ci ildə anadan olub. Tamaşaçılar onu daha çox "Moskva göz yaşlarına inanmır" filmindəki Qoşa obrazı ilə xatırlayır.

Təyyarə yoxa çıxdı

15 İyun 2017 12:33

Malayziya Kral Hava Qüvvələrinə məxsus təyyarə radarlardan itdi. Bu haqda ölkənin Müdafiə Nazirliyinə istinadən “Channel News Asia” telekanalı bildirib. Telekanalın məlumatına görə, təyyarə yerli vaxtla saat 11:00-da Kuantan şəhərində yerləşən təyyarə bazasından qalxıb. Təyyarə ilə əlaqə yarım saat sonra Paxanq və Terenqqanu ştatlarının sərhədində itib.

“Stress çarxı” adı altında insanlar necə aldadılır?

14 İyun 2017 20:10

Bütün zərərli əşyalar kimi, son günlər 7-dən 70-ə spinner hər kəsin marağını cəlb edir. Məşhur satış saytlarında bu “antistress çarxı” adlandırılan oyuncaq satış rekordları qırır.