Dünya
İki jurnalist oğurlandı - Ordu hərəkətə keçdi
"İtənlər" teleproqramının iki jurnalisti Kolumbiyada oğurlanıb. Hollandiyalı jurnalistlərin itməsi xəbərini Niderland XİN təsdiqləyib və onların tapılması istiqamətində işlər aparıldığını bəyan edib.
42 nəfərin cəsədi bir-birinə sarılmış halda tapıldı - Londonda dəhşət
İngiltərənin paytaxtı Londonda iyunun 14-də tamamilə yanan və 79 nəfərin həyatını itirdiyi yüksəkmərtəbəli binada bir otaqda bir-birinə sarılmış halda 42 nəfərin cəsədi tapılıb. Bu haqda Reuters agentliyi bildirib.
Malidə silahlılar turizm kompleksinə hücum edib: 5 ölü
Malidə bir qrup silahlı turizm kompleksinə hücum edib. Silahlılarln hücumu nəticəsində 1 hərbçi və 4 dinc sakin həlak olub, 1 nəsəfr isə itkin düşüb.
Vaşinqtondan Çinə xəbərdarlıq
Çin terrorçuluqla mübarizəyə öz töhfəsini artırmalıdır. Bunu jurnalistlərə Şərqi Asiya və Sakit okean işləri üzrə ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Syuzan Tornton deyib.
Tuba yeni sevgilisi ilə şəklini çəkən fotoqrafı döydürdü
Türkiyəli aktrisa, "Cesur ve güzel" serilının ulduzu Tuba Büyüküstün boşandıqdan sonra yeni sevgilisi ilə görüntülənib. Fotoqraf Umut Evirgenlə gəzən aktrisanın şəkillərini çəkib. Bu zaman Evirgenin mühafizəçiləri fotoqrafın başına silah dirəyərək aparatı onun əlindən alıblar.
Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir
Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir. Bunu Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın deyib. Onun sözlərinə görə, Türkiyə böhranın ilk günündən onun nizamlanmasına böyük səy göstərir: "Türkiyə üçün Qətər böhranı iki qardaş dövlət arasında problem deməkdir".
101 sərnişinin olduğu Türkiyə təyyarəsini ildırım vurdu - VİDEO
Türk Hava Yollarının Atatürk Hava limanından qalxan təyyarəsi ildırım vurduğu üçün təcili eniş edib. Türk Hava Yollarının (THY) TK-427 səfər saylı Boeing 737-800 tipli, TC-JGD qeydiyyatından keçmiş təyyarəsi saat 21.30-da 101 sərnişinlə İstanbul Atatürk Hava limanından Tatarıstanın paytaxtı Kazana hərəkət edib. Ancaq təyyarəni İstanbul hava sahəsində ildırım vurub.
Əfsanəyə çevrilmiş, tarixin ən gözəl nişan üzükləri- FOTOLAR
Bir qadına eşq etiraf etməyin ən gözəl yolu ona nişan üzüyü almaqdır. Çünki bu, ilk görüşdən adı görünən akssesuar əbədi sevgi və sədaqətin rəmzidir. Tarixdə elə nişan üzükləri də var ki, öz sahibəsinin sayəsində bütün dünyada məşhurlaşıb.
Türkiyədə daha bir əsgər zəhərlənməsi TƏXRİBAT?
Türkiyə hökuməti əsgər zəhərlənmələri ilə bağlı ciddi araşdırmalar apardığı bir vaxtda Silahlı Qüvvələrinin hərbi hissələrinin birində yenə əsgər zəhərlənməsi hadisəsi baş verib.
120-dən artıq miqrant itkin düşdü
Aralıq dənizində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 120-dən artıq miqrant itkin düşüb. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatında bildiriblər. "Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşları tərəfindən Palermoda toplanan məlumatlara əsasən, Aralıq dənizində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 126 miqrant olmüş ola bilər", - bunu öz "Twitter" hesabında Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio Di Djakomo yazıb. İtaliya sahil mühafizəsinin məlumatına əsasən, son 4 gün ərzində Aralıq dənizində 4,5 mindən artıq miqranta yardım göstərilib.
Hərbi karvana hücum
Türkiyədə separatçı terror təşkilatının üzvləri minaatanlardan istifadə etməklə Çukurcadan Vana gedən hərbi karvana hücum ediblər. Hücum nəticəsində 1 əsgəri şəhid olub, 6-sı isə yaralanıb.
Təyyarəni ildırım vurdu
Türk Hava Yollarının Atatürk Hava Limanından qalxan sərnişin təyyarəsini ildırım vurub. 101nəfər sərnişin olan Türk Hava Yollarına məxsus "Boeing 737-800" tipli sərnişin təyyarəsində pilot vəziyyət ilə bağlı dispetçerlə əlaqə yaradıb, təcili enişə icazə istəyib. Problemsiz eniş edən təyyarənin sərnişləri təşvişlə enərkən sıxlıq yaranıb, bu səbəbdən insanlar bir-birini əzib.
Alimlər: Almanın tərkibində ürəyi cavanlaşdıran maddə var
Mütəmadi alma yemək insan ömrünü xeyli uzadır. Britaniya alimlərin araşdırması, almanın tərkibində ürəyi cavanlaşdıran maddəni üzə çıxarıb. Həmin maddə, eyni zamanda, qan dövranını yaxşılaşdırır, immun sistemini gücləndirir.
Yaxın 5 ildə mobil şəbəkələrdə qurğuların sayı 2 dəfə artacaq
Telekommunikasiya avadanlığının istehsalı üzrə ixtisaslaşmış “Ericsson” şirkətinin proqnozuna görə, yaxın 5 ildə mobil şəbəkələrdə qurğuların sayı 2 dəfə artacaq.
Dünyanın ən güclü superkompüterlərinin reytinqi dərc olunub
“TOP500” təşkilatı dünyanın ən güclü superkompüterlərinin ənənəvi reytinqinin növbəti versiyasını dərc edib. İl ərzində hesablama sistemlərinin ümumi məhsuldarlığı 11 faiz - 672 petaflopsdan 749 petaflopsadək (saniyədə 1015 hesablama) artıb. Birinci yeri rəqiblərdən böyük fərqlə 93 petaflops göstərici ilə Çinin “Sunway TaihuLight” superkompüteri tutub.














