Dünya
“Facebook” istifadəçilərinə qarşı yeni fişinq hücumu aşkar edilib
“PhishLabs” şirkətinin mütəxəssisləri yalnız mobil qurğu sahiblərinə hədəflənmiş yeni fişinq kampaniyası haqda məlumat veriblər. Hücum, əsasən “Facebook” istifadəçilərinə, həmçinin “Apple iCloud”, “Comcast”, “Craigslist” və “OfferUp” xidmətlərinə hədəflənib.
Estoniya parlamenti ölkə ərazisində robot kuryerlərdən istifadəyə icazə verib
“Skype” internet telefoniya xidmətinin yaradıcıları tərəfindən 3 il əvvəl təsis edilmiş “Starship Technologies” adlı yeni şirkət bağlamaları küçələr üzrə saatda təxminən 6 km sürətlə daşımaq qabiliyyətinə malik robot kuryerlərin hazırlanması ilə məşğuldurlar. Bu robotlar artıq dünyanın müxtəlif ölkələrində sınaqdan keçirilir və bu günlərdə Estoniya parlamenti ölkə ərazisində robot kuryerlərdən istifadə ideyasını təqdir edib.
Yeni daşınan qurğu stressi aradan qaldıracaq
Böyük Britaniyanın “BioSelf Technology” şirkəti “Sensate” adlanan kiçik qurğu yaradıb. Sinəyə bərkidilən qurğu istifadəçi stress keçirən zaman alçaqtezlikli səs dalğaları yaradaraq vibrasiya etməyə başlayır.
Kaliforniya alimləri: Pəhriz insan səhhətinə əlavə ziyan vurur
Kaliforniya Universitetinin əməkdaşları belə bir nəticəyə gəliblər ki, pəhriz nəinki artıq çəkidən xilas olmağa kömək etmir, həm də səhhətə əlavə ziyan vurur. Axı bədən çəkisində tez-tez əhəmiyyətli dəyişmələr ürək-damar xəstəlikləri, insultun yaranması riskini artırır, həmçinin immuniteti azaldaraq orqanizmi təhlükəli virus infeksiyaları üçün daha zəif edir.
Gündə 150 qram al-qırmızı giləmeyvə ye, stressdən qurtul!
Alimlər sübut ediblər ki, bütün gileymeyvələr kimi, çiyələk də insan orqanizmi üçün faydalıdır. Ruhdan düşməmək, daim yaxşı əhval-ruhiyyədə olmaq üçün alimlər müntəzəm olaraq çiyələk yeməyi məsləhət görürlər. Gündə 150 qram al-qırmızı giləmeyvə yeməklə stresdən qurtulmaq olar.
Diqqət: Kabrialet sürmək eşitməni zəiflədir
Kabrialet sürmək insanların sağlıq durumuna, xüsusilə də eşitmə qabiliyyətinə mənfi təsir göstərir. ABŞ-ın Missuri ştatındakı Sent Luis Tibb Universitetinin alimləri bu nəticəyə gəliblər. Təcrübələr zamanı alimlər "Porsche", "Saab", "Nissan" və "Ford" markalı 5 kabrialet saatda 80-120 kilometr sürətlə hərəkət edən zaman ondakı səsin gücünü ölçüblər.
Dubayda hava taksiləri istifadəyə veriləcək
BƏƏ-nin Dubay şəhərində pilotsuz hava taksilərinin sınaqdan keçiriləcəyi elan edilib. Sınaqlara bu ilin sonunda başlanması nəzərdə tutulub. Şəhər idarəsindən verilən məlumata görə, sınaqların 5 il müddətində davam etməsi planlaşdırılıb.
Gürcü ekspert: “Metsamor AES bütün region üçün böyük təhlükə mənbəyidir”
Tbilisidə “Ekologiya və nüvə radiasiyası təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olan ölkələrin və digər beynəlxalq təşkilatların yüzdən çox nümayəndəsi iştirak edib. Konfransda əsasən zənginləşdirilmiş uranın təhlükəsiz şəkildə daşınması, geri qaytarılması və istifadə edilməsi prosedurları müzakirə olunub. Cənubi Qafqaz regionunda radiasiya və nüvə sahəsində bir çox məsələlər də diqqət mərkəzində olub. Konfrans iştirakçıları Ermənistanda fəaliyyət göstərən Metsamor AES-lə bağlı fikirlərini də bölüşüblər.
Nigeriyada terror aktı nəticəsində 12 nəfər ölüb, 11 sakin yaralanıb
Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında terrorçu-kamikadzelərin silsilə hücumları nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Bu barədə ştatın polis idarəsinin nümayəndəsi Viktor İsuku məlumat verib. Hücumda 5 terrorçu-kamikadze iştirak edib.
Moskvada iki elektrik qatarı toqquşub
Moskvada Kursk dəmiryol vağzalı ərazisində iki elektrik qatarı toqquşub. Rusiyanın Daxili İşlər Nazirliyi hadisənin baş verdiyini təsdiqləyib. Nazirlikdən bildirilib ki, xəsarət alanların sayı dəqiqləşdirilir. Qəzadan sonra sərnişinlər təxliyyə edilib.
Britaniyada məscidlərin mühafizəsi gücləndirilir
Britaniyanın baş naziri Tereza Mey ölkədəki məscidlərin mühafizəçilərinin sayının artırılması haqda qərar qəbul edib. Bu haqda o, iyunun 19-da iqamətgahının qarşısındakı çıxışında bildirib. Baş nazir məscidlərin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə polis dəstələri göndərilməsi haqda qərar qəbul etdiyini bildirib.
Almaniyada dəmir yollarında qatarlar ləngiyir - SƏBƏB?
Almaniya polisi dəmir yollarında baş vermiş 12 yanğın hadisəsi ilə bağlı araşdırmalara başlayıb. Leyptsiq, Drezden, Hamburq, Berlin və Dortmundda baş vermiş yanğınlarla əlaqədar qatarların hərəkətində ləngimələr qeydə alınıb.
Bu şəhərin əhalisi 2 dəfə İFTAR edir
Ramazan ayında gün ərzində iki dəfə (imsak və iftar) yemək yeyilir. Lakin bəzi ərazilərdə yaşayan insanları məzhəb fərqinə görə iki dəfə iftar süfrəsinə əyləşir. Türkiyənin İran, Naxçıvan və Ermənistanla sərhəddə yerləşən Iğdır şəhərində insanlar Ramazan ayında gün ərzində iki dəfə iftar edir. Buna səbəb ərazidə yaşayan insanların sünni və şiə olaraq qruplara ayrılmasıdır.
2 nəfər istidən öldü - İspaniyada
Pireney yarımadasında hökm sürən şiddətli istilər insan itkisinə səbəb olub. İspaniyada iki nəfər günvurma nəticəsində həyatını itirib. Bundan başqa, Kataloniya regionunda 150-yə yaxın adam xəstəxanaya müraciət edib.
69 yaşlı Şvarsneqqer keçmiş xanımı və uşaqları ilə
69 yaşlı aktyor Arnold Şvarsneqqer keçmiş xanımı Mariya Şrayverlə bir araya gəlib. 25 il evli qalan cütlük uşaqları Ketrin, Kristina və Patriklə görüşüblər. Onlar Arnolda Atalar günü sürprizi ediblər.














