Dünya
"Sənsiz ilk Atalar günüm..." - "Güdük Necmi"nin qızı
Bir neçə ay əvvəl dünyasını dəyişən aktyor Halit Akçatepenin qızı Ebru Atalar günündə sosial mediadakı paylaşımı ilə diqqət çəkib.
Azərbaycanlılar üçün darıxan ermənilərdən İNANILMAZ SÖZLƏR
Rusiyanın "Şimal həqiqəti" (Pravda Severa) qəzetinin əməkdaşı Aleksey Morozov Ermənistana səfər edərək, bu ölkədən reportaj hazırlayıb. Reportajda diqqət çəkən məqam ermənilərin Dağlıq Qarabağ münaqişəsindən yorulduqları və azərbaycanlılarla keçmişdə olan yaxşı münasibətlər üçün darıxdığı haqda dedikləridir.
Londonda binanın yanması nəticəsində ölənlərin sayı artdı
Londonda "Grenfell Tower" adlı çoxmərtəbəli binanın yanması nəticəsində ölənlərin sayı 79-a çatıb. Çoxlu sayda sakin isə hələ də itkin düşmüş sayılır. Xəstəxanaya yerləşdirilən 19 nəfərdən 10-nun vəziyəti ağır qıymətləndirlib.
Təhlükəli və müəmmalı hadisələr: İranla müharibə başlayacaq?
ABŞ qüvvələri ötən ay Suriyada İran tərəfindən dəstəklənən qüvvələrə üç dəfə zərbə endirib və bəzi müşahidəçilərin fikrincə, artmaqda olan bu gərginlik "planlaşdırılmayan" münaqişəyə yol aça bilər. Bu haqda "The Guardian" yazır.
Türkiyə prezidenti Almaniyaya səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edəcək. Bu haqda "Haber7" məlumat yayıb. İnformasiyaya görə, Türkiyə prezidentinin səfəri iyulun 7-də başlayacaq və 8-dək davam edəcək.
Portuqaliyada meşələr kül olur: 61 ölü - VİDEO
Portuqaliyada ölkə tarixinin ən güclü meşə yanğınlarından biri yaşanır. Yanğınlarda həlak olanların sayı artıq 61-ə çatıb. Ölənlər arasında üç uşaq var. Yanğınlar Eştremadura vilayətindəki Leyriya bölgəsində tüğyan edir.
Türkiyədə TERROR aktının qarşısı alındı
Türkiyənin Diyarbəkir vilayətində iri terror aktının qarşısı alınıb. Bu barədə vilayətin polis idarəsi bəyan edib.
Tailandda PARTLAYIŞ: hərbçilər həlak oldular
Tailandın cənubunda Pattani əyalətində baş vermiş partlayış 5 hərbçinin həyatına son qoyub. Kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində daha 4 hərbçi yaralanıb.
Fransada ermənilərdən ibarət cinayətkar qrup həbs edildi
Fransanın Bordo, Nant, Nitsa, Puate və Paris şəhərlərində ermənilərdən ibarət 14 nəfərlik cinayətkar qrup həbs edilib. Həbs olunan ermənilərin hansı ölkələrin vətəndaşı olduqları açıqlanmayıb.
Londonda müsəlmanları əzən şəxsin qorxulu istəyi : "Bütün müsəlmanları..."
Londonda naməlum şəxsin avtomobili məsciddən çıxan insanların üzərinə sürməsi nəticəsində azı bir nəfərin öldüyü, daha 10 nəfərin isə yaralanması barədə məlumat vermişdik.
ABŞ-da yaşayış binası uçdu: 50 yaralı
ABŞ-ın Montana ştatında yaşayış binasının qismən uçması nəticəsində azı 50 nəfər xəsarət alıb. İnsident Leyksayd yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, meşə massivində yerləşən kottecin eyvanı uçub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onlardan 2-in vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.
ABŞ Suriyanın qırıcısını vurdu
ABŞ Tabka şəhərin yaxınlığında Suriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub. Suriyanın qırıcısı əməliyyatdan qayıdarkən vurulub. Xəsarət alanlar barədə məlumat verilmir.
Bəhreyndə partlayış - Ölən və yaralananlar var
Bəhreynin paytaxtı Manamada partlayış olub. Partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi "Tvitter" hesabında məlumat yayıb. Partlayışla bağlı hələ ki, heç kim məsuliyyəti üzərinə götürməyib.
Rusiyadan Qarabağda MÜHARİBƏ ANONSU: döyüşlər qaçılmazdır və bu yay...
Düşmən təxribatı nəticəsində cəbhədə vəziyyət qaynar olaraq qalır. Erməni hərbi birləşmələrinin təxribat hücumu nəticəsində ordumuz bir şəhid verdi. Cavab atəşi isə Ermənistan üçün ağır itkilərə gətirib çıxartdı. 6 erməni hərbçi məhv edildi, bununla yanaşı, ağır yaralı olan əsgərlər var, hansı ki, onlar İrəvan hospitallarına köçürülüb.
“Bu, müharibənin yeni aktıdır!” - Moskvadan SƏRT REAKSİYA
Rusiya Suriya Hərbi-Hava Qüvvələrinə məxsus qırıcının ABŞ tərəfindən vurulmasına sərt reaksiya göstərib. Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının sədri Aleksey Puşkiv ABŞ-ın hərəkətlərini “müharibənin yeni aktı” adlandırıb. “ABŞ Suriyanın Su-22 qırıcısını Rakka səmaları üzərində vurmaqla Suriyaya qarşı müharibənin yeni aktını həyata keçirib. Hansı “müdafiə”? Rakka Suriya şəhəridir, Amerika şəhəri deyil”, - Puşkov Tvitter hesabında yazıb.














