Dünya
Qüdsdə növbəti qarşıdurma
Qüdsün tarixi mərkəzində toqquşmalar baş verib. Qarşıdurma nəticəsində azı 50 nəfər xəsarət alıb. “Qızıl Aypara” cəmiyyətinin məlumatında bildirilir ki, “Əməkdaşlarımız toqquşmalar zamanı xəsarət alan 56 şəxsə kömək ediblər”. Polisin məlumatına görə, asayiş keşikçilərinin Əl-Aksa məscidi qarşısında toplaşan dindarlar tərəfindən daş-qalaq edilməsi qarşıdurmaya səbəb olub. Polis toqquşmalar zamanı yalnız bir polis əməkdaşının yaralandığını iddia edir. Fələstinlilər isə, öz növbəsində, insidentin baş verməsində israilliləri günahlandırıblar. Onlar israillilərin dindarların Əl-Əksa məscidinə daxil olmasına imkan vermədiklərini iddia ediblər.
Ev heyvanları üçün tərcüməçi yaradıldı
"Amazon" internet mağazasında ev heyvanları üçün tərcüməçi satışa çıxarılacaq. Bu barədə şirkətin hesabatında məlumat verilib. Yeni qurğu sayəsində ev sahibi öz pişiyini və ya itini asanlıqla başa düşə biləcək. Bu qurğunu hazırlayarkən alimlər süni intellektdən bəhrələniblər. Onlar it və pişiklərin sahibinə müraciət edərkən və ya nəsə istəyərkən göndərdiyi siqnalları analiz edərək, müəyyən sxem hazırlayıblar.
“eBay”da oxşar məhsullar fotoşəkillərlə axtarılacaq
“eBay” internet mağazasının əlavələrində fotoşəkilin tanınması funksiyasından istifadə edən 2 yeni funksiya istifadəyə veriləcək.
“WhatsApp”ın gündəlik auditoriyası 1 milyarda çatıb
“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, beləliklə, servisdən hər gün Yer kürəsində hər yeddi nəfərdən biri istifadə edir. İstifadəçilərin sutka ərzində göndərdikləri məlumatların sayı 55 milyard təşkil edir.
Banklar üçün “DDoS” hücumlarından orta ziyan nə qədər olub?
"Kasperski laboratoriyası" antivirus şirkəti 2016-cı ildə maliyyə müəssisələri üçün təhlükələrin tədqiqatını aparıb.
Robot ilan suyun təmizliyinə nəzarət edəcək- VİDEO
Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mühəndislər qrupu suyun təmizliyinə nəzarət və onun çirkləndirilmə mənbələrinin axtarışı üçün nəzərdə tutulan ilanabənzər robot yaradıb.
Soğan beyin hüceyrələrini cavanlaşdırır
Yapon alimlərinə görə, adi soğan insan orqanizmində qocalma proseslərini ləngitməyə qadirdir. Soğanın tərkibindəki aktiv kükürd birləşmələri bir çox mühüm zonalara yaxşı təsir edir. Bu birləşmələr hisslərə və yaddaşa görə cavabdeh olan beyin hüceyrələrinin cavanlaşdırır.
Ürək böhranı daha çox kimlərdə rast gəlinir?
Ürək böhranına yol açan ürək xəstəlikləri günümüzdə başlıca səhiyyə problemlərindən biri sayılır. Ürək böhranı riski genetik amillərlə çox bağlıdır. Bu risk ailəsində yaşlanma ilə əlaqədar meydana gələn ürək xəstəlikləri 50, 60 yaşından əvvəl ürək böhranı yaşayanlara; ani və ya klinik ölüm keçirənlərə daha çox aid edilir.
Dişləri ardıcıl fırçalamaq ürək üçün xeyirlidir
Alimlər qanayan diş ətləri vasitəsilə qan-damar sisteminə daxil olan bakteriyalardan xilas olmaq üçün dişlərin gün ərzində iki dəfə fırçalanmasının böyük əhəmiyyət daşıdığını deyiblər. Elm adamlarına görə dişləri ardıcıl fırçalamaq ölümcül ürək xəstəliklərinin baş qaldırmasının qarşısını alır.
Beyonse əkizlərinə 6 dayə tutdu, hər birinə 100 min verəcək
"Əkizlər dəcəllik, kürlük edir, normal yatmırlar. Ona görə də qərara gəlindi ki, əkizlərə sutkada 24 saat qulluq üçün 6 dayə tutulsun. 3 dayə bir, 3 dayə isə digər əkizə baxacaq. Dayələrin hər biri 8 saat çalışacaq".
Rusiyanın ən məşhur nəvəsi evlənir — Alla Puqaçovanın nəvəsi kimi seçdi?
Müğənni Alla Puqaçovanın nəvəsi Nikita ailə həyatı qurur. Kristina Orbakayte və Vladimir Presnyakovun 26 yaşlı oğlunun seçimi bağ qonşusudur. 20 yaşlı Alyona Krasnova Rusiya xalq təsərrüfatı və dövlət xidməti akademiyasının tələbəsidir. Nikita ilə Alyona artıq bir neçə ildir ki, görüşür.
"İstanbullu gelin"in aktrisası polis nəzarətinə alındı
"İstanbullu gelin" serialının qəhrəmanı Səmra Dinçer polis nəzarətinə götürülüb. Şanlıurfada film çəkilişində olan aktrisa tutularaq polis bölməsinə aparılıb. Buna səbəb isə Səmranın haqqında açılmış məhkəmədə ifadə verməməsi olub. Dinçer polisdə dindirildikdən sonra sərbəst buraxılıb.
“Qarşımızda diz çök və üzr istə” - ABŞ-a SƏRT ÇAĞIRIŞ
“ABŞ Şimali Koreya ordusu və xalqı qarşısında diz çökərək, üzr istəməlidir”. Bu barədə Şimali Koreyanın “The Rodong Sinmun” qəzetində Pxenyan rejiminin rəsmilərinə istinadən yaydığı xəbərdə deyilir. Xəbərdə Pxenyanın adından Vaşinqtona xəbərdarlıq edilir və Şimali Koreyaya qarşı düşımən mövqedən çəkinməyə dəvət edilir.
Nadejda Savçenko Saakaşvili barədə qərar haqqında: “Medvedev də bu qərara gülür”
Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko prezident Pyotr Poroşenkonun Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi barədə qərarını qeyri-qanuni adlandırıb.
Türkiyənin məşhur turizm mərkəzi yandı
Türkiyənin Muğla rayonunun Marmaris ərazisindəki meşəlik sahədə başlayan yanğın külək səbəbiylə qısa müddətdə geniş ərazini əhatə edib.














