Dünya
Qadın 13 yaşlı uşağın başını kəsmək istədi: polis son anda xilas etdi - VİDEO
ABŞ-da dəhşətli qətlin qarşısı son anda polisin çevikliyi sayəsində alınıb. 13 yaşlı uşağın boğazına bıçaq söykəyən qadına istəyini reallaşdırmağa polis mane olub. Qadının arxasından yaxınlaşan polisin qadının saçlarını tutub özünə tərəf sürüməsi ilə uşaq ölümdən xilas olub.
Bu ölkədə dəfn zamanı rəqs edir, əylənir, oxuyurlar - VİDEO
"Dünyasını dəyişən insanı ağlaşma, matəm, kədərlə yola salmaq olmaz. Əgər o daha yaxşı dünyadadırsa, buna ağlamaq yox, sevinmək gərəkdir". Qananın paytaxtı Akkrada yaşayan Con Stevenze belə deyir. O, 67 yaşlı anası Miriamın dəfn mərasiminə "ballbearers" adlanan xüsusi dəfn qrupunu çağırıb.
ABŞ hərbi bazasında terrorçuların toplantısı təşkil edildi
PKK terror təşkilatının Suriya qolu PYD ABŞ-ın Suriyadakı hərbi bazasında toplantı keçirib. Suriyanın şimalındakı kantonların “rəhbərləri”nin keçirdiyi toplantıda PKK tərəfindən işğal edilən bölgələrdə federalizmin elanı mövzusu müzakirə edilib. ABŞ-ın nəzarəti altında keçirilən toplantıda 2015-ci ildə işğal edilən, nüfuzunun əksəriyyətini ərəb və türkmənlər təşkil edən Təl Abyad bölgəsinin müstəqil kanton olması qərara alınıb. Tədbirə rəhbərlik edən Mənsur Sallum PKK terror təşkilatına aid bölgələrdə müstəqil rəhbərliyin çox yaxın zamanda elan ediləcəyini bildirib.
Yadplanetlilərlə bağlı İNANILMAZ TAPINTI... - FOTOLAR
Kerç yarımadası - Krım yarımadasının şərq hissəsi - şimalda Azov dənizi, şərqdə Kerç boğazı, cənubda Qara dənizlə əhatələnir.
Nazirlərin adı Panama qalmaqalında
Pakistanda Baş naziri Navaz Şərif vəzifəsindən uzaqlaşdırıldı. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildiri ki, Pakistan Konstitusiya Məhkəməsi baş nazirin ailə üzvlərindən bəzilərinin Panama sənədləri ilə ortaya çıxan iddialara görə vəsifəsindən uzaqlaşdırılması qərarını verib.
Müsəlmanlara namazda yaş qadağası qoyuldu - ABSURD
İsrailin hakimiyyət dairələri Qüdsdə ictimai asayişin qorunmasını gücləndirmək üçün hüquq-mühafizə strukturlarının təqribən 2 min əməkdaşını şəhərə yollayıb. Qüdsün tarixi mərkəzi olan Məbəd təpəsində müsəlmanların cümə namazı qılınması ilə bağlı yasaqlar yenidən bərpa olunub. Yeni qərara görə, 50 yaşına çatmamış müsəlmanlar Məbəd təpəsindəki Məscid əl Əqsaya və əl Haram əl Qüds əl Şərif məscidlərinə namaza buraxılmayacaqlar.
Bolqarıstanda rusiyalı turistlərlə dolu avtobus yandı
Bolqarıstanda içərisində rusiyalı turistlər olan avtobus yanıb. Ölkə DİN-i insident zamanı xəsarət alanların olmadığını bildirib. Məlumata görə, hadisə Burqas və Çernomorets şəhərləri arasındakı avtotrasda baş verib. Avtobusda yanğın səhər saatlarında baş verib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. Sərnişinlər başqa avtobusla yola salınıb.
Türkiyə HHQ İraqın şimalını bombalamağa başladı
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK mövqelərini bombalayır. Bu barədə Türkiyə Hərbi Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.
Yaponiyanın müdafiə naziri istefa verdi
Yaponiyanın müdafiə naziri Tomomi İnada istefa verib. Onun istefasının səbəbi Cənubi Sudanda olan Yaponiya sülhməramlılarının sənədlərinin açıqlanması ətrafında baş vermiş qalmaqalın ardınca olub.
"Biz ruslarla döyüşürük" - Saakaşvili
Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vileyətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, ABŞ prezidenti Donald Trampın Ukraynanın ABŞ-dakı seçkilərə müdaxilə barədə danışmağa haqqı var.
ABŞ senatorlarının yeni Rusiya əyləncəsi
ABŞ senatoru Emi Klobuçar Rusiyanın 2016-cı il ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinin bir parçası olduğu iddia edilən “Russia Today” xəbər agentliyinin xarici agentliklərin qeyd siyahısına alınmamasını senatda gündəmə gətirib.
Məşhur yazıçının həyatı filmdə VİDEO
Ədəbiyyat dünyasının unudulmaz adlarından olan amerikalı yazıçı J.D. Salingerin həyatından bəhs edən film çəkilib. "Çovdarlıqda islah edən" ( 'Rebel in the Rye') adlı filmdə məşhur yazarı Nicholas Hoult canlandırıb. “Olaylar” “Sözcü” – yə istinadən bildiri ki, filmin rejissoru Danny Strong, ssenari müəllifi isə Kenneth Slawenskdi. “Çovdarlıqda uçurumdan qoruyan” əsəri ilə ədəbiyyat klassikasına daxil olan yazarın gənclik illərindən bəhs edən film əsasını "J. D. Salinger: A Life" kitabı təşkil edir.
14 nəfər edam edildi
Səudiyyə Arabistanı məhkəməsi 14 nəfərə edam cəzası verib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, ölkədə son olaraq bu ay ərzində dörd şiə terrorçu kimi ittiham olunaraq edam edilib. Məhkumların edam olunmasına səbəb qanunlara qarşı silahlı üsyan, təhlükəsizlik güclərinə hücumda iştirak, molotofkokteyli hazırlamaq, oğurluq, silah oğurlamaq, təhrikedici üsyana qatılmaq kimi ittihamlar əsas götürülüb. Ərəb mətbuatı edam cəzası alanların hamısının şiə olduğunu bildirir. İrana cəsusluqda günahlandırılan 15 nəfərin işi isə məhkəmə tərəfindən araşdırılır. Ərəbistan Ədliyyə Nazirliyi və məhkəmə rəsmiləri edamla əlaqədar heç bir açıqlama verməyiblər.
ECHO Klassik 2017 Mükafatının sahibi – Fazil Say
25 – cisi təşkil edilən ECHO Klassik musiqi mükafatına məşhur türtkiyəli pianoçu və bəstəkar Fazil Say layiq görülüb. Bu haqda bəstəkar öz sosial şəbəkə hesabından məlumat verib. Festival Salzburgun məşhur konsert salonu Mozarteumda təşkil olunub. Qeyd edək ki, bu günə qədər dörd dəfə ECHO Mükafatının sahibi olan Fazıl Say daha əvvəl 2012-ci ildə "İstanbul Senfonisi" əsəri ilə, 2008-ci ildə skripka sənətçisi Patricia Kopatchinskaja ilə ifa etdiyi "Say Kopatchinskaja: Beethoven Ravel Bartok Say" albomu ilə ən yaxşı kamera musiqisi mükafatına, 2001-ci ildə isə Stravinski 'Bahar Ayini' qeydi icrası ilə ən yaxşı şərhçi mükafatını almışdı.
Ağ evdə istefa
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq və milli təhlükəsizlik üzrə müşaviri Derek Harvi vəzifəsindən gedib. Milli təhlükəsizlik xidmətinin mətbuat katibi Maykl Enton xəbəri təsdiq edib.














.jpg)