Dünya
Farsların şeytanın ağlına gəlməyən DƏHŞƏTLİ 10 CƏZA NÖVÜ: 3 dəfə öldürmək...
Farslar törədilən cinayətin böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün məhbusları çox sərt cəzalandırırdılar ki, digərlərinə ibrət olsun. Onlar cəza verərkən çox zaman insanların mənsub olduqları zümrələri nəzərə almırdılar. Lakin bəzən qaydaları pozurdular.
Rusiya ABŞ-a qarşı əks-hücuma KEÇDİ - Qarşıdurma QIZIŞIR
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yenidən gündəmə gətirməsindən sonra Moskva əks-hücuma keçib. Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı diplomatlarının sayını 455-ə qədər azaldılmasını tələb edib. Həmçinin, Moskvadakı diplomatik korpusların ABŞ səfirliyi tərəfindən istifadə edilməsini də məhdudlaşdırıb.
"ABŞ bizi şantaj edir" - Rusiya XİN
"Rusiya XİN ABŞ tərəfindən Rusiya ilə bağlı qəbul edilmiş yeni sanksiyaları şantaj adlandırıb". Rusiya XİN Rusiya ilə qarşılıqlı əlaqələrin məhdudlaşdırılmasına yönəlmiş şantajın bir çox ölkələr və beynəlxalq biznes üçün təhlükə olduğunu bildirib.
ŞOK! Bu ölkədə it əti yeyənlərin sayı artır
İndoneziyada it əti satışları artır. Bu səbəbdən də itləri oğurlayaraq satanların sayında həndəsi yüksəliş müşahidə olunur. Oğurluq itlərin satışlarının ən yüksək həddə çatdığı şəhərlər paytaxt Cakarta ilə məşhur kurort Balidir.
Peterburqda terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt-Peterburqda terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfəri saxlayıb. Saxlanılan şəxslərin hamısı Orta Asiya ölkələrinin vətəndaşlarıdır. Onlar dəmiryolu nəqliyyatında və insanların sıx toplaşdığı yerlərdə terror aktları həyata keçirmək istəyib. Saxlanılanların şəxsiyyətləri açıqlanmasa da, müvafiq əməliyyat-istintaq işləri aparılır.
Polis arvadını öldürdü: özü də azyaşlı uşağının gözü qarşısında İNTİHAR ETDİ - VİDEO
Konyanın Cihanbeyli mahalında yol polisi işləyən 27 yaşlı Serkan Çevik ilə həmyaşıdı olan tibb bacısı həyat yoldaşı Elif Çevik evdə ölü tapılıb. Cütlüyün 2.5 yaşlı uşaqları İkranurun da paltarı qan içində valideynlərinin cəsədinin yanında olduğu məlum olub. Serkan Çevikin psixi sarsıntı keçirib, tapança ilə yoldaşını öldürdükdən sonra intihar etdiyi ehtimalı üzərində dayanan polis istintaqı davam etdirir.
Ermənistanda dəhşətli qətl: Müşaviri ailə üzvləri öldürüb
Ermənistanın Armavir vilayətinin qubernatorunun müşaviri Manuk Simonyanın ölümündə şübhəli bilinən iki nəfər nəzarət altına alınıb.
Makkeyn Trampın istəyini rədd etdi: Prezident vədini yerinə yetirə bilmədi
ABŞ Senatı keçmiş prezident Barak Obamanın dövründə tətbiq edilən “Obamacare” səhiyyə sisteminin ləğvinə dair Respublikaçılar partiyası tərəfindən təklif edilən dəyişiklikləri rədd edib. Senatda yeni səhiyyə sisteminin tətbiqi ilə bağlı səsvermə keçirilib. Dəyişiklik layihəsinin 51 nəfər əleyhinə, 49 nəfər isə lehinə səs verib. Respublikaçılar partiyasından Con Makkeyn, Suzan Kollins və Liza Murkovsk dəyişiklikləri “cılız” adlandırıb və layihənin əleyhinə səs verib.
Ermənilər iş başında – Türkiyə-Almaniya gərginliyindən istifadə edirlər
Türkiyə və Almaniya arasındakı siyasi gərginlik ermənilərə yeni fürsət açıb. Almaniya Erməni Şurası gələcək fəaliyyətində Qarabağ məsələsinə toxunacağını bəyan edib. Şuranın rəhbəri Andranik Aznavuryan Almaniya-Türkiyə əlaqələrinin gərginləşməsindən sonra bu açıqlamanı verib: “İki ölkə arasında gərginliyin artmasından sonra Türkiyəyə qarşı sərt münasibət var.
18 yaşlı gənc milyonları heyrətləndirir - VİDEO
Rusiyanın Omsk şəhərində yaşayan vorkaut fanatı Vyaçeslav Kripak artıq dünyaca məşhurdur. 18 yaşlı Slava ekstremal jurnalistika ilə məşğul olur. O, şəhadət barmaqları, hətta baş barmaqları üzərində durur.
Ərəb koalisiyasından ŞOK AÇIQLAMA— "Məkkəyə hücumun qarşısı alındı"
Ərəb koalisiyası Məkkəyə edilən hücum barədə açıqlama verib. Yəmənli üsyançıların Məkkəyə atdığı raket Səudiyyə Ərəbistanı tərəfindən məhv edilib. Koalisiya isə baş verən insidenti "həc ziyarətinə mane olmağa cəhd" kimi dəyərləndirib. Raket Məkkənin 69 km cənubuna düşüb. Avqust ayında başlayacaq həc ziyarətinə iki milyondan çox müsəlmanın gələcəyi təxmin edilir. Qeyd edilir ki, raket İranın dəstəklədiyi xusilər tərəfindən atılıb.
Hitlerin 93 yaşlı tərcüməçisinin başına Kanadada OYUN AÇDILAR
Kanada dövləti artıq 4-cü dəfədir ki, Helmut Oberlanderi vətəndaşlıqdan məhrum edir. 2-ci dünya müharibəsi dövründə nasistlərin yanında tərcüməçi işləyən 93 yaşlı Oberlander bu qərara qarşı da apelyasiya şikayəti verərək vuruşmaq istəyir.
Gülnarə Kərimovanın həbsi ilə bağlı TƏFƏRRÜAT - Milyardlıq cinayət
Özbəkistanın sabiq prezidenti İslam Kərimovun həbs edilən qızı Gülnarə Kərimovanın həbsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Gulnarə Kərimova bundan 2 il qabaq da saxlanılıb, barəsində araşdırma aparılıbmış.
Ermənilər Qarabağda minaya düşdü
Barselonada dəmiryolu qəzası - 48 yaralı
Barselonada səhər saatlarında dəmiryolu qəzası baş verib. Yerli xilasetmə xidməri qəza nəticəsində azı 48 nəfərin xəsarət aldığı barədə xəbər verib. Xəsarət alanlardan 20 nəfər xəstəxanaya yerləşdirilib.














