Dünya

ABŞ-ın Rusiyadakı səfiri XİN-ə çağırıldı

28 İyul 2017 18:05

ABŞ-ın Rusiyadakı səfiri Con Tefft bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Rusiya XİN xəbər verib. Məlumata görə, amerikalı diplomat nazirliyə dəvət olunub və ona XİN-in bəyanatı təqdim edilib. Bəyanatda Amerika diplomatlarına münasibətdə Rusiya tərəfinin cavab tədbirləri, eləcə də müvafiq diplomatik xəbərdarlıq notaları əks olunub.

Albaniyada restoranda PARTLAYIŞ - 20-dən çox yaralı

28 İyul 2017 17:27

Albaniyanın şimal-qərbində restoranda güclü partlayış baş verib. Partlayış qaz balonunun partlaması nəticəsində baş verib. İnsident nəticəsində 20-dən artıq adamın müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Yaralılardan 5 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ukraynada ermənilərlə azərbaycanlı iş adamı arasında QARŞIDURMA

28 İyul 2017 17:03

Ukraynanın Lvov vilayətinin  Truskavets  şəhərində biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı Fuad Kərimov ilə ermənilər arasında qarşıdurma baş verib.  Bu barədə biznesmenin özü məlumat verib. O qeyd edib ki, sözügedən şəhərdə iki restoranın sahibidir: ““Ukaze” restoranı 3 ay, “Sultan” restoranı isə 1 il yarımdır ki, fəaliyyət göstərir. Özüm isə 4 ay yarımdır ki, orada yaşayırdım. 

Üç məhkumun həbsxanadan qaçış VİDEOsu ortaya çıxdı - BELƏ QAÇIBLAR

28 İyul 2017 16:59

ABŞ-ın Kaliforniya ştatında keçən il həbsxanadan qaçan üç məhkumun çəkdikləri qaçış videosu ortaya çıxıb.Hoseein Nayer, Conatan Tieu və Tien Duonq adlı məhkumlar keçən il Kaliforniyadakı "Orange County" həbsxanasından qaçıblar. Həbsxanadan qaçış görüntülərini kamerayla qeydə alan məhkumlar bununla kifayətlənməyib, qaçışdan sonrakı həyatlarını da kameraya çəkiblər. Qaçış videolarını '"Həbsdən necə qaçdıq?" başlığıyla sosial şəbəkədə paylaşan məhkumlar yenidən saxlanılıblar.

Poroşenko Senatın Rusiya ilə bağlı qəbul etdiyi sanksiya qərarını alqışladı

28 İyul 2017 16:54

Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq edəcəyi yeni sanksiyalar paketi Ukraynanın yekdilliklə dəstəklənməsinin göstəricisidir. Poroşenko bu barədə Facebook-da yazıb: “Mən ABŞ Konqresi tərəfindən Rusiyaya qarşı qəbul edilən yeni  sanksiyalar paketini qiymətləndirirəm. Bu ABŞ parlamenti tərəfindən Ukraynaya verilən dəstəyin göstəricisidir. ABŞ-ın təcavüzkarın cəzalandırılması ilə bağlı dəyişməz mövqeyinə inanıram”.

Bəkir HƏBS OLUNDU

28 İyul 2017 16:48

İstanbul Respublika Prokurorluğu Terror və mütəşəkkil cinayətlər Bürosu Baş Prokurorluğunun təlimatı ilə Bəkir İrtegün "Bylock" istifadə etdiyi üçün saxlanılıb. "Başakşehir" klubunun müqaviləsinə xitam verdiyi keçmiş "Fənərbağça"lı futbolçu Bəkir İrtegün FETÖ-nün gizli mesajlaşma proqramı "ByLock"-dan istifadə etdiyi iddiasıyla nəzarətə götürülüb.

Qandonduran cinayətdən dəhşətli faktlar: “Gülməyinə ara vermirdi”

28 İyul 2017 16:26

Kenned Rey Manzanares adlı ABŞ vətəndaşı birlikdə dəniz səyahətinə çıxdığı arvadını gəmidə öldürüb.  Cinayətkar polisə verdiyi ifadədə arvadının ona həddən artıq çox güldüyünü və onu bu səbəbdən vurduğunu deyib. 

4,7 bal gücündə zəlzələ

28 İyul 2017 16:13

İranın Həmədan əyalətinin Nəhavənd şəhərində 4,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib. İnsanlar qorxaraq küçələrə axışıb. Müxtəlif səbəblərdən 16 nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdirilib. Yeraltı təkanların episentri Nəhavənd şəhərinin 4 kilometrliyində yerləşən Kuhani kəndinə təsadüf edib və 2 km dərinlikdə olub.

İordaniya kralından sərt bəyanat: “Siyasi şoumenlik göstərməsin, işini görsün!”

28 İyul 2017 15:23

Bir təhlükəsizlik işçisinin Əmmandakı İsrail səfirliyində 2 İordaniya vətəndaşını öldürməsi səbəbilə ölkələr arasında başlayan diplomatik böhran dərinləşməkdə davam edir.

Bill Qeyts yenə də dünyanın ən varlı adamı oldu

28 İyul 2017 15:16

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts yenə də dünyanın ən varlı adamıdır. Nüfuzlu "Forbes" jurnalı və "Bloomberg" nəşriyyatının versiyasına görə bu il də Bill dünyanın ən varlı adamı seçilib.

Rakkada həlak olanların sayı açıqlandı

28 İyul 2017 15:01

Suriyanın Rakka şəhərinə  26 və 27 iyulda təşkil edilən hücumlar nəticəsində  84 mülki şəxsin həlak olduğu, 90 nəfərin yaralandığı bildirilir. “Olaylar” "Anadolu” agentliyinə istinadən bildirir ki, Suriya İnsan Haqqları birliyi son 8 ayda Rakkaya olan hücumlar zamanı  həlak olanların sayını açıqlayıb. Məlum olub ki, Rakkada son 8 ayda həlak olanlardan 308 – i uşaq,  203 - ü qadındır. Birlik ən azı  400 vətəndaşın həlak olduğunu qeyd edir.

12 PKK – çı saxlanıldı

28 İyul 2017 14:59

İstanbul Terrorla Mübarizə İdarəsi PKK teror qruplaşmasına qarşı əməliyyatlarını davam etdirir. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, Güngören, Arnavutköy, Ovçular, Sultangazi, Bağçılar, Fatih və Büyükçekmecedə aparılan əməliyyat zamanı 12 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Burak həyat yoldaşı və iki uşağına "Çin işgəncəsi" verdi

28 İyul 2017 14:50

Çinin "Beijing Guoan" klubunda ilinə 32 milyon TL qazanan Burak Yılmaz həyat yoldaşı və uşaqlarının qaldığı evin aylıq 16 min TL kirayəsini ödəməyincə mənzil sahibi onları evdən çıxarmaq haqda qərar verib. Burakın xanımı uşaqlarıyla yaşadığı villanı 7 gün ərzində boşaltmaq məcburiyyətindədir.

Özünü başqasının mənfi enerjisindən müdaifə etməyin 5 mühüm qaydası

28 İyul 2017 14:46

Empatiya başqa insanların emosiyalarını duymaq və hiss etmək qabiliyyətidir. Simpatiya isə digər insanlara qarşı şəfqət hissidir. Empatiyası güclü olan insanlar ətrafdakıların ağrı və əzablarını daha tez hiss edir. Lakin bu duyğunun sizə mənfi təsirləri qaçılmazıdır.

Fala baxır, rəml atır...

28 İyul 2017 14:31

Dövr və zaman dəyişsə də, insanın düşüncəsi, arzu və istəyi dəyişməz olaraq qalır. Sözdə dünya malına aludə olmadığını, vəzifəyə göz dikmədiyini deyən insan, əməli fəaliyyətində bu istəkləri reallaşdırmağa can atır. Bunun üçün, hətta ağılasığmaz vasitə və üsullardan belə istifadə etməkdən çəkinmir. Bir qədər əvvəl sosial şəbəkələrdə belə bir məlumat yayıldı ki, Çeçenistanda mənzil istismar sahəsinin əməkdaşı falçı yanına gedib, pul-para verib, xahiş-minnət edib ki, elə dua yazsın, rəml atsın ki, Ramzan Kadırov rəhmə-imana gəlib onu Çeçenistanın mədəniyyət naziri təyin eləsin. Bu biçarənin iştahası böyük olsa da, arzusuna təbii yanaşılır. Axı, o da nəhayətdə insandır.