Dünya
Moskva çayında gəzinti qayığı yandı
Moskva çayında gəzinti qayığında yanğın baş verib. Fövqəladə Hallar Xidmətinin idarə rəhbəri bildirib ki, yanğın "Leqenda" adlı qayıqda baş verib. Yanğın qayığın 3 kvadrat metr hissəsini əhatə edib. Yanğın dərhal söndürülüb. Xəsarət alanlar barədə məlumat verilməyib. Hadisə şahidlərinin sözlərinə görə, yanğın baş verən zaman qayıqda 25-30 nəfər adam olub.
Ermənistan ordusunda daha bir qətl – Hərbi qulluqçu nəzarət altına alındı
Ermənistan hərbi istintaq komitəsi kiçik çavuş Vardan Melkonyanın ölümü ilə bağlı araşdırmaya başlayıb. Kiçik çavuşun ölümündə şübhəli bilinən hərbi qulluqçu nəzarət altına alınıb.
Əlində pivə şüşəsi ilə görüntülənmiş iranlı aparıcı qadın işdən qovuldu
Bu yaxınlarda İsveçrədə istirahətdə olarkən başıaçıq və əlində pivə şüşəsi ilə kameraya düşmüş məşhur iranlı teleaparıcı Azade Nəmdari işdən qovulub.
Fransada zəncirvari qəza - 11 avtomobil toqquşdu
Fransanın şimalında 11 avtomobil toqquşub. Hadisədə 17 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu deyilir. Toqquşmada 9 minik avtomobili, yük maşını, eləcə də dustaqları daşıyan xüsusi avtomobil iştirak edib. Xəsarət alanlardan 7-nin dustaqlar olduğu bildirilir.
“Məscid-i Aksa” ilə bağlı qərar verildi
İsrail polisi “Məscid-i Aksa” ilə bağlı məhdudiyyəti aradan qaldırıb. Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhdudiyyətin aradan qaldırılmasından sonra Müsəlman liderlər yenidən Aksaya dönməyə qərar verib. Dindarlar əhaliyə “Məscid-i Aksa”ya girmək üçün çağırış edib.
İranlı qadın aparıcının fotoları tənqid olundu
İran dövlət televiziyasının aparıcısı Azadeh Namdarinin İsveçrədə istirahət zamanı çəkilmiş fotoları İranda böyük səs – küyə səbəb olub. “Olaylar” “Hurriyet” - ə istinadən bildirir ki, aparıcının istirahət zamanı spirtli içki içməsi və başörtüyünün olmaması İran ictimaiyyəti tərəfindən tənqidlərlə qarşılanıb.
Ərdoğan: “Yorulan varsa kənara çəkilsin”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bu gün nazir və millət vəkilləri ilə görüşüb. Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə çıxış edən Ərdoğan bildirib ki, OHAL (Fövqəladə vəziyyət) üçün bəhanə ola bilməz: “Yorulan varsa kənara çəkilsin. Yerini başqası əvəzləsin. Ən yaxşı tətil millətlə birlikdə olmaqdır. Millətlə birlikdə olmaq bizim həyat tərzimizdir". Prezident bildirib ki, millətimlə birlikdə olmağa davam edəcəyəm, təşkilata hörmət əsasdır: “2019-cu il dönüş nöqtəsidir. Hər kəs buna hörmət göstərməlidir”.
3 yaşlı qıza təcavüz edib öldürən cani edam edildi
1993-cü ildə sevgilisinin 3 yaşlı qızını zorlayaraq öldürən 43 yaşlı məhkum Ronald Filips edam edilib. O, ölümündən öncə göz yaşı tökərək peşman olduğunu dilə gətirib. Hadisə 24 il əvvəl ABŞ-ın Ohayo ştatında baş verib. Məhkum son sözlərini söylədikdən 10 dəqiqə sonra öldürülüb.
Kibercinayətkarların rəhbəri Yunanıstanda tutuldu
Yunanıstanda ABŞ tərəfindən beynəlxalq axtarışa verilən rusiyalı kibercinayətkar Aleksandr Vinnik həbs olunub. AzVision.az "Reuters"ə istinadən xəbərinə görə, 38 yaşlı haker bitkoin tranzaksiyalar vasitəsilə 4 milyon dollar çirkli pulun yuyulmasında ittiham olunur.
Saakaşvili Ukraynadan ABŞ-a gedib
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili artıq bir neçə gündür ABŞ-dadır. AzVision.az xəbər verir ki, bunu Mixail Saakaşvilinin başçılıq etdiyi “Yeni qüvvələr hərəkatı” (“Rux novıx sil”) Partiyasının nümayəndəsi TASS-a bildirib.
Avropa Birliyindən icbari tibbi sığortaya dəstək
Avropa Qonşuluq Siyasəti çərçivəsində icbari tibbi sığorta sahəsi üzrə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa Birliyinin bu sahədə mövcud qanunvericilik sistemi ilə uyğunlaşdırılması məqsədilə Avropa Birliyi tərəfindən Tvinninq layihəsinə start verilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AzVision.az-a verilən xəbərə görə, həyata keçiriləcək layihəyə əsasən, iki il ərzində Avropa ölkələrinin müvafiq istiqamət üzrə böyük təcrübəyə malik mütəxəssis və ekspertləri Avropanın qabaqcıl təcrübəsinə əsaslanaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək verəcəklər.
Ruhaninin inaqurasiyasına Azərbaycandan kim gedəcək?
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının yeni seçilmiş prezidenti Həsən Ruhaninin andiçmə mərasiminə qatılacaq.
Ermənistanda etiraz aksiyası: qızıl mədəninə gedən yol bağlandı
Emənistanın Lori bölgəsinin Ardvi kəndinin sakinləri qızıl mədəninin istismarına etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçıları qızıl mədəni yerləşən kəndə gedən yolu bağlayıblar. Bu mədənin istismarı ilə bağlı ictimai müzakirə planlaşdırılıbmış. Aksiya iştirakçıları müzakirənin aparılmasına yol verməyəcəklərini bildiriblər.
Qahirəli alimdən ŞOK İDDİA — Fironlar yadplanetlilərin törəmələridir
Qahirəli alim elm dünyasını şoka salan kəşf edib. Alim Qədim Misirdəki Fironlar nəslinin yadplanetlilərin törəməsi olduğunu müəyyən edib. Professor Stüart Flyayşmanın sözlərinə əsasən, qədim dövrdə fironlar insan olmayıblar. Fironlar yadplanetli məxluq ilə insanın hibrid törəmələri olublar. Alim qədim mumyalardan götürülmüş genetik analiz nümunələrindən sonra belə bir bəyanat səsləndirib.














