Dünya
Elektrik enerjisinin əldə olunması üçün sürətli üsul icad edildi
ABŞ ordusunun laboratoriyasının alimləri tərəfindən hazırlanmış maddə az müddət ərzində kifayət qədər elektrik enerjisi hasil etmək qabiliyyətinə malikdir. Alimlər ABŞ ordusunun elmi-tədqiqat laboratoriyasında sınaqlar zamanı çox güclü reaksiyanın şahidi olublar. Belə ki, alüminium əsaslı nanoqalvanik tozun su ilə qarışdırılması zamanı güclü qaynama müşahidə olunub. Məlum olub ki, buna səbəb olan hidroliz nəticəsində su oksigen və hidrogen elementlərinə parçalanıb.
Pakistanda sərhədçilərə hücum - 7 ölü
Pakistanın Bəlucistan əyalətində törədilmiş iki terror aktı nəticəsində 7 hərbçi həlak olub. Hücumlar Sərhəd korpusunun hərbçilərinə qarşı baş verib. Host şəhərində hərbçilərin olduğu avtomobilin partladılması nəticəsində 6 nəfər həlak olub.
Düşmən generallarından ŞOK ADDIM: bu bölgənin İŞĞAL PLANINI CIZDILAR
Bəşər Əsəd rejimi Türkiyənin Hatay vilayətini Suriya torpağı olaraq təqdim edib. Əsəd generallarının İranın dəstəklədiyi şiə milisləri ilə birgə keçirdiyi müzakirələrdə masa üzərindəki xəritə diqqət çəkib. Xəritədə Türkiyənin Hatay vilayəti Suriya torpağı olaraq göstərilir. Təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Metin Gürcan qalmaqallı xəritə ilə bağlı Tvitterdə açıqlama yayıb.
Məşhur müğənnidən canlı yayımda BİABIRÇI SÖZLƏR: “İt kimi...” - VİDEO
Türkiyəli müğənni Demet Akalının evinə icra nümayəndələrinin gəlməsi gündəmi alt-üst etmişdi. İfaçının həyat yoldaşı Okan Kurtun 32 milyon 845 min lirə borcunun iddia olunurdu. Bununla bağlı Beyaz Tv-də yayımlanan proqrama telefonla bağlanan ifaçı canlı yayımda əsəbi sarsıntı keçirib.
Metro stansiyasında PARTLAYIŞ
İngiltərənin paytaxtı London şəhərində yanğın həyəcanı yaşanılıb. “Olaylar” bildirir ki, Londonda yerləşən Holborn metro stansiyası yanğın səbəbiylə boşaldılıb. Daha sonra metro stansiyasında partlayış səsi eşidildiyi bildirilir. Yanğın səbəbi ilə stansiyanın bağlandığı, dumanın artdığı deyilir.
Dəhşətli qətlin sirrini "38" ölçülü ayaqqabı ilə açmağa çalışacaqlar - VİDEO
İzmirdə ötən gün gecə saatlarında ərazidən keçən vətəndaşlar tərəfindən bir cəsəd tapılıb. Məlum olub ki, cəsəd başına sərt bir alətlə vurularaq öldürülmüş 30-35 yaşlı qadına məxsusdur. Qorxunc qətl hadisəsi cəsədin yanında tapılan "38" ölçülü parlak gümüşü rəngli ayaqqabı ilə araşdırılacaq.
Rusiya kəşfiyyatı Krımı yandırmaq istəyən agenti tutdu
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Krımda diversiya hazırlığında şübhəli bilinən şəxsi saxlayıblar. Bu haqda FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilir. Şübhəlinin Ukrayna Təhlükəsizlik Xidmətinin agenti olduğu bildirilir.
Mustafa Sandalla xanımının olduğu yaxta qayalıqlara çırpıldı
Müğənni Mustafa Sandalla həyat yoldaşı Emina Sandal qəza keçirib. Cütlüyün olduğu yaxta qayalıqlara çırpılıb. Bodrumda baş vermiş hadisə yaxtada olanlara qorxu dolu anlar yaşadıb. Mustafa ilə Emina xilasedici qayıqlarala sahilə çıxarılıblar. Yaxta isə təmir olunmaq üçün tərsanəyə aparılıb.
Moskvada kuryoz quldurluq: Azərbaycanlı və erməni birləşib...
Moskva polisi Qazaxıstan vətəndaşına qarşı quldurluq edən şəxsləri yaxalayıb. 43 yaşlı Qazaxıstan vətəndaşı Rusiya paytaxtının Permskaya küçəsində iki nəfər tərəfindən qarət edildiyi barədə polisə müraciət edib. O bildirib ki, Moskvaya “Volvo” markalı yük maşınıyla mal gətiriblərmiş. Permskaya küçəsində avtomobil dayanacağında onlara “Volksvagen” markalı maşında iki nəfər yaxınlaşıb. Sürücünü və yoldaşının tapançayla hədələyən quldurlar onların 74 min rublunu (təxminən 2 min 100 manat) alaraq ərazini tərk ediblər.
Müharibənin əsas təşəbbüskarından geri addım
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və müdafiə naziri Məhəmməd bin Salman Yəmən müharibəsindən çıxmaq istəyir. Bu haqda iki amerikalı diplomatın mediaya sızan məktublarında deyilir. Səudiyyə şahzadəsi 2015-ci ildə Yəməndə ərəb koalisiyasının başladığı “Qətiyyətli fırtına" əməliyyatının əsas təşəbbüskarlarından biri idi. ABŞ-ın İsraildəki keçmiş səfiri Martin İnduk və BƏƏ-dəki səfiri Yousef Otaiba arasındakı elektron yazışmalara görə, “praqmatik lider” adlandırılan şahzadə Yəməndən çıxmaq istəyir.
Qadınları əlcək kimi dəyişən Leonardo Dikaprionun YENİ GÖZƏLİ
Qadınları əlcək kimi dəyişməyi özünə adət edən Leonardo Dikaprio özündən 20 yaş kiçik modellə görüşür. 42 yaşlı subay aktyorun yeni rəfiqəsi Loren Rey adlı gənc modeldir. Ulduza yaxın mənbənin sözlərinə görə, cütlüyün münasibətləri sürətlə inkişaf edir.
İşsizləri sayı acıqlandı - 3 milyon 225 min nəfər
Türkiyədə 15 və daha yuxarı yaş qrupuna daxil olan işsiz insanların sayı acıqlandı. “Olaylar” bildirir ki, Türkiyədə işsizlərin sayı ötən ilin may ayından 2017 – ci ilin may ayına kimi 330 min nəfər artaraq, 3 milyon 225 min nəfər olub.
İraqdan İŞİD - ə ZƏRBƏ- VİDEO
İraq ordusu İŞİD terror təşkilatının nəzarətində olan Türkmənistanın Telafer şəhərinin azad edilməsi üzrə əməliyyata başlayıb. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, İraq Müdafiə Nazirliyi İŞİD-in mövqelərinə aviazərbələrin başlandığını bildirib.
Vaşinqton Moskvanın hədəsinə qulaq asmadı - Kiyevə hücum başlanacaq!
ABŞ-ın öldürücü silahları artıq Ukraynaya çatdırılıb. Bu haqda hərbi jurnalist Yuri Butusov Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, 12,7 millimetr kalibrli “Barrett” M82 və M107snayper tüfəngləri partiyasının çatdırılmalarından sonra Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiya PSRL-1 əl qumbaraatanlarını alıb.
Ermənistanda yanğınların ardınca zəlzələ də baş verdi - Rusiya təyyarəsi köməyə gəldi
Ermənistan hökumətinin 5 gündür ölkədə davam edən meşə yanğınlarını söndürmək üçün Rusiyaya etdiyi müraciətə müsabət cavab verilib. Artıq Rusiya özünün “İL 76” təyyarəsini Ermənistana göndərib.














