Qadınları əlcək kimi dəyişən Leonardo Dikaprionun YENİ GÖZƏLİ

Qadınları əlcək kimi dəyişməyi özünə adət edən Leonardo Dikaprio özündən 20 yaş kiçik modellə görüşür. 42 yaşlı subay aktyorun yeni rəfiqəsi Loren Rey adlı gənc modeldir. Ulduza yaxın mənbənin sözlərinə görə, cütlüyün münasibətləri sürətlə inkişaf edir.

Qadınları əlcək kimi dəyişməyi özünə adət edən Leonardo Dikaprio özündən 20 yaş kiçik modellə görüşür. 42 yaşlı subay aktyorun yeni rəfiqəsi Loren Rey adlı gənc modeldir. Ulduza yaxın mənbənin sözlərinə görə, cütlüyün münasibətləri sürətlə inkişaf edir. Həftəsonu onlar müasir incəsənət muzeyinə, daha sonra isə restorana nahar etməyə gediblər. Mənbələr onu da əlavə edib ki, cütlük artıq çoxdan tanışdır, ancaq onların sevgi münasibətləri yeni yaranıb. Yeri gəlmişkən aktyor keçmiş sevgilisi Nina Aqdaldan mayda ayrılıb. Publika.az xarici mətbuata istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31