Ermənistanda yanğınların ardınca zəlzələ də baş verdi -  Rusiya təyyarəsi köməyə gəldi

Ermənistan hökumətinin 5 gündür ölkədə davam edən meşə yanğınlarını söndürmək üçün Rusiyaya etdiyi müraciətə müsabət cavab verilib. Artıq Rusiya özünün “İL 76” təyyarəsini Ermənistana göndərib.

Ermənistan hökumətinin 5 gündür ölkədə davam edən meşə yanğınlarını söndürmək üçün Rusiyaya etdiyi müraciətə müsabət cavab verilib. Artıq Rusiya özünün "İL 76" təyyarəsini Ermənistana göndərib. Avqustun 15-i səhər tezdən Ermənistanın fövqəladə hallar naziri David Tonoyan rusiyalı həmkarları ilə birgə vertolyotla "Xosrov meşəsi" qoruğuna uçub. Məqsəd yanğın baş verən ərazidə görüləcək tədbirlər barədə plan hazırlamaqdır. Bundan sonra isə, Rusiyaya məxsus yanğınsöndürən təyyarə yanğın yerinə uçuşu həyata keçirib. Məlumata görə, bu təyyarə eyni vaxtda 40 tona qədər su daşımağa qadirdir.

Bu arada Ermənistan əhalisi zəlzələ şokunu da yaşayıb. Belə ki, 15 avqust saat 07.51-də episentri Amasiya şəhərinin 8 km şərqində olmaqla zəlzələ baş verib. Zəlzələnin gücü 3-4 bal olub. Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31