Dünya
"Protein" qəbul edən 25 yaşlı qız öldü
Avstraliyalı 25 yaşlı Meeqan Heffordun yaşadığı evdən meyiti tapılıb. Onun ölümünə qəbul etdiyi “protein” vitamini səbəb olub.
Ermənistanda konsertə hazırlaşan Ququş: “Yaşasın Azərbaycan, qurban olum…” – VİDEO
Əslən Güney Azərbaycandan olan, Amerikada yaşayan müğənni Ququş avqustun 31-də Ermənistan paytaxtı İrəvanda konsert verəcək. Konsertdə İrandan gələn turistlərin tamaşaçı qismində iştirakı gözlənilir.
Serj Sarkisyan təcili iclas çağırdı
Ermənistan prezidenti Serj Sarkisyan ölkədə vüsət alan yanğınlardan dolayı bir neçə nazirliyin iştirakı ilə iclas çağırıb. Xosrov parkındakı yanğınla bağlı çıxış edən fövqəladə hallar naziri David Tonoyan yanğının neytrallaşdırılması üçün addımların atıldığını deyib.
İran yaxın saatlarda... – Moskva müharibə ANONSU VERDİ
ABŞ sanksiyaları genişləndirməkdə davam edərsə, İran sayılı saatlarda nüvə proqramı üzrə razılaşmadan çıxa bilər. Bunu İran prezidenti Həsən Ruhani deyib. “Sanksiyalar üzrə uğursuz təcrübə ABŞ-ın əvvəlki administrasiyasını danışıqlar stolu arxasına gətirib çıxardı. Onlar bu təcrübəyə qayıtmaq istəyirlərsə, şübhəsiz ki, biz qısa vaxtda, həftələr və ya aylar deyil, yaxın günlər və saatlarda əvvəlki vəziyyətimizə qayıdacağıq”, - İran prezidenti bildirib.
Tanınmış milyarder həyat yoldaşını boşadı
Rusiyalı oliqarx Roman Abramoviç həyat yoldaşı Daşa Jukovadan ayrılıb. Cütlük ayrıldığını sosial şəbəkədə elan edib. Onlar ayrılsalar da, dostluq münasibətlərini davam etdirdiklərini bildirib. Stil ikonası kimi tanınan Daşa Jukova ilə iş adamı boşanması haqqında rəsmi məktubda bunlar yazıb: “10 illik birgə həyatdan sonra bizim üçün ayrılıq qərarını qəbul etmək asan olmadı, amma hələ də iki gözəl uşaqların valideynləri və yaxın dost olaraq qalırıq. Həmçinin birgə həyata keçirdiyimiz layihələrin tərəfdaşı olmağa davam edəcəyik. Biz uşaqlarımızın tərbiyəsilə birlikdə məşğul olacaq, Moskvada müasir incəsənət Muzeyi “Qaraj" və Hollandiyada mədəniyyət mərkəzinin fəaliyyətini davam etdirmək niyyətindəyik.
Ruhani: İran Nüvə proqramı üzrə Sazişdən çıxa bilər
ABŞ sanksiyaları genişləndirməyə davam edərsə, İran Nüvə proqramı üzrə Sazişdən çıxa bilər. Bunu İran Prezidenti Həsən Ruhani bəyan edib. H.Ruhani qeyd edib: "Əgər onlar uğursuz sanksiya təcrübəsinə qayıtmaq istəsələr, biz həftə və ya ay, hətta bir neçə gün və saat ərzində əvvəlki vəziyyətimizə qayıdacağıq".
Türkiyədə yol qəzasında 2 Azərbaycan vətəndaşı ölüb
Türkiyənin İğdır vilayətində Azərbaycan vətəndaşı, Naxçıvan MR sakininin idarə etdiyi avtomobilin aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Qəzada ölənlərin ikisi Naxçıvan sakinidir. Xəsarət alanlar İğdır şəhər xəstəxanasına yerləşdiriliblər. Ölən və yaralanan şəxslərin adları açıqlanmır. Yol qəzası ötən gün axşam saatlarında baş verib.
Terror sosial şəbəkələrdə təbliğ olunur
Türkiyənin Kayseri vilayətində sosial şəbəkədə fəaliyyət göstərən terror qruplaşması ifşa olunub. “Olaylar” bildirir ki, PKK üzvü olan qruplaşmanın 9 üzvü həbs olunub. Qruplaşmanın sosial şəbəkə vaistəsilə terror təşkilatlarını, onların fəaliyyətlərini təbliğ etdikləri məlum olub.
5 yaşlı qıza təcavüz etdi, sonra ...
Yəmənin paytaxtı Sənada yaşayan 22 yaşlı Hüseyn əl-Sakit azyaşlı qıza təcavüz edib. Cinayətkar 5 yaşlı qıza təcavüz etdikdən sonra onu öldürüb.
Kəşfiyyat düşmən ölkəyə girdi: Putin İrəvana ordu yeridə bilər – Ermənistanda SİYASİ DÖYÜŞ
Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi pik həddə çatıb. Bu barədə erməni politoloq, şərqşünas Karine Qevorqyan deyib. Onun fikrincə, Rusiyanın Ermənistanda aktivliyi azdır, əvəzində Qərb onun yerini doldurur: “Ermənistanda bir çox fondlar və siyasətçilər ABŞ tərəfdarı kimi çıxış edir. Bu halda Amerikadakı erməni icmasının da rolu böyükdür. Bu gün Ermənistan Maydan dövrünün Ukraynasını xatırladır”.
Donald Tramp: “Üzüntü içindəyəm”
ABŞ Prezidenti Donald Tramp Şarlottasvil şəhərində irqçilərin və onlara müxalif olan qrupların qarşudurmasının ardınca açıqlama verib. Prezident kuklusklançılar, faşist tərəfdarları və ağların üstün olduğunu düşünənlər və onlara nifrət bəsləyən insanların Amerikanın dəyərlərinə qarşı çıxdığını deyib. O, irqçilik edən insanları şeytan adlandırıb və onları quldurluqda ittiham edib. Əvvəlki açıqlamalarında da irqçiliyə qarşı olduğunu söyləyən Tramp bu dəfə ən sərt şəkildə nifrəti və şiddəti qınadığını, ölkəsində bu cür münasibətlərə yer olmadığını dilə gətirib.
12 nəfər həbs olundu
Türkiyənin Adana şəhərində icazəsiz nümayiş təşkil edən və terror təşkilatına üzv olanlara qarşı Şəfəq əməliyyatı həayata keçirilib. “Olaylar” bildirir ki, əməliyyat öncədən təyin olunmuş 15 ayrı ünvanda aparılıb.
Fransada 1 nəfər həlak oldu 12 nəfər yaralandı
Fransada avtomobil pizza kafesinə çırpılıb. "Olaylar" Milliyet" - ə istinadən bildirir ki, hadisə Paris yaxınlığındakı Sena və Marna departamentində, Set Sor kommunasında baş verib. Hadisə zamanı 1 nəfər ölüb, daha 12 nəfər xəsarət alıb. Ölən şəxsin gənc qız olduğu bildirilir.
İki gənc itə belə əziyyət verdi - VİDEO
Bir neçə gün əvvəl İmişlidə inəyə işgəncə verilən görüntülər sosial şəbəkələrdə yayılmışdı. Buna münasibət də birmənalı olmamışdı. Amma görünür hələ də bu kimi hallardan ibrət götürməyənlər var. İndi sizə təqdim etdiyimiz görüntülərə də diqqətlə baxın. İti çimərliyə gətirib, onu quma basdırırlar.
Alimlər elektrik enerjisinin əldə edilməsi üçün sürətli üsul icad ediblər
Silahlı qüvvələr dövlətin nəzarətindədir və onun inkişafına ciddi diqqət verilir. Bu yaxınlarda ABŞ ordusunun laboratoriyasının alimləri tərəfindən hazırlanmış maddə az müddət ərzində kifayət qədər elektrik enerjisi hasil etmək qabiliyyətinə malikdir. Alimlər ABŞ ordusunun elmi-tədqiqat laboratoriyasında sınaqlar zamanı çox güclü reaksiyanın şahidi olublar: alüminium əsaslı nanoqalvanik tozun su ilə qarışdırılması zamanı güclü qaynama müşahidə olunub. Məlum olub ki, buna səbəb olan hidroliz nəticəsində su oksigen və hidrogen elementlərinə parçalanıb.













