Dünya
İndi unikal funksiyalara malik “Samsung Internet” brauzeri əlçatandır
Cari ilin martında istifadəçilərin xahişini nəzərə alan Cənubi Koreya istehsalçısı “Pixel” və “Nexus” smartfonları üçün “Samsung Internet” brauzerinin beta-versiyasını çıxarıb və indi bütün “Android” istifadəçiləri bu proqramı quraşdıra bilərlər. Sözügedən brauzer “Chromium” mühərriki əsasında işləyir və unikal funksiyalara malikdir. “Chromium” mühərriki əsasında işləyən istənilən brauzerdə mövcud olan sinxronlaşdırma və məxfilik rejimindən başqa “Samsung Internet” brauzeri rahat oxumaq üçün yüksək kontrast rejimini, “Bluetooth” və “WebVR” standartını dəstəkləyir. “Samsung” şirkəti istifadəçiləri zəhlətökən reklamdan uzaq tutmaq, veb səhifələrin yükləməsini sürətləndirmək üçün daxili məzmun bloklama funksiyası əlavə ediblər.
Şəffaflığı dəyişdirilən pəncərələr yaradılıb
Amerikalı alimlər düyməyə sıxmaqla tamamilə şəffaf olan, yaxud günəş işığının qarşısını alan şüşənin yaradılması üçün yeni texnologiya təklif ediblər. Hazırda şəffaflığı dəyişdirilə bilən "ağıllı" pəncərələr mövcuddur və sərnişinlər bəzi “The Boeing 787 Dreamliner” hava gəmilərində düyməyə sıxmaqla öz illüminatorlarının şəffaflığını dəyişdirə bilirlər. Bu cür həllər şüşənin qatları arasında çəkilmiş xüsusi geldən istifadə nəticəsində mümkün olur: elektrik enerjisinin verilməsi şəffaflığı dinamik dəyişdirməyə imkan verir. Digər tərəfdən, bu yanaşma kifayət qədər baha başa gəlir, şəffaf vəziyyət keçid 20 dəqiqəyə kimi vaxt alır və gel isə vaxt keçdikdə öz xüsusiyyətini itirir.
“Google Play” mağazasında casus proqram aşkar edilib
“Lookout” şirkətinin mütəxəssisləri “Google Play” mobil proqramlar mağazasında casus proqram aşkar ediblər. Ekspertlərin sözlərinə görə, hakerlər “Android” mobil əməliyyat sistemi istifadəçiləri üzərində nəzarət imkanına malik olmaq üçün bu proqramı “Google Play” mağazasına bilərəkdən yükləyiblər. Ümumilikdə “SonicSpy” proqram təminatının üç casus versiyası aşkar edilib. “Soniac”, “Troy Chat” və “Hulk Messenger” təhlükəli proqramlar hesab edilib.
“Microsoft” şirkəti “Windows 10” sisteminin yeni variantını təqdim edib
“Microsoft” şirkəti öz əməliyyat sisteminin server və işçi stansiyalar üçün nəzərdə tutulmuş yeni versiyasını təqdim edib. "Windows 10 Pro for Workstations" versiyası məhsuldarlıq və təhlükəsizliyin gücləndirilməsi üçün çox yüklənmiş peşəkar sistemlərdə tətbiq edilən bir sıra texnologiyaları dəstəkləyir. Məsələn, yeni versiya “Microsoft” üçün hazırlanmış server səviyyəli fayl sistemini – “ReFS” (Resilient File System), “NVDIMM-N” enerjidən asılı olmayan əməli yaddaşı, həmçinin kompüterlər arasında “SMB Direct” şəbəkəsi üzrə böyük həcmli məlumatların sürətli mübadilə texnologiyasını dəstəkləyir. Bundan başqa, yeni versiyanı 4 prosessorlu (adi “Pro” maksimum iki mərkəzi prosessor dəstəkləyir) və 6 terabaytadək (“Pro” versiayda 2 TB-dəkr) əməli yaddaşa malik sistemlərə quraşdırmaq olar.
Qadınların beyni kişilərdən daha aktivdir
Alimlər bu günə qədər ən böyük beyin görüntüləmə tədqiqatında doqquz klinikanın 46 mindən çox beynin vahid foton emissiyalı kompüter tomoqrafiyasının (SPECT) təsvirlərini müqayisə ediblər. Bununla elm adamları qadın və kişilərin beyinləri arasında fərqi qiymətləndiriblər.
Torpaq 300-dən çox adamı "uddu" - YENİLƏNİB
Syerra-Leonenin paytaxtı Fritaunda baş vermiş torpaq sürüşməsi nəticəsində 312 nəfər həlak olub. Həlak olanların azı 60 nəfəri uşaqlardır. Hadisə ilə əlaqədar ölü sayının arta biləcəyi istisna edilmir. Dağıntılar altında insanların qaldığı ehtimal olunur. Fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
"Pulumu kişilərə yedirtmərəm"
53 yaşlı müğənni Yonca Evcimik şəxsi həyatı ilə bağlı açıqlamalar verib. İfaçı müsahibəsində ancaq özündən balaca kişilərlə münasibətdə olmağı sevdiyini deyib: "Sevgililərim mütləq məndən balaca olmalıdır. Yaşıdlarımla alınmır. Anam belə şeylərə hirslənir. Amma daha o da öyrəşdi".
Syerra-Leonedə torpaq sürüşməsi 300-dən çox adamı "uddu"
Syerra-Leonenin paytaxtı Fritaunda baş vermiş torpaq sürüşməsi nəticəsində 312 nəfər həlak olub. Trend-in məlumatına görə, həlak olanların azı 60 nəfəri uşaqlardır. Hadisə ilə əlaqədar ölü sayının arta biləcəyi istisna edilmir. Dağıntılar altında insanların qaldığı ehtimal olunur. Fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
“Taliban” komandiri öldürüldü - Öz mühafizəçisi tərəfindən
Əfqanıstanın Nanqarhar əyalətində “Taliban” terror təşkilatının komandirlərindən biri öz mühafizəçisi tərəfindən öldürülüb. Mühafizəçi onunla yanaşı daha dörd nəfəri qətlə yetirib. Hadisənin səbəbləri və digər təfərrüatları barədə məlumat verilməyib. Polisin bununla bağlı araşdırma apardığı deyilir.
Növbəti xəbərdarlıq: Nüvə müharibəsi başlaya bilər
Bunu “Märkische Allgemeine Zeitung” nəşrinə müsahibəsində Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib. Nüvə müharibəsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran nazir deyib: “O, istisna deyil.
Lukaşenko rusiyalıları “dəcəllikdə” ittiham etdi
Belarus prezidenti Aleksanrd Lukaşenko Rusiyanı sərhəd və gömrük nəzarətinin gücləndirilməsinə görə tənqid edib. Dövlət başçısı bu haqda “Rossiya 24” telekanalına müsahibəsində deyib. “Biz rusiyalılar və beloruslar bərabər hüquqlarla fəxr edirdik. Amma rusiyalılar bu gün sərhəddə dəcəllik etməyə başlayırlar.
Nepalda daşqınlar - 60-dan çox ölü
Nepalda aramsız yağan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 66 nəfər həlak olub. Daha 35 nəfər itkin düşmüş hesab edilir. Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.
Kreml kəşfiyyat əməliyyatlarını aktivləşdirərək... – Rusiyanın planı AÇIQLANDI
ABŞ-ın milli təhlükəsizlik xidmətlərinin əməkdaşları sabiq prezident Barak Obama administrasiyasına Rusiyanın planları barədə xəbərdarlıq edirdilər. Bu haqda bir sıra indiki və keçmiş məmurlara istinadən “Politico” qəzeti yazıb.
Canlı efirdə İNANILMAZ OLAY: it xanım aparıcını... - ANBAAN VİDEO
O, canlı efirdə belə bir şeyin baş verəcəyini təxmin etmirdi. Amma özünün itirmədən mətni oxumağa davam etdi. Bu hərəkətilə peşəkar olduğunu bir daha sübut etdi. Hər gün televiziya və radio vasitəsilə günün əsas xəbərləri təqdim olunur. Çox zaman xəbərlər canlı efir vasitəsilə yayımlanır. Məlum məsələdir ki, canlı efir çox məsuliyyətli və təkrarı olmayan prosesir.
“Burada ətçəkən olacaq" - Məğlubiyyət üçün DÖRD FAKTOR
Ukrayna sərhədlərinin yaxınlığında Rusiya ordusunun konsentrasiyası Kiyevin narahatlığına səbəb olur. Kiyevdə hesab edirlər ki, Rusiya Ukraynada siyasi vəziyyətə təsirin əsas amili kimi müharibəyə və müdaxiləyə baxmaqda davam edir. Hərbi ekspert Yuri Butusov fərqli düşünür.














