Dünya

Qəbirdə dirilən qız öz yas mərasiminə gəldi - ŞOK HADİSƏ

14 Avqust 2017 16:46

Avropada çox qəribə hadisə baş verib. Dəfn edildikdən sonra dirilən qız öz yas mərasiminə gəlib. Qız paltar tikməklə məşğul olanda adəti üzrə düymənin birini ağzında saxlayıb. Tikişlə məşğul olan qız dodaqaltı mahnı oxuyur və anasının suallarına cavab verirmiş. Qəflətən dərindən nəfəs alan qızın havası çatmayıb. Onun boğazı qovuşub və öskürməyə başlayıb. Doğmaları nə baş verdiyini anlamadıqları üçün panikaya düşüblər. Qızın ürəyi dayanıb və nəfəs almayıb. Tikiş alətlərini və ətrafa səpələnmiş düymələri görən ailə üzvləri nə baş verdiyini anlayıblar.

Moldova prezidenti: Ölkə heç bir hərbi bloka daxil olmayacaq

14 Avqust 2017 16:04

Moldova Prezidenti İqor Dodon respublikanın hərbi bloklara daxil olmasına icazə verməyəcək. Bunu Moldova prezidenti hərbi poliqonların birinə səfəri zamanı deyib. O vurğulayıb ki, Moldova istər NATO, istərsə də digər blokların heç birinə üzv olmamalıdır.

Maydan Pxenyana niyə faydalı oldu? - Koreya böhranında sirr pərdəsi AÇILIR

14 Avqust 2017 15:29

Şimali Koreya qitələrarası raketlərin müvəffəqiyyətli sınaqlarını Ukraynada istehsal edilmiş güclü raket mühərriklərinin qara bazar vasitəsilə alınması nəticəsində keçirə bilib. Bu haqda Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun eksperti Maykl Yellemanın analizinə istinadən “New York Times” nəşri yazıb. Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Tramp Pxenyana lazımı dəstək göstərə biləcək Çinə xüsusi diqqət yetirirdi və heç vaxt Ukrayna ilə Rusiyanı ittiham etmirdi. ABŞ-ın dövlət katibi Reks Tillerson Pxenyana Moskva və Pekinin iqtisadi dəstəyi haqqında danışsa da, Kiyevin adını çəkməmişdi.

Göyçə gölündə Rusiya hərbçisi batıb

14 Avqust 2017 15:27

Ermənistandakı Rusiya hərbi bazasında xidmət edən hərbçi Göyçə gölündə batıb. Hadisə avqustun 13-də baş verib. 1997-ci il təvəllüdlü hərbçi öz yoldaşları ilə birlikdə Göyçə gölünə istirahətə gedib.

Saakaşvili planlarını 16 avqustda açıqlayacaq

14 Avqust 2017 15:24

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın xilası üçün yeni proqram açıqlayacağını deyib. Saakaşvili avqustun 16-da Ukraynanın ukraynalılara qaytarılması üçün yeni planını açıqlayacağını deyib.

Yunanıstanda dəhşətli YANĞIN

14 Avqust 2017 14:52

Yunanıstanın ən məşhur turizm məntəqələrindən biri Kalamosda güclü yanğın hadisəsi baş verib. “Olaylar” bildirir ki, böyük sahəyə malik meşənin artıq kül olduğu bildirilir. Yunanıstan rəsmiləri digər meşə sahələrinə keçid alan yanğını nəzarətə almaqda çətinlik çəkdiklərini açıqlayıblar.

Moskvada terror aktları planlaşdıran şəxslər saxlanılıb

14 Avqust 2017 14:33

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada terror aktları həyata keçirməyi planlaşdıran qruplaşma üzvlərini saxlayıb. Bu qruplaşmaya 1 Rusiya vətəndaşı və 3 Mərkəzi Asiya ölkələri vətəndaşı daxil olub. 

Demet Akalın Bakıya gəlir

14 Avqust 2017 14:07

Türkiyəli müğənni Demet Akalın Bakıya gəlir.  İfaçı bu haqda Tvitter səhifəsində yazıb. O bildirib ki, payızda konsert turnesinə çıxır. Demet "Boş günüm yoxdur. Payız konsertlərinin vaxtı yaxın günlərdə açıqlanacaq. Bakıdan Amsterdama qədər... Kuşadası, gözlə məni..." deyə, bildirib. 

Türkiyədə POLİS GEYİMİNDƏ TERRORÇULAR peyda oldu

14 Avqust 2017 14:06

Adana polisləri, 15 avqustda bombalı və silhalı hücum planlaşdıran 12 terrorçunun bir villada gizləndiyi barədə məlumatdan sonra basqın həyata keçirib.  Basqın zamanı 12 ədəd "Kalaşnikov", 12 polis uniforması, 24 ədəd əl bombası, min ədəd güllə, 1.5 ton ammonium nitrat, 300 kiloqram mismar ələ keçirilib. 

Putin buranı ələ keçirərsə.... - Yüz minlik qoşunla HÜCUM HAZIRLIĞI

14 Avqust 2017 13:58

“Qərb-2017” hərbi təlimlərdə iştirak edəcək birinci Rusiya əsgərləri artıq Belorusa gəliblər. Amma Qərbin həyacan siqnalı çoxdan çalınıb. Planlaşdırılmış birgə Rusiya-Belarus təlimləri regionda güclü qorxu yaradıb. Ukrayna, Polşa, həmçinin Baltikyanı ölkələr özlərini təhdid altında hiss edir. Amma Moskvanın məntiqinə görə bu təlimlər lazımdır, çünki Moskva NATO təhlükəsini yenidən görür.

5 yaşlı qıza təcavüz edəni krandan asdılar

14 Avqust 2017 13:57

Yəmənin paytaxtı Sanada 5 yaşlı qıza təcavüz edən şəxs Tahrir meydanında edam edilib. Əlləri arxadan bağlanan şəxs krandan asılaraq edam edilib.

Miss Globe Beauty müsabiqəsinin qalibi qadın sığınma evində

14 Avqust 2017 13:28

2009 -cu ildə Miss Globe Beauty müsabiqəsində 1-ci yeri qazanan Banu Öztürk bir müddət türkiyədə məşhur simalardan idi. “Olaylar” bildirir ki, model, aktrisa kimi fəaliyyət göstərən Banu 2014 – cü ildə sahibkar İsmayıl A. ilə ailə qurur. 2015 – ci ildə oğlu dünya gələn model iki ildir ki, həyat yoldaşı tərəfindən şiddət gördüyünü bildirib.

Türkiyədə partlayış – 2 nəfər həlak oldu

14 Avqust 2017 13:27

Türkiyənin Hakkari vilayətinin Şemdinli bölgəsində partlayış qeydə alınıb. “Olaylar” bildirir ki,  partlayış zamanı iki nəfər həlak olub. Partlayışa səbəb PKK terrorçuları tərəfindən magistral yola yerləşdirilən əl bombasının işə düşməsi olub.

Yəhudi əsilli türk sevgilisi Adriana Lima üçün HAVAYA QALXDI

14 Avqust 2017 13:19

Əslən yəhudi olan türkiyəli terapevt Metin Hara Adriana Lima ilə görüşmək üçün Nyu-Yorka yollanıb. Bu barədə məşhur terapevt instaqramda məlumat verib. M.Hara modellə şəklini paylaşdığı fotoya “Yalnız bir gülümsəməyə şahidi olmaq üçün...” sözlərini qeyd edərək Amerikaya getdiyini bildirib.

10 min kişi eyni vaxtda rəqs etdi - VİDEO

14 Avqust 2017 13:16

İndoneziyanın Açex vilayətində yeni dünya rekordu qeydə alınıb. Dünən vilayətin Qayo-Lus şəhərindki ən böyük meydanına toplaşan 10 min kişi eyni vaxtda "Saman" rəqsini ifa etməyə başlayıblar. Rəqqasların hamısı açeşni tayfasının mənsubları idilər. "Saman" rəqsi İndoneziyada ən populyar rəqslərdən biridir.