Dünya

Hadisə "O ses Türkiye"nin digər münsiflərinin adlarını açıqladı

14 Avqust 2017 13:12

Müğənni Hadisə "O ses Türkiye"nin münsiflər heyətini açıqlayıb.  Bacısı Hülya Açıkgözün çimərliyində konsert verən ifaçı səhnəyə çıxmazdan öncə jurnalistlərin suallarını cavablandırıb. Hadisə "O ses Türkiye"nin yeni münsifi Yıldız Tilbedən danışarkən, heyətin digər üzvlərinin adlarını da açıqlayıb:  "Çox həyəcanlıyıq. Keçən il Sibel Can gələndə çox həyəcanlanmışdıq. İndi bizi nə gözlədiyini bilmirik. Çünki daha əvvəl Yıldızla heç vaxt münsif kürsüsündə oturmamışıq. Onu çox sevirəm, gözəl ürəyi olduğunu bilirəm. Bu da mənə yetərlidir. Yıldız dəli, Gökhan dəli, mən dəli, Murad dəli...". 

Bütün dünya ŞOKDA - Yerin altında 17 il yaşayan şaxtaçı sağ tapıldı

14 Avqust 2017 12:56

Çində çox qəribə hadisə baş verib. 17 il əvvəl güclü zəlzələ baş verən mədəndə qazıntı işləri aparılıb. Qazıntı zamanı ərazidə olan hamı şoka düşüb. Məsələ burasındadır ki, 17 il əvvəl zəlzələ nəticəsində şaxtada qalan bir şaxtaçı sağ tapılıb. Zəlzələ 17 il əvvəl olub. 7.8 bal gücündə zəlzələ mədəni dağıdıb. Nəticədə isə 118 şaxtaçı torpaq altında qalıb.

Türkiyədə ticarət mərkəzi yanır

14 Avqust 2017 12:41

Türkiyənin İzmir vilayətində ticarət mərkəzlərinin birində yanğın baş verib. Binada olan bütün müştərilər və əməkdaşlar təxliyə edilib. Hazırda yanğının söndürülməsi davam edir. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Alimləri qorxudan kəşf: planet suyun altında qalacaq

14 Avqust 2017 12:32

Şotlandiyanın Edinburq universitetinin alimləri Antarktidanın buzlarının altında 91 vulkan aşkar ediblər. Bu barədə Böyük Britaniyanın Guardian qəzeti yazır. Hündürlükləri 100 metrdən 4 min metrədək olan vulkanlar materikin qərbində 2 kilometrlik buzun altındadır. 

Ermənistan Rusiyadan kömək istədi

14 Avqust 2017 12:23

Ermənistan tərəfi Rusiyaya "Xosrov meşəsi" iri dövlət qoruğunda baş vermiş yanğının söndürülməsi üçün xüsusi təyyarə verilməsi ilə bağlı müraciət edib. Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata əsasən, hazırda təyyarənin Ermənistana göndərilməsi üçün hazırlıq işləri görülür.

Heyvan dəriləri üzüm dərisi ilə əvəzlənəcək

14 Avqust 2017 12:05

Heyvanlara qarşı zorakılıq və vəhşiliyin günbəgün artdığı bir dövrdə İtaliya şərab istehsalçıları şad xəbərlə çıxış ediblər.

Son bir həftədə 2,991 nəfər həbs olundu

14 Avqust 2017 12:03

Türkiyə Daxili İşlər Nazirliyi son bir  həftə ərzində  həyata keçirilən əməliyyatların nəticəsini açıqlayıb. “Olaylar” bildirir ki, son bir həftə ərzində Türkiyədə 43 terrorçu zərərsizləşdirilib. Məlumata əsasən, 28 terrorçu öldürülüb, 14 terrorçu isə saxlanılıb.

Britaniyalılar adamyeyən olublar - İNANILMAZ FAKTLAR

14 Avqust 2017 11:57

İngiltərənin Somerset bölgəsində elm adamlarının aşkar etdikləri insan skeletləri dəhşətli tarixi faktlar ortaya qoyub. Tapılan sümüklər üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, 15 min il öncə Britaniyada yaşayan insanlar adamyeyənlik ritualları həyata keçiriblər. İngiltərənin cənub-qərbindəki Çeddar Corc vadisində yerləşən mağaralardan tapılan insan qalıqlarında isə gəmirilmiş və sofistik qəssablıq üsullarından istifadə etməklə bəzədilmiş sümüklər tapılıb.

2018-ci ilin martında... ABŞ kəşfiyyatından Putinə SÜRPRİZ

14 Avqust 2017 11:47

ABŞ xüsusi xidmət orqanları Rusiya prezidenti Vladimir Putin və onun ətrafı haqqında fəal şəkildə dəlil toplamağa başlayıb. Bunu Rusiya prezidentinin 2018-ci ildə növbəti dəfə prezident seçilmə imkanını şərh edən hərbi ekspert Aleksey Arestoviç “Apostrof” nəşrinə müsahibəsində deyib.

XİN: Türkiyə Burkina-Fasoda türk kafesinə hücumu qınayır

14 Avqust 2017 11:42

Türkiyə Burkina-Fasonun paytaxtında türk kafesinə ölümlə nəticələnən hücumu qınayır. Bu barədə Türkiyə XİN-dən  daxil olan məlumatda deyilir. Məlumatda qeyd edilir: "Türkiyə Burkina-Fasonu terrorizmlə mübarizədə fəal şəkildə dəstəkləyir".

Türkiyədə telekanal və radiolar satışa çıxarıldı - SİYAHI

14 Avqust 2017 11:39

Türkiyədə 10-dan çox telekanal və radio şirkəti satışa çıxarılıb. Bu barədə Türkiyənin Dövlət Əmanətlərin Sığortalanması Fondu (TMSF)  məlumat verir.

Eks millət vəkilin evində qanunsuz silahlar

14 Avqust 2017 11:35

1995 – ci iıdı Türkiyənin Van vilayətindən seçilən millət vəkili Mustafa Bayram və 1999-cu ildə Fazilçi Partiyasının millət vəkili saxlanılıb. “Olaylar” bildirir ki, eks millət vəkili Mustafa Bayram 5 il həbs oluna bilər.

Facebook-dakı bu paylaşımından 6 saat sonra şəhid oldu

14 Avqust 2017 11:27

İstanbul Təhlükəsizlik İdarəsində nəzarətə alınan İŞİD terrorçusunun bıçaqlı hücumu nəticəsində şəhid olan polis Sinan Acarın Maçkada iki gün öncə şəhid olan Eren haqda etdiyi son paylaşımı duyğulandırıb.

Londonda ikimərtəbəli avtobus alışdı - VİDEO

14 Avqust 2017 11:24

Britaniyanın paytaxtı Londonun şimal-qərbində ikimərtəbəli sərnişin avtobusu alışıb. 13 marşrutlu avtobus Finçli-Roud və Froqnal stansiyalarının arasındakı yolda olarkən alışıb. 

Mayk Pens: "ABŞ diktatoru qəbul etməyəcək"

14 Avqust 2017 11:15

Venesuela və ABŞ arasındakı gərgin münasibət səngimək bilmir. ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, qarşı tərəf danışıqları qəbul edərsə, Venesuela böhranını danışıqlar yolu ilə həll oluna bilər.