Dünya

Bu yazını oxuyandan sonra Finlandiyaya köçmək istəyəcəksiniz - İDEAL TƏHSİL

22 Avqust 2017 14:58

Araşdırmalar sübut edib ki, finlandiyalı məktəblilər planetin ən uğurlu şagirdləri sırasında ön cərgələrdədir. Onlar gün ərzində məktəbdə daha az zaman keçirir, ev tapşırıqlarına ən çox 30 dəqiqə zaman sərf edirlər.

66 yaşında qızı yaşda qadınla xəyanət etdi - Həyat yoldaşı nazir qızı çıxdı

22 Avqust 2017 14:56

"Cəsur və Güzəl"in "Tahsin Korludağ" obrazı ilə yaddaşlara həkk olunan 66 yaşlı Tamer Levent qızı yaşda qadınla öpüşərkən tutulduğu haqda məlumat vermişdik.

Ərdoğan: Türkiyə Suriyanın şimalında yeni dövlətin yaranmasına icazə verməyəcək

22 Avqust 2017 14:40

Türkiyə Suriyanın şimalında yeni kürd dövlətinin yaranmasına icazə verməyəcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan qeyd edib ki, YPG və PYD üçün hər hansı dövlətin qurulması yolverilməzdir: "YPG və PYD terror təşkilatlarıdır, məqsədləri Suriyanın şimalında terror dəhlizi quraraq Aralıq dənizinə çıxış əldə etməkdir".

Qoşunlar çıxarılır: Rusiyanı təslim olmağa məcbur edən SƏBƏBLƏR

22 Avqust 2017 14:36

Rusiya prezidenti Vladimir Putin yaxın gələcəkdə Minsk razılaşmalarının qismən icrasına gedə bilər. Bu haqda Ukraynanın “Obozrevatel” nəşrinə “Center for Eastern European perspectives in Washington D.C” təşkilatının direktoru Nikolay Vorobyov deyib.

İşğalçı ölkənin ordusunda zabitlər də fərarilik edir

22 Avqust 2017 14:32

Azərbaycanla Ermənistanın silahlı qüvvələri müqayisə olunmaz dərəcədə fərqlənir. Hərbi ekspertlər dəfələrlə Azərbaycanın hərbi qüdrətini Ermənistandan bir neçə dəfə çox olaraq qiymətləndiriblər. Heç şübhəsiz ki, bu göstəricidə heç də təkcə xalis hərbi potensial yox, həm də Ermənistanda olmayan neft ehtiyatları, daxil siyasi və iqtisadi faktorlar da nəzərə alınıb. Müxtəlif təşkilatların qiymətləndirməsinə görə yüksək neft qiymətləri Bakıya son illərdə hərbi məqsədlərə daha çox vəsait xərcləmək imkanı verib.

Putin Sarkisyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

22 Avqust 2017 14:26

Rusiya Prezidenti Vladimir Putin avqustun 23-də Soçidə erməni həmkarı Serj Sarkisyanla görüşəcək.

Rusiyada dünya çempionunu döyərək öldürən azərbaycanlı federal axtarışa verilib -  ÖLÜM ANI

22 Avqust 2017 14:23

Rusiyada pauerlifting üzrə dünya çempionu Andret Draçevi döyərək öldürən azərbaycanlı federal axtarışa verilib.

24 saatda 78 sivil vətəndaş qətlə yetirildi

22 Avqust 2017 13:40

Suriyanın şimalında İŞİD  terror təşkilatının idarəçiliyində olan  Rakka şəhərində 24 saat ərzində təşkil olunan silahlı hücum zamanı həlak olanların sayı açıqlanıb. “Olaylar” bildirir ki, 24 saat ərzində Rakka şəhərində İŞİD terrorçuları tərəfindən 78 sivil vətəndaş qətlə yetirilib. Məlumatı "Rakka səssiz qətl olunur" adlı aktiv şəbəkə yayıb. Şəhəri İŞİD terror qruplaşmasından təmizlənməsi səbəbi ilə 450 min insan evlərindən didərgin düşüb.

Qarabağa göndərilməsi planlaşdırılan “Məxfi ordu”: Moskva itkiləri GİZLƏDƏ BİLMƏDİ

22 Avqust 2017 13:32

Rusiyanın “Fontanka” nəşri şəxsi hərbi şirkət olan “Vaqner qrupu”nun Suriyada itkilərini sübut edib. Nəşrin yazdığına görə, 2016-cı il aprel-may aylarında Palmira şəhərinin azad edilməsi üzrə əməliyyatın gedişatında qeyri-formal hərbiləşdirilmiş təşkilatın təxminən 32 döyüşçüsü həlak olub, 80-ni ağır yaralanıb. “Fontanka”nın araşdırmasına görə, 2017-ci ilin əvvəlindən bu yana 40-dan 60-a qədər muzdlu döyüşçü həlak oldu, 80-dən 180-ə qədəri yaralanıb. Döyüşçülərin ölüm faktları KİV-in xəbərləri və sosial şəbəkələrdə qohumların statusları əsasında müəyyən edilib.

İtaliyada zəlzələ — Ölü və yaralılar var

22 Avqust 2017 13:03

İtaliyanın İsçia adası sahillərində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 3.6 bal gücündə olub. İlkin məlumatlara görə 1 nəfər həlak olub, 25 nəfər yaralanıb. Ən azı 7 nəfər dağıntılar altında qalıb. Zəlzələ 10 km dərinlikdə meydana gəlib. Yeraltı təkanlar Tiren dənizindəki adada bəzi binaların dağılmasına səbəb olub. Dağılan kilsədən düşən daş parçaları yaşlı bir qadının ölümünə səbəb olub. Xilasedicilər dağıntılar altında qalan 7 nəfəri xilas etmək üçün işə başlayıblar.

Alimlərin yeni kəşfi — Marsda gecələr qar yağır

22 Avqust 2017 13:01

Alimlər Marsda gecələr qar yağdığını bildiriblər.  "Centre National de la Recherche Scientifique" mərkəzinin amerikalı və fransız tədqiqatçıları Qırmızı Planetdə gecələr qar yağdığını müəyyən ediblər. Alimlərin fikrinə əsasən Marsın arxa tərəfində, 10-20 km hündürlükdə quru buz və ya donmuş karbon qazından buludlar yaranır.

Türkiyə millisinin keçmiş qapıçısı HƏBS OLUNDU

22 Avqust 2017 12:20

İstanbul Respublika Prokurorluğu tərəfindən FETÖ istintaqı çərçivəsində aparılan araşdırmalar sonrası Türkiyə millisinin keçmiş qapıçısı Ömər Çatkıç həbs olunub. Araşdırma zamanı sabiq qapıçının FETÖ-çülərin mesajlaşma proqramı olan ByLock istifadəçisi olduğu ortaya çıxıb. 

14 yaşlı qız özünü asdı - Bədən ölçüsünə görə

22 Avqust 2017 12:10

Mançester şəhərində yaşayan 14 yaşlı qız özünü öldürüb. Şarlot Baron adlı qız otağından asılı halda tapılıb.  İntihardan əvvəl onun qeyd yazdığı məlum olub. Qız bildirib ki, bədən ölçülərindən narazıdır və yaşamaq istəmir.

Ermənistan silahlı qüvvələrində növbəti biabırçılıq

22 Avqust 2017 12:06

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən bölmələrində növbəti cinayət hadisəsi qeydə alınıb. Madagiz hərbi bazasında şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlər Asatryan və Arsen Markaryan ciddi bədən xəsarətləri alıblar. Xidməti vəzifələrini yerinə yetirən alayın 4-cü taborunun hər iki əsgəri yuyunma yerinin təmizlənməsindən imtina etdikləri üçün taqım komandiri Aşot Gevorkyan tərəfindən vəhşicəsinə döyülərək hospitala yerləşdiriliblər.

ABŞ müdafiə naziri: “İŞİD-in axırına az qalıb”

22 Avqust 2017 12:03

“İŞİD üçün saylı günlər qalıb, lakin onun parçalanması haqda danışmaq hələ tezdir”. Bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis deyib. O bildirib ki, İŞİD-ə qarşı döyüşən qüvvələr terror təşkilatını mühasirə alıb: "Ona görə də terror təşkilatının ömrünə az qalıb. Lakin onlarla iş hələ bitməyib və yaxın günlərdə də bitməyəcək".