Dünya
“WhatsApp” messencerində rəngli statuslar əlçatan olub
“WhatsApp” messencerində statuslar rəngli olacaq. İstifadəçilər fonun rəngini və yazının şriftini seçməklə yanaşı, həm də istinadlar əlavə edə bilərlər. Hələ ki yeni imkan yalnız bəzi istifadəçilərdə peyda olub, amma tezliklə hamı üçün əlçatan olacaq.
Troyan şəkillərin köməyi ilə antiviruslardan gizlənməyi öyrənib
“SyncCrypt” adlı yeni şifrləyici troyan kompüterləri yoluxdurmaq üçün qrafik fayllardan istifadə edir; zərərli proqram təminatının komponentləri şifrlənmiş formada PNG formatlı faylların daxilində gizlədilib ki, bu da əksər antiviruslardan yayınmağa imkan verir.
Alimlər yeni ekranın köməyi ilə smartfona müdaxilə üsulunu tapıblar
Ben-Quriona Universitetindən olan alimlər qrupu dəyişdirilmiş sensor displeyin köməyi ilə smartfonlara müdaxilə üsulunu aşkar ediblər. Alimlər sözügedən metodu “Nexus 6P” smartfonu və “LG G Pad 7.0” planşeti üzərində yoxlayıblar. Bu qurğulara zərərverici proqram təminatına malik mikrokontrollerlər qoşulub. Nəticədə alimlər ekrana toxunuşları imitasiya etməyə, şəkil və proqram məlumatlarını yadda saxlamağa müvəffəq olublar, həmçinin cihaza qurulmuş brauzerləri fişinq saytlara yönləndirmək imkanı əldə ediblər.
Çində 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə malik süni intellekt hazırlanıb
Çində süni intellekt əsasında hazırlanmış köməkçi sistem 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir. Köməkçi sistem tərəfindən qoyulmuş diaqnoz həkimlərin tibbi rəylərinə 98% uyğun gəlir.
Afrikada polisə təslim olanın dəhşətli etirafı — "İnsan əti yeməkdən bezdim"
Cənubi Afrikada dəhşətli hadisə qeydə alınıb. Durban şəhərində 4 nəfər yamyamlıqda ittiham olunaraq saxlanılıb. Yaşları 22-32 arasında dəyişən şəxslər cinayət və cinayət məqsədi ilə mütəşəkkil qruplaşma yaratmaqla ittiham edilirlər.
Bu ərəb ölkəsindən Türkiyəyə qarşı böyük şok — QALMAQAL
Birləşmiş Ərəb Əmirliklərinin "Dubai TV" kanalı Türkiyəni qaralamaq məqsədi ilə yalan xəbər yayımlayıb. Ərəb kanalının xəbərinə əsasən türk hərbçiləri Qətərdə küçəyə çıxma qadağası elan edib. BƏƏ-nin "Dubai TV" kanalında yayımlanan xəbərdə türk əsgərinin Qətərdə olmasının verdiyi narahatçılıq qaralama kampaniyasına çevrilib. "Əl-Cəzirə" kanalının xəbərinə görə "Dubai TV" kanalı qalmaqallı bir xəbərə imza ataraq "türk əsgərləri Qətərdə küçəyə çıxma qadağası elan edib" formasında yalan xəbər yayımlayıb.
Türkiyədə yeddi general və bir admiral istefaya getdi
Türkiyədə yeddi general və bir admiral təyinat ərəfəsində istefaya buraxılmaları barərdə rəhbərliyə müraciət edib.
Smartfon istifadəçilərinə xəbərdarlıq— İzlənə bilərsiniz
Smartfonun şüşəsi dəyişdirildikdən sonra onun sahibini izləmək mümkündür. Bunu İsrail mütəxəssisləri müəyyən edib. Onların fikrincə, yeni üsuldan mobil cihazı təmirə almış xidmət mərkəzlərinin pis niyyətli əməkdaşları yararlana bilər.
Prokuror Gündüz Məmmədov “Krımnaş”ı tutmaq istəyir
Rusiya Dövlət Dumasının deputatı, Krımın keçmiş prokuroru Natalya Poklonskaya azərbaycanlı prokuror Gündüz Məmmədovun hədəfindədir. Ukrayna tərəfdən Krım muxtar respublikasının prokuroru təyin edilən Gündüz Məmmədov Poklonskaya barədə iki cinayət işi qaldırıb.
Şimali Koreyadan ABŞ-a "Böyük müharibə" XƏBƏRDARLIĞI
Şimali Koreya Cənubi Koreya və ABŞ-ın 50 min əsgərlə birgə həyata keçirdikləri təlimlərə sərt reaksiya verib. Təlimlərdə Böyük Britaniya, Avstraliya, Kanada və Hollandiya hərbçiləri də yer alıblar. Rəsmi Pxenyan irimiqyaslı təlimlərdə yer alan ölkələri Şimali Koreyanı devirmək üçün gizli bir əməliyyat planlaşdırmaqda günahlandırıb.
ABŞ-da hücuma məruz qalan hakim hücumçunu vurdu
ABŞ-da məhkəmə binası qarşısında hakimə silahla hücum ediblər. Özünü itirməyən hakim silahını çəkərək hücumçunu vurub. Hadisə Ohayo ştatında baş verib. Polis məmuru Fred Abdalla jurnalistlərə bildirib ki, hakim Cozef Brazzesə Steubenvill şəhərindəki məhkəmə binası qarşısında atəş açılıb.Hakim və hücumçu arasında baş verən silahlı insident nəticəsində Brazzes ağır yaralanıb. Hücumçu isə ölüb. Polisin xəbərinə əsasən, hücumçu bir neçə saat hakimin binaya gəlməsini gözləyib.
Babası yaşında kişiyə ərə gedən qız: "Onu çox sevirəm"
"Ətrafımızdakı insanlar sevgimizə, nikahımıza birmənalı baxmırlar. Daha doğrusu, çox pis baxırlar. Amma bu, eynimizə deyil. Bəxtəvərik". İngiltərənin Saffolk qraflığındakı Botsdeyl şəhərində yaşayan Nataşa Lüis belə deyir. 21 yaşlı Nataşa 58 yaşlı Riçard Lüisə ərə gedib. Nataşanın sözlərinə görə, çalışdığı dükanın sahibi olan Riçardı çox sevir və bəxtəvər ailə olduqlarına şübhə etmir.
Viran olmuş şəhərdə möcüzə: 7 aylıq uşaq xilas edildi - VİDEO
İtaliyanın İskya adasında zəlzələ nəticəsində dağılmış binaların altında qalmış insanları arayan xilasedicilər 7 yaşlı və 7 aylıq iki uşağı xilas ediblər. İtaliya mediası olayı "əsl möcüzə" kimi dəyərləndirib. 7 yaşlı Mattias 14 saat dağıntılar altında qalmışdı. 7 aylıq Paskuale isə anası Alessiya ilə birlikdə Rizzoli şəhərindəki hospitala aparılıb.
Bəyaz Öztürkün verilişi haqqında SON QƏRAR
Beyazıt Öztürk yeni mövsüm üçün izləyiciərinə sürpriz hazırlayıb. Məşhur aparıcının uzun illərdir “Kanal D”də aparıdığı verilişi sentyabr ayəndan etibarən canlı yayımlanacaq.
Gürcüstan prezidenti yanğının söndürülməsində köməyə görə Azərbaycana təşəkkür edib
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Barjominin Daba kəndində meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə görə Azərbaycan və Türkiyəyə təşəkkür edib.














