Dünya
Okinava sahillərini "Talim" dərdi bürüdü
Bu mövsümün on səkkizincisi sayılan güclü "Talim" qasırğası hazırda Yaponiyanın Okinava adasının sahillərini təhlükədə saxlayır. Məlumata görə, qasırğa güclü külək və leysan yağışları ilə müşayiət olunur.
Züqanovdan Ermənistana xəbərdarlıq: “Buna imkan verməyəcəyik”
Azərbaycan Rusiya əlaqələri həmişə prioritet olub. Bu əlaqələr strateji tərəfdaşlıq və dostluq əlaqələrinə söykənir. Bunu “Moskva – Bakı oxu” konfransından əvvəl jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov bildirib.
Gürcüstandan ölkəmizə metadon keçirmək istədi
Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə Rusiya istiqamətindən daxil olan Gürcüstan vətəndaşının üzərindəki əşyalara baxış keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı həmin əşyaların arasındakı kibrit qutusunda polietilen bağlamaya qablaşdırılmış və xalis çəkisi 4,554 qram olan narkotik maddə – metadon aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
İsrail ordusu fələstinliləri HƏBS ETDİ
İsrail əsgərləri terrorçu fəaliyəti adı altında 8 fələstinlini həbs edib. “Olaylar” bildirir ki, İsrail ordusu fələstinli bir ailənin evini yerlə - yeksan edib. Səbəb kimi isə ailənin övladının İsrailə qarşı erirza aksiyasında iştirak etməsini göstəriblər.
Dünyanın ən yaşlı pandası vəfat etdi – Abidə ucaldılır
Çinin Fujian əyalətində yaşayan dünyanın ən yaşlı pandası Basi vəfat edib. “Olaylar” bildirir ki, bu haqda məlumatı Basinin baxıcısı verib. 37 yaşında vəfat edən Basinin şərəfinə abidə ucaldılacağı bildirilib.
Bütün səmavi dinlər sülhə səsləyir
Göyçay Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Göyçay şəhər “Heydər Əliyev” mərkəzində “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova bildirib ki, ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda isə bu siyasəti Prezident cənab İlham Əliyev uğurla davam etdirərək həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına layiqli xidmət edir.
Gəmi batdı – 19 nəfər həlak oldu, 31 nəfər itgin düşdü
Hindistanın şimalındakı Uttar Pradesh əyalətində yerləşən Yamuna çayında bir gəminin batması nəticəsində 19 nəfər həlak olub. “Olaylar” bildirir ki, hadisə səhər saatlarında baş verib.
Polis yol kənarında əxlaqsızlıq edən qadınları saxladı - bəziləri hamilədir
Türkiyənin Bursa şəhərində polis yol kənarında əxlaqsızlıq edənlərə qarşı əməliyyat keçirib. Polislər Bursanın Merinos səmtində, yol kənarında dayanıb, sürücülərə əxlaqsızlıq təklif edən şəxsləri saxlayıb.
Myanmarda müsəlmanlara qarşı baş verənləri genosid adlandırdılar
Malayziyanın baş naziri Nəcib Razak Myanmarda kompakt yaşayan Rohingya müsəlmanlarına qarşı baş verənləri etnik təmizləmə və genosid adlandırıb. N. Razak bu bəyanatla Vaşinqton Strateji və Beynəlxalq Təhqiqatlar Mərkəzində çıxış edib. O bildirib ki, dünya ictimaiyyəti baş verənlərə etinasız qalmamalıdır. N. Razak Rohingya müsəlmanlarının məsələsini ABŞ prezidenti Donald Trampla da müzakirə etdiyini deyib. "Tramp da Malayziya hökumətinin narahatlığını bölüşür", - deyə o qeyd edib.
Ermənistanda silah oğurlayan əsgər tutuldu
Ermənistanda hərbi hissədən silah oğurlamaqda təqsirli bilinən 19 yaşlı əsgər Q. Monte 3 il müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən Q.Monte cari ilin 30 mart tarixində, gecə müvafiq icazə olmadan silahların saxlanıldığı əraziyə daxil olaraq, oradan silah oğurlamağa cəhd edib.
"Apreldə Azərbaycanı nə rus, nə də silah dayandırıb": Erməni kəşfiyyatçısından etiraf
Ermənistanda kəşfiyyat qoşunlarının yaradıcılarından biri hesab olunan, keçmiş döyüşçü Vova Vardanov Ermənistan parlamentində Daşnak qrupunun rəhbəri Armen Rustamyanın "Aprel döyüşlərində Rusiyanın imkanları və vasitəsilə qalib gəlmişik" bəyanatına sərt reaksiya verib.
ABŞ kəşfiyyatından Şimali Koreya barədə XƏBƏRDARLIQ
ABŞ kəşfiyyatı Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən yeni raketin işə salınmasına hazırlığın əlamətlərini qeydə alıb. Bu haqda üç yüksək vəzifəli hərbi mənbəyə istinadən NBC telekanalı bildirib. Mənbələrin məlumatlarına görə, KXDR son iki gün ərzində raket işəsalma qurğuları və müdafiə olunmuş start mövqeləri hazırlayır.
Məşhur aktyor poker oyununda 100 min dollar uduzdu
Məşhur Türk aktyoru Emre Karayelinin son günlər filmlərdə rol almamasının səbəbi məlum olub. “Olaylar” bildirir ki, məşhur aktyor pokerdə 100 min dollar uduzub. Karayelin bundan öncə də kazino oyunlarında daşınmaz əmlaklarının uduzduğu bildirilir. Bütün maddi sərvətini şans oyunlarında itirən aktyorun 3 aydır ki, heç bir kozinada oyun oynamadığı deyilir.
Quran məktəbində yanğın: 22 şagird və 2 müəllim öldü - FOTO
İrma qasırğası Acun Ilıcalıya kabus yaşatdı
Amerikanın cənubunda hər kəsin qorxulu kabusu olan İrma qasırğası məşhur türkiyəli prodüsser və işadamı Acun Ilıcalının da işlərinə mane oldu. “Olaylar” bildirir ki, Acun Medya qrupu Braziliyada yanvar ayında yayımlanması nəzərdə tutulan “Exathlon” adlı yeni televiziya yarışmasının çəkilişlərinə sentyabrın 12 – də başlayacaqdı. Qasırğa səbəbi ilə çəkilişləri təxirə salan Ilıcalı Şeyma Subaşı ilə olan nigahına hazırlaşır. Nigah mərasimində sentyabrın 19 - da Aralıq dənizi sahilində 300 nəfərin iştirak edəcəyi bildirilir.













.jpg)
