Dünya
Ermənilər bloggerləri Qarabağa araq içməyə yığırlar
Qarabağ danışıqlarının növbəti raundu ərəfəsində Ermənistan daha bir təxribata hazırlaşır. Bununla bağlı Nyu-Yorkdakı ikitərəfli danışıqlara hazırlaşan Ermənistan XİN başçısı Eduard Nalbəndyan çıxış edib.
Roma Papasının gözünün altını kim qaraltdı?
Müasir Roma Papası 1-ci Fransısk öz ünvanına dəfələrlə “tale zərbəsi” almağı ilə məşhurdu. İlk təsdiq olunmuş, foto-telekameralar tərəfindən qeydə alınmış tale zərbəsinə o 11 fevral 2013-cü ildə məruz qalıb. Məhz bu tarixdə əvvəlki papa 16-cı Benedikt qəfil öz istefasını elan edir. Uca göylər biganə qalmır bu istefaya. Elə həmin gecə öz ildırım zərbələrini katolik kilsəsinin Romadakı baş məbədinə-Müqəddəs Pavel kilsəsinin uca qülləsinə sancırlar. Hadisə, izsiz-filansız ötüşmür, jurnalistlərin fotokameralarına düşür. Dünya mətbuatında əsl sunami dalğası qalxır: “Göylər, katoliklərə xəbərdarlıq göndərir deyəsən. Növbəti papanı çətin günlər gözləyir”.
Tramp: "Bu divarın tikintisi davam edəcək"
ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar tikintisinin artıq başladığını və işlərin davam etdiriləcəyini deyib. D.Tramp sərhədin təhlükəsizliyinin artırılmasının vacibliyini bir daha vurğulayıb.
Peterburqda 12 ticarət mərkəzi təxliyə edildi - Bomba var?
Bu gün Peterburqda 12 iri ticarət mərkəzinin əməkdaşı və müştəriləri təxliyə edilib. Məlumata görə, təxliyə təhlükəsizlik xidmətinə həmin obyektlərə bomba qoyulması barədə anonim zəng daxil olması ilə əlaqədar aparılıb. Hazırda həmin ticarət mərkəzlərinin ətrafının nəzarətə götürüldüyü bildirilir. Anonim zəng Peterburqun ayrı-ayrı rayonlarında yerləşən ticarət mərkəzlərini əhatə edib.
Yerevanda atışma - Ölən var
Yerevanın mərkəzində baş verən atışma nəticəsində bir nəfər ölüb. Hadisə Respublika meydanının yaxınlığında qeydə alınıb. Hazırda hadisə yerinə polis əməkdaşlarının yollandığı, atışma ilə bağlı araşdırmaların aparıldığı məlumat verilib.
Toya hazırlaşan qızlar bu gəlinlik modellərinə baxsınlar
Həyatınızı sevdiyiniz insanla birləşdirdiyiniz gün hamınız üçün önəmli və özəldir. Bu özəl günü daha da xüsusi etmək isə gəlinlik seçimindən başlayır. Bu ilin son mövsümünün dəbdə olan gəlinliklərini təqdim edirik.
Müğənninin bacısının başı dərddə: 6 ildir onu qarabaqara izləyən kişi kimdir?
Helin Avşar 6 ildir onu və bacısı Hülya Avşarı narahat edən fanatının yemək yediyi məkanda ikən yazdığı mesajı görüncə dəliyə dönüb. Restoranda yemək yediyi zaman mesajı görən kimi qəzəbli halda ayağa qalxan Helin adı Mert Başarır olduğu iddia edilən şəxsin mesajını ona çatdıran ofisiantı yanına çağıraraq: "Onun mesajını nə haqla mənə gətirib göstərirsən? Polis çağıracağam, bezdim", deyib.
Mariya Şarapova həyatından kitab yazdı
Bir müddət əvvəl dopinqdən istifadə etdiyi üçün yarışlardan uzaqlaşdırılan məşhur rusiyalı idmançı Mariya Şarapova avtobioqrafik kitabını təqdim edib. “Olaylar” bildirir ki, 30 yaşlı idmançının kitabı “Unstoppable: My Life So Far” adlanır.
Ermənistan ordusunun itkiləri - 8 ayda 43 hərbçi ölüb
Ermənistan ordusunun 2017-cı ildə verdiyi itkilərlə bağlı statistika açıqlanıb. Məlumata görə, ötən 8 ay ərzində Ermənistan Silahlı Qüvvələrində 43 ölüm faktı qeydə alınıb.
Prezident vertolyotunun küləyi aeroportun rəisini öldürdü
Səudiyyə Ərəbistanı Bəşər Əsədə qarşı münasibətini dəyişdi
Səudiyyə Ərəbistanı Suriya prezidenti Bəşər Əsədin ölkənin siyasi gələcəyində mühüm rol oynayacağı faktı ilə barışıb. "İzvestiya" Rusiyadakı yüksək vəzifəli diplomatik mənbələrə istinadən bildirir ki, Əsədin devrilməsinin zəruri olması ilə bağlı məsələ Suriyada vəziyyətin nizamlanması üzrə aparılan qapalı danışıqlarda daha qaldırılmır.
İstanbulda “narkotika əməliyyatı”
İstanbul polisi səhər saatlarında narkotika alverçilərinə qarşı əməliyyata başlayıb. Bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb. Məlumatda deyilir: "Əməliyyat nəticəsində saxlanılanlar var və böyük həcmdə narkotika partiyası müsadirə edilib". Məlumata görə, əməliyyat daha öncədən hazırlanmış ünvanlar üzrə aparılır.
“İnterfaks”ın redaktoru ölü tapıldı
Rusiyanın “İnterfaks” informasiya agentliyinin redaktoru Yuri Nikiforov evində ölü tapılıb. Cəsəd onun həyat yoldaşı tərəfindən aşkarlanıb.Hazırda 33 yaşlı Nikiforoun ölüm səbəbləri müəyyən edilir. Onun cəsədi məhkəmə-tibbi ekspertizaya göndərilib.
NATO-dan S-400 açıqlaması: “Bu, Türkiyənin...”
“NATO ölkəri hansı silahlar və hərbi avadanlıqları almasına özləri qərar verirlər”. Bunu NATO-nun baş katibi Yens Stoltenberq S-400 zenit-raket sistemlərinin alınması ilə bağlı Rusiya və Türkiyə arasında imzalanan müqaviləni şərh edərkən deyib.
Şimali Koreya yenə meydan oxudu — "Yaponiyanı batırıb, ABŞ-ı it kimi döyərik"
Şimali Koreya BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalarına cavab verib. Şimali Koreya bütün dünyanı hədələyərək Yaponiyanı batıracağını, ABŞ-ı isə quduz it kimi döyəcəyini bəyan edib. Bu barədə Şimali Koreyanın rəsmi mətbuatı xəbər yayıb.














