Dünya

Dünyada elektron ticarətin satış həcmi yüksəlir

14 Sentyabr 2017 19:32

“Statista” təşkilatının məlumatına görə, qlobal bazarda elektron ticarətdə satışların həcmi yüksək templə artacaq, çünki bir çox pərakəndə tacirlər onlayn satış və internet marketinqdə maraqlıdırlar.

Elektrik enerjisiz işləyən kondisionerləşdirmə sistemi yaradılıb

14 Sentyabr 2017 19:26

Stenford Universitetinin alimləri əsasında işləməsi üçün elektrik enerjisi tələb etməyən kondisionerləşdirmə sisteminin yaradıldığı yüksək texnologiyalı optik səth təqdim ediblər.

“Bluetooth” dəstəkli milyardlarla qurğu təhlükə qarşısındadır

14 Sentyabr 2017 19:20

“Armis” şirkətinin təhlükəsizlik mütəxəssisləri dünyada 8 milyard qurğuda istifadə edilən “Bluetooth” protokolunda 8 boşluq aşkar ediblər. Boşluqlar dəsti “BlueBorne” adlandırılıb.

“iOS 11” mobil əməliyyat sisteminin çıxarılma tarixi açıqlanıb

14 Sentyabr 2017 19:16

“Apple” şirkəti “iOS 11” mobil əməliyyat sisteminin təqdimetmə tarixini açıqlayıb. ABŞ şirkətinin istehsalı olan mobil qurğuların istifadəçiləri 19 sentyabr 2017-ci ildən etibarən yeniləmələri pulsuz quraşdıra bilərlər.

“Facebook” yeni proqramın sınaqlarına başlayıb

14 Sentyabr 2017 19:10

“Facebook” şirkəti videozənglər üçün “Bonfire” əlavəsinin sınaqlarına başlayıb. Yeni servis istifadəçiləri video ünsiyyət qruplarında danışa, “Snapchat” üslubunda üzlərini maskalaya, eləcə də “Instagram”, “Facebook” və “Messenger” vasitəsilə ekrandan çəkilən şəkilləri (screenshot) mübadilə edə bilərlər. Məlumata görə, hazırda əlavədən yalnız Danimarkanın “iOS” platformalı qurğu istifadəçiləri yararlana bilərlər. “Facebook” nümayəndələrinin sözlərinə görə, “Bonfire” hələlik məhdud auditoriya üçün test mərhələsindədir. Bununla yanaşı, şirkət təmsilçiləri yeni xidmət barədə ətraflı məlumat verməkdən imtina ediblər.

Sinqapurda ilk qadın prezident and içdi

14 Sentyabr 2017 19:01

Sinqapurda cümə axşamı ölkənin ilk qadın prezidenti Halima Yakobun inauqurasiya mərasimi keçirilib. Təntənəli andiçmə mərasimi ölkə baş naziri Li Syan Lunanın, Nazirlər Kabineti üzvlərinin, məhkəmə orqanları işçilərinin iştirakı ilə "İstana" adlı prezident sarayında keçirilib.

Rəfiqəsi məşhur müğənniyə böyrəyini verdi

14 Sentyabr 2017 18:43

Rəfiqəsi Selena Qomezə böyrəyini verib. Selena Qomez bütün yayı çimərliyə getməməsinin səbəbini açıqlayıb. 25 yaşlı müğənni bildirib ki, ona böyrək köçürüldüyü üçün dənizə girmək, ictiami yerlərdə gəzmək qadağan olunub.

İraqda ardıcıl iki terror hadisəsi - 50 ölü, 87 yaralı

14 Sentyabr 2017 18:34

İraqın cənubunda ardıcıl iki terror hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə yerinə cəlb olunmuş tibb işçilərin hər iki insident nəticəsində 50 nəfərin olməsi barədə bildiriblər.

Putin Medvedyevi ad günü münasibətilə təbrik etdi

14 Sentyabr 2017 18:32

Rusiya prezidenti Valdimir Putin baş nazir Dmitriy Medvedyevi ad günü münasibətilə təbrik edib. Məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib. Mətbuat katibi təbriklə bağlı əlavə detallar açıqlamayıb.

Rusiyadan növbəti GÜC NÜMAYİŞİ

14 Sentyabr 2017 18:30

Rusiya Aralıq dənizində yerləşən “Böyük Novqorod” və “Kolpino” sualtı gəmilərdən “Kalibr” raketləri ilə İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə zərbələr endirib.

35 yaşlı şəxs qatar qaçırdı - Polşada

14 Sentyabr 2017 18:21

Polşanın Legionovo şəhərində polis yük qatarını qaçıran şəxsi saxlayıb. Səhər saatlarında 35 yaşlı şəxs yük qatarının maşinist kabinəsinə daxil olaraq maşinistə hədə-qorxu gəlib və yola düşməyi tapşırıb. Qısa müddətdən sonra polis həmin şəxsi saxlayıb.

Rusiyada FACİƏ: 110 mədən işçisi yerin altında qaldı

14 Sentyabr 2017 18:19

Komi Respublikasında mədəndə qəza baş verib. Qəza ilə bağlı regionun fəvqəladə xidməti xəbər yayıb. Son məlumata görə, qəza nəticəsində təxminən 110 mədən işçisi yerin altında qalıb. Dəqiq olaraq həmin anda 109 işçinin mədəndə olması bildirilir.

Sahildə əcaib varlıq tapıldı

14 Sentyabr 2017 17:59

"Harvi"qasırğası Texas sahillərinə naməlum dəniz varlığı çıxarıb.  Texas sahillərində suyun dərinliklərində yaşayan qeyri-adi varlıqlar suyun üzünə çıxıb. Naməlum varlığın fotolarını çəkərək sosial şəbəkələrdə paylaşan Texas sakini qeyd edib ki, gözsüz və yekədişləri olan varlıq qorxulu görünür.

Saakaşvili Ukraynanın digər siyasi qüvvələri ilə birləşə bilər

14 Sentyabr 2017 17:26

Lvov şəhərinin meri Andrey Sadovıy sabiq Odessa qubernatoru Mixail Saakaşvili birgə siyasi layihə yaradacağını istisna etməyib. Onun sözlərinə görə, Ali Radaya vaxtından əvvəl seçkilər keçirilə bilər.