Dünya

Məktəbdə silahlı insident 

14 Sentyabr 2017 09:20

ABŞ-ın Vaşinqton ştatının Spokan şəhərində məktəblərin birində atışma baş verib. Verilən məlumata görə, sərxoş vəziyyətdə daxil olan silahlı şəxs insanlara atəş açıb. Silahlı basqın zamanı 1 məktəblinin həlak olduğu, 6 nəfərin isə yaralandığı bildirilir. Atəş açan şəxs polislər tərəfindən saxlanılıb.

Məşhur aparıcıdan 8 dəfə ərdə olan keçmiş sevgilisi haqqında GÖZLƏNİLMƏZ AÇIQLAMA

13 Sentyabr 2017 19:50

Nihat Odabaşı keçmiş sevgilisi Seda Sayan haqqında gözlənilməz etiraf edib. Müğənni Nihat Doğan Seda Sayanın onun sayəsində daha çox pul qazanmağa başladığını irəli sürüb. O, bu barədə Beyaz tv-də aparıcısı olduğu “Söylemezsem olmaz” verilişində deyib: "Seda Seyan mənə çox dəstək olub. Televiziyadakı nailiyyətimi ona borcluyam. Ən böyük taktikaları ondan öyrəndim. Eyni zamanda mənim də onun həyatında rolum olub. Biz sevgili olanda Seda Sayan daha çox pul qazanırdı, ayrılanda isə qazancı azaldı. Onun üçün yazdığım mahnı və reklam musiqiləri sayəsində reytinqi yüksəldi. Lakin onun da mənə faydası olduğunu inkar etmirəm".

Kibercinayətkarlar spam göndərmək üçün "Əşyalar interneti"ndən istifadə edirlər

13 Sentyabr 2017 19:40

"Doktor Veb" şirkətinin araşdırmasına görə, kibercinayətkarlar spam göndərmək üçün "Əşyalar interneti"ndən istifadə edirlər. “Linux.ProxyM” adlı zərərverici proqram yoluxmuş qurğuya hər gün təxminən 400 spam göndərir. İdarəedici serverdən yoluxmuş qurğuya SMTP serverin ünvanı, loqin və parol, elektron poçt ünvanlarının siyahısı və mesaj şablonundan ibarət komanda göndərilir. Göndərilmiş arzuolunmaz məktublarda "böyüklər” üçün müxtəlif saytlar reklam olunur.

“Xiaomi Mi Note 3” smartfonu təqdim edilib

13 Sentyabr 2017 19:30

“Xiaomi” şirkəti arxa tərəfdə ikiqat kamera olan və böyük tutumlu əməli yaddaşla təchiz edilmiş “Mi Note 3” smartfonunu təqdim edib. Yeni cihaz 2,2 QHs-dək takt tezlikli 8 hesablama nüvəsi və “Adreno 512” qrafik blokundan ibarət “Qualcomm Snapdragon 660” prosessoru ilə təchiz edilib. Qurğu “Android 7.1 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

“3D” printerdə hazırlanan reaktiv mühərrikin ilk sınaqları keçirilib

13 Sentyabr 2017 19:26

Avstraliyanın Monaş Universitetinin alimləri "Amaero" şirkətinin mütəxəssisləri ilə birlikdə üçölçülü (3D) çap texnologiyaları vasitəsilə yaradılan dünyanın ilk reaktiv mühərrikinin sınaqlarını keçiriblər.

“iPhone X” smartfonu nümayiş olunub

13 Sentyabr 2017 19:20

“Apple” şirkəti çərçivəsiz ekranla təchiz edilən “iPhone X” smartfon modelini nümayiş etdirib. Smartfon ön paneli tam əhatə edən 5,8 düym diaqonallı, 2436 x 1125 piksel təsvir ölçülü “OLED” ekrana malikdir. Ön panelin yuxarı hissəsində danışıq dinamiki və ön kamera, eləcə də sensorlar üçün çıxış quraşdırılıb.  

“iPhone 8” və “8 Plus” rəsmən təqdim edilib

13 Sentyabr 2017 19:15

“Apple” şirkəti Kupertino şəhərində yeni kampusda Stiv Cobs adına teatrda (Steve Jobs Theater) keçirilən ilk tədbirdə növbəti nəsil “iPhone” smartfon modellərini təqdim edib.

Gürcüstan azərbaycanlıları etiraz aksiyası keçirdi

13 Sentyabr 2017 18:27

Gürcüstan azərbaycanlıları Tbilisidə parlament binasının qarşısında Myanmada müsəlmanların kütləvi qətlə yetirilməsinə etiraz olaraq aksiyası keçiriblər. Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Musəvi Myanmada müsəlmanlara qarşı zorakılığa son qoymağa, dünya ictimaiyyətini diqqətini bu faciəyə yönəltməyə çağırıb.

Kiyev SON NÖQTƏNİ qoydu: “Saakaşvilinin ölkədən çıxarılması üçün...”

13 Sentyabr 2017 18:20

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukrayna ərazisindən ekstradisiyası üçün əsas yoxdur.

İtaliyada bu təbliğata görə 2 il həbs gözlənilir

13 Sentyabr 2017 17:45

İtaliya parlamentində faşizmin təbliğ edilməsinə qarşı qanun layihəsi qəbul edilib. Məlumata görə, yeni qanun layihəsinə əsasən, faşizmə aid materialların satışı, yayılması, eləcə də faşizm salamının verilməsi cinayət hesab olunacaq. Bu qanunu pozan şəxslərə 6 aydan 2 ilədək həbs cəzası verilə bilər.

Rusiyadan Türkiyə pomidorları ilə bağlı yeni QƏRAR

13 Sentyabr 2017 17:13

Rusiya Türkiyədən pomidor tomatlarının tədarükünə qışdan tez icazə verməyəcək. Məlumata görə, bu barədə Rusiya kənd təsərrüfatı naziri Alkesandr Tkaçyov deyib.

Tehranda İŞİD terrorunun qarşısı alındı

13 Sentyabr 2017 17:09

İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda bir sıra terror aktı törətmək planlaşdıran terrorçunu həbs edib. Məlumata əsasən, terrorçu İŞİD qruplaşmasının üzvüdür.

Ölən qardaşına son dəfə baxmaq istəyən şəxs həyatının şokunu yaşadı - VİDEO

13 Sentyabr 2017 16:55

Ölən qardaşına son dəfə baxmaq istyən şəxs qadın cənazəsini görüncə şok olub. Hadisə Türkiyənin Şanlıurfa rayonunda baş verib. Cənazə İstanbuldan Şanlıurfaya təyyarə ilə gətirilib.

Putinə sərt ULTİMATUM: 180 gün vaxt VERİLDİ

13 Sentyabr 2017 16:50

ABŞ hakimiyyəti Donbas hərbi münaqişə zonasından getməsi üçün Rusiya prezidenti Vladimir Putinə 180 gün vaxt verib. Bu haqda “İnformasiya müqaviməti” qrupunun koordinatoru Konstantin Maşoves “Seqodnya” (“Bu gün”) nəşrinə müsahibəsində deyib.