Dünya
Hillari Klinton Trampa nələr dedi...
ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton özünün yeni çapdan çıxan “Nə baş verib?” adlı kitabının təqdimat mərasimi zamanı prezident Donald Trampın seçkilərdə onu məğlub etmək üçün Rusiya ilə sövdələşməyə girdiyinə əmin olduğunu deyib. Virtualaz.org Qərb KİV-lərinə istinadən bildirir ki, Hillari Klinton indiyədək Trampın Rusiya ilə işbirliyinə dair bu cür qəti danışmamışdı.
Ərdoğan ona heykəl ucaldanlara müraciət etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra şəhərlərdə ona heykəl ucaldılmasını hallarını tənqid edib. Türkiyə KİV yazır ki, şəhər merlərinə səslənən prezident bu addımın mənəvi dəyərlərə uyğun olmadığını deyib.
Yunker Avropa Müdafiə İttifaqının yaradılmasını istəyir
Avropa İttifaqına (Aİ) 2025-ci ilədək Avropa Müdafiə İttifaqı yaratmaq lazımdır. Bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker Strasburqda Avropa Parlamentinin plenar sessiyasında çıxışı zamanı deyib.
ABŞ Dövlət Departamenti Poroşenkoya söz atdı
“Ukrayna prezdenti Pyotr Poroşenko Mixeil Saakaşvili məsələsini dramatikləşdirməkdənsə, ölkənin idarə edilməsi və korrupsiyaya qarşı mübarizə ilə məşğul olmalıdır”.
Ermənistan Azərbaycanla sərhəddə hava limanı tikir
Ermənistanın "Sünik" vilayətində hava limanı binasının tikinti işlərinə başlanılıb. Bu haqda, Sünik vilayət başçısının müavini Robert Hayrapetyan öz "Facebook" səhifəsində məlumat yayıb. O, həmçinin hava limanı binasının layihəsinin şəkillərini də yayımlayıb.
İran hərbi bazaların yoxlanılmasına icazə verməyəcək
Hərbi bazaların yoxlanılmasına icazə verməyəcəyik. Bunu İran Silahlı Qüvvələri komandanının müavini Əhmədrza Purdəstan ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin İranın hərbi bazalarının yoxlanıla biləcəyinə dair açıqlamasına münasibət bildirirkən deyib.
Moskvada ticarət mərkəzi yanır - İnsanlar təxliyə olunur
Moskvanın qərbində ticarət mərkəzində yanğın başlayıb. Yanğın "Filion" ticarət mərkəzinin ikinci və dördüncü mərtəbələrdə qeydə alınıb. Hazırda yanğınla əlaqədar işçilər və müştərilər təxliyə olunur. Xəsarət alanların olması barədə məlumat verilmir.
Qanuni oğru Gela Tbilisski Ukraynada saxlanıldı
Kiyev polisinin əməkdaşları qanuni oğru Gela Tbilisskini saxlayıblar. Yaz aylarında Rusiyaya təhvil verilən qanuni oğru artıq ikinci dəfədir ki, Kiyev polisi tərəfindən saxlanılır. Kiyev polisinin internet səhifəsində yerləşdirilən məlumata əsasən hüquq-mühafizə orqanları yaz aylarında Gürcüstan əsilli, Rusiya vətəndaşı 51 yaşlı Coşua Gelanı azadlıqdan məhrum ediblər.
Ailəsi ilə birlikdə öldürülən bankir, 60 QƏTL
Rusiyanın ən çox axtarılan cinayətkarı “Jako” ləqəbli Aslan Qaqiyev onun ekstradisiyası haqqında qərarın qəbul olunmasından sonra yenidən həbs edilib.
Almaniya Türkiyəyə təzyiqlər göstərir – XİN rəhbəri
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan insanların fikirlərini ölkə daxilindəki problemlərdən yayındırmaq üçün Almaniya ilə münasibətləri pisləşdirir. Bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel “Nordwest Zeitung” nəşrinə müsahibəsində bildirib.
İcra başçısı məktəb direktorlarını kabinetinə yığıb döydü (VİDEO)
Rusiyada Penitensiar Xidmətinin direktor müavini saxlanılıb
Rusiya Federal Penitensiar Xidmətinin direktor müavini Oleq Korşunov saxlanılıb. Oleq Korşunov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir. Mümkün qətimkan tədbiri barədə suala cavabında mənbə bildirib: "Korşunov həbs ediləcək. Bununla bağlı qərar sabah qəbul ediləcək".
"İrma" qurbanlarının sayı məlum oldu
Karib hövzəsi və ABŞ-da "İrma" qasırğsı qurbanlarının sayı açıqlanıb. Qasırğa nəticəsində 55 nəfər həlak olub. ABŞ-ın Florida ştatında 12 nəfər həlak olub. Onlardan altı nəfər avtomobil qəzasının qurbanıdır. Bir nəfəri elektrik vurub. Bir nəfər də ürək çatışmazlığından dünyasını dəyişib.
Avropa bankları iş yerlərini ixtisar etməyə məcbur olublar
Ötən il Avropa İttifaqı ərazisində fəaliyyət göstərən banklar təxminən 50 min iş yerini ixtisar etmək məcburiyyətində qalıblar. Bununla da bu sektorda çalışanların sayı 1997-ci ildən bəri ən aşağı göstəriciyə düşüb.
9 hakim və vəkil qadın həbs olundu
Türkiyədə FETÖ terror qruplaşmasına qarşı "hakim və prokuror iş evləri" adlı əməliyyat həyata keçirilib. “Olaylar” bildirir ki, əməliyyat zamanı 80 nəfər saxlanılıb. Saxlanılan arasında vaxti ilə vəkil və hakim vəzifələrində çalışan 9 qadın var.














