Dünya

Üçüncü Maydan başladı – Saakaşvilidən ÇAĞIRIŞ

13 Sentyabr 2017 13:25

Bu gün Lvov şəhərində qaldığı mehmanxanadan naməlum istiqamətdə getdiyi deyilən Mixail Saakaşvili tapılıb.  Saakaşvili Çernovtsı şəhərinin mərkəzi meydanında mitinq keçirəcəyini bildirib və əhalini meydana çağırıb. Siyasətçinin mətbuat katibi Darya Çij jurnalistlərə söz verdi ki, Saakaşvili 13 sentyabr saat 18:00-da Çernovtsının mərkəzi meydanında olacaq.

Rusiyanın 7 şəhərində bombalar partlayacaq

13 Sentyabr 2017 13:10

Rusiyanın 7 şəhərində bomba həyəcanı yaşanıb. Stavropol, Yujno-Saxalinsk, Maqadan, Vladivostol, Perm, Kalininqrad, Krasnoyarsk şəhərlərində 22 obyektə bomba qoyulması ilə bağlı anonim zənglər daxil olub.

Trampın qaçqınlarla bağlı qəbul etdiyi qanun təsdiqləndi

13 Sentyabr 2017 13:08

Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsi Prezident Donald Trampın qaçqınlarla bağlı qəbul etdiyi qanunu təsdiq edib. Trampın qaçqınlara tətbiq etdiyi sanksiyalar hakimlərin layihənin qanunlara uyğunluğunu yoxlayıb müvafiq qərar qəbul edənə qədər keçərli olacaq.

Ermənilər Qarabağın qaytarılmasını tələb edəcək - Putinə ŞANTAJ

13 Sentyabr 2017 13:05

Ermənistanın Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı “Yelk” blokunun təklifi ölkəni qarışdırıb.  Daşnaksütyun partiyasının parlament fraksiyasının rəhbəri Armen Rustamyan bu təklifin əleyhinə çıxıb və qalmaqallı bəyanat verib. “Bu məsələləri qaldıranlar, təhlükəsizliyin nə demək olduğunu anlamırlar.

Ermənistanda 180-dan artıq vəkil aclıq aksiyasına başladı - VİDEO

13 Sentyabr 2017 12:59

Bu gün Ermənistanda 180-dan artıq vəkil aclıq aksiyasına başlayıb. "Ermənistan xəbərləri" portalı yazır ki, onlar məhkəmələrdə və cəzaçəkmə müəssisələrində qanunsuz araşdırmalar və axtarışlara qarşı etiraz edirlər.  Bununla yanaşı, vəkillər təşkil edilən müzakirələr zamanı öz problemlərini də müzakirə edəcəklər. Müzakirələrdə vəkillər palatasının sədri Ara Zöhrabyan da iştirak edir.

Rusiyanın 5 şəhərində BOMBA HƏYƏCANI - Binalar təxliyə edildi

13 Sentyabr 2017 11:58

Rusiyanın Çita şəhərində Zabaykalye vilayət inzibati binasına bomba qoyulması barədə məlumat verilib. Bununla əlaqədar olaraq binada olan əməkdaşlar təxliyə edilib.

Çin benzindən imtina etmək istəyir

13 Sentyabr 2017 11:56

Çin hakimiyyəti 2020-ci ilədək bütün ölkədə avtomobil yanacağı qismində bioetanolun istifadəsi üçün hər cür şərait yaratmağı planlaşdırır. Bu barədə Çinin İnkişaf və İslahatlar Milli Komissiyasının və Milli Energetika Administrasiyasının birgə bəyanatında deyilir.

“İsrail kürdlərin dövlət yaratmasın dəstəkləyir”

13 Sentyabr 2017 11:52

İsrail kürd xalqının müstəqil dövlət yaratmaq barədə qanuni səylərini dəstəkləyir. Bunu İsrailin baş naziri Binyamin Netanyahu bildirib. “İsrail istənilən növ terrora qarşı çıxır. Lakin o eyni zamanda kürd xalqının müstəqil dövlət yaratmaq barədə qanuni səylərini dəstəkləyir”, - deyə İsrail hökumətinin rəhbəri vurğulayıb. 

Ermənistan ordusunda homoseksuallıq:  Daha bir fakt

13 Sentyabr 2017 11:46

Ermənistan müdafiə nazirliyinin hərbi hissələrinin birində baş verən ölüm hadisəsinin materialları məhkəməyə göndərilib.  İttihama görə ön xətt mövqelərində xidmət edən müddətli hərbi qulluqçu Mher Melikyan davamlı olaraq digər erməni əsgər Qevorq Asoyanın şərəf və ləyaqətini alçaldıb.

Ermənistanda ana övladını 400 dollara satdı

13 Sentyabr 2017 11:43

Ermənistanda ana 2 aylıq körpəsini 200 min drama satıb. Bu barədə məlumatı Ermənistanın Aştarak polis idarəsi yayıb.  Belə ki, şəhər sakini 32 yaşlı Alvard M. 4 oktyabr 2016-cı ildə xəstəxanada dünyaya gətirdiyi 2 aylıq oğlan körpəsini başqa bir ailəyə satıb. Məlumata görə, o, körpəni 49 və 36 yaşlı cütlüyə 200 min erməni dramına (416 dollar) satıb.

Rusiyada daha bir azərbaycanlı qətlə yetirildi

13 Sentyabr 2017 11:41

Sank-Peterburq yaxınlığında yerləşən Novoe Devyatkino kəndində siqaret çəkməyə çıxan azərbaycanlı güllələnib. Bu barədə Rusiya KİV-i xəbər verir. Hadisə şahidlərinin sözlərinə görə, onlar 5 atəş səsi eşidiblər. 

Rusiya məxfi silahı işə saldı: ABŞ-a CAVAB - VİDEO

13 Sentyabr 2017 11:37

Rusiya Arxangelsk vilayətinin “Plesetsk” kosmodromundan “RS-24 Yars” qitələrarası ballistik raketin işə salınması həyata keçirilib. Bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Suriya ordusu İŞİD-in müqavimətini qırdı

13 Sentyabr 2017 11:34

Suriya ordusu Deyr-əz-zor şəhərinin ana girişini qoruyan İŞİD bölməsinin müqavimətini qırıb. Ordu hələ də qismən terror təşkilatının nəzarətində olan şəhərə cənub-qərb istiqamətindən daxil olub.

Fransada daşqınlar gözlənilir

13 Sentyabr 2017 11:29

Fransanın şimal-şərqində, 7 departamentdə leysanla əlaqədar narıncı təhlükə səviyyəsi elan olunub. "Meteo France" Milli Meteorologiya Təşkilatı güclü yağışların daşqınlara səbəb ola biləcəyini bəyan edib.

“ABŞ tarixin ən böyük əzabını çəkəcək” – TƏHDİD

13 Sentyabr 2017 11:20

Koreya Xalq Demokratik Respublikası (KXDR) BMT-nin yeni sanksiyalarını pisləyib və onları qəti surətdə rədd edib. Bu haqda KXDR-in Cenevrədəki səfiri Xen Tey Sun bildirib.