Quran məktəbində yanğın: 22 şagird və 2 müəllim öldü - FOTO
14 Sentyabr 2017 10:20 DünyaMalayziyanın paytaxtı Kuala-Lumpur şəhərində, Quran tədris edən icazəsiz bir məktəbdə yanğın baş verib.
Milli.Az BBC Türkcə-yə istinadən xəbər verir ki, yanğında 22 şagird və 2 müəllim dünyasın dəyişib.
Kuala-Lumpurun polis rəisi Amar Singh dəhşətli olayla bağlı açıqlamasında: "Təəssüf ki, yataq otağında yalnız bir qapı vardı, buna görə də qaça bilməyiblər" , - deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31