Dünya
Yaşlılara Hörmət Günü
Hər il sentyabrın üçüncü bazar ertəsi Yaponiyada Yaşlılara hörmət Günü qeyd edilir. Cari ildə bu Gündoğar ölkədə 90 yaşdan yuxarı insanların sayı ilk dəfə iki milyon həddini keçib. Bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin dərc etdiyi yapon cəmiyyətinin yaş tərkibi barədə statistik məlumatda qeyd edilir. 1980-ci ildə həmin rəqəmin 120 min nəfər təşkil etdiyi bildirilir. Məlumatda vurğulanır ki, yapon cəmiyyəti sürətlə qocalır, gənclər uşaqların dünyaya gəlməsinə getdikcə daha az həvəslə yanaşırlar və bu, daha yuxarı yaşlarda baş verir. Eyni zamanda, səhiyyə xidmətinin keyfiyyətinin yüksəldiyi və nəticədə yaşlı insanların sayının artdığı qeyd edilir.
Fillər Myanmardan olan müsəlman qaçqınların düşərgəsinə girib, ölənlər və yaralananlar var
Bu gün səhər saatlarında fillər Banqladeş-Myanmar sərhədində, Koks-Bazar şəhəri yaxınlığında yerləşən qaçqın düşərgəsinə hücum edib. Rohingya əyalətindən olan iki müsəlman qaçqın fillərin ayaqları altında qalaraq ölüb, 5 nəfər isə xəsarət alıb. Ölənlərdən biri 55 yaşlı kişi, digəri 2 yaşlı uşaqdır. Yaralılar yerli xəstəxanaya çatdırılıb. Bildirilir ki, Myanmar hadisələrinə görə, avqustun 25-dən sentyabrın ortalarına qədər 410 min nəfər Banqladeşə qaçmağa müvəffəq olub. Banqladeş sərhədində qaçqın düşərgələri artıq tam dolub.
Bu xalqlar arvadlarını dosta, qonağa, tayfa başçısına təklif edir
Merkel Türkiyəyə ultimatum verdi
"Biz Türkiyə ilə iqtisadi əlaqələri daha da azaltmaq və müvafiq layihələri diqqətlə nəzərdən keçirmək məcburiyyətindəyik". Bunu Almaniya kansleri Angela Merkel deyib. Merkel, həmçinin əlavə edib ki, rəsmi Berlin Türkiyədə həbs olunan Almaniya vətəndaşlarının azad olunmasına nail olacaq. Qeyd edək ki, sentyabrın 1-də Antalyada iki Almaniya vətəndaşı, ayın 11-də isə İstanbulda bu ölkədən gələn cütlük saxlanılıb. Saxlanılan şəxslər ötən il Türkiyədə çevriliş cəhdində şübhəli bilinirlər.
Anasının məzarına gizli kamera yerləşdirdi - Gördüklərindən şok oldu
İngiltərədə ağıllara durğunluq verən hadisə baş verib. Bristol şəhərində yaşayan Sue Pulli adlı gənc oğlan anasının məzarına gizli kamera yerləşdirib. Buna səbəb isə 2009-cu ildə vəfat edən qadının məzarının bir neçə dəfə dağıdılmasıdır. Uzun zaman sonra məlum olub ki, məzarı dağıdan Sue Pullinin doğma əmisi oğlu Amanda Lesteridir. Onun hansı səbəbdən belə etdiyi isə məlum deyil.
Səfirlik bağlanır
ABŞ-ın Havanadakı səfirliyində qəribə hadisə yaşanıb. Səfirliyin 21 diplomatı qəflətən xəstələnib. Diplomatların eşitmələrində bilinməyən bir səbəbdən problemlər yaranıb. Aralarında diplomatların ailə üzvlərinin də olduğu 21 nəfər eşitmə problem ilə yanaşı, beyin sarsıntısı, şiddətli baş ağrısı və ürək bulantısı kimi narahatlıqlar keçirib.
Aviareyslər təxirə salındı
Yeni Zelandiyanın Oklend şəhərində yanacaq borusunda sızma səbəbindən onlarla aviareys təxirə salınıb. Qazmaçı fəhlələrdən biri iş görərkən hava limanına gedən yeganə benzin borusunu zədələyib. Bundan sonra "Refining New Zealand" neft emalı zavodunun işçiləri boruda sızma aşkar ediblər.
Xalq artisti vəfat etdi
SSRİ xalq artisti, tanınmış müğənni Zurab Sotkilava vəfat edib. Bu barədə Böyük Teatrın baş direktoru Vladimir Urin məlumat verib. O bildirib ki, Z.Sotkilava ağır xəstəlikdən əziyyət çəkib. Z. Sotkilava 80 yaşında vəfat edib.
Amerikalı dizaynerin HİCABLI kolleksiyası tənqid olundu
Məşhur dizayner Mark Ceykobsun Nyu-York moda həftəsi çərçivəsində nümayiş olunan hicab kolleksiyası tənqid olunub. Amerikalı dizaynerin yeni kolleksiyası hicab modelləri ilə diqqət çəkib. Amerikalı dəb ustasının 2018-ci ilin yaz və yay ayları üçün hazırladığı dəfilədə tropik və ərəbsayağı fasonlar üstünlük təşkil edib. Kolleksiyada çiçək naxışları və parıltılı parçalar, yaylıq, hicab və ekzotik tərzdə baş bağlama fasonları yer alıb. Podiuma başı örtülü çıxan qızlar arasında əslən livanlı olan məşhur Cici və Bella Hadid bacıları da olub. Oların rəngbərəng dəstlərini ərəb qadınlarını xatırladan pişik gözü makiyajı tamamlayıb. Lakin dünya şöhrətli dizaynerin kolleksiyası tənqidlə qarşılanıb. Makr Ceykobs təndiqlərə cavab olaraq bunları söyləyib:
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin istefa xəbəri yayıldı
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyanın təcili istefası barədə şayiələri təkzib edib. Bu gün jurnalistlərə açıqlamasında Movses Akopyan bəyan edib ki, yayılan şayiələr həqiqətə uyğun deyil. Qeyd edək ki, KİV-də yazılan məlumatlara əsasən Movses Akopyan tezliklə istefaya göndəriləcək.
Səfir ölkədən qovuldu
Küveyt Şimali Koreya səfirliyindəki diplomatik nümayəndəliyin müvəqqəti işlər vəkili vəzifəsi ilə əvəz edilməsini və işçi sayının azaldılmasını tələb edib. Bu barədə Küveyt Xarici İşlər Nazirliyi məlumat yayıb. Qərardan sonra Şimali Koreyanın ölkədəki səfiri So Çan Skinin yaxın günlərdə ölkədən çıxacağı bildirilib. Sözügedən qərarın BMT Təhlükəsizlik Şurasının 2321 saylı qətnaməsinə əsasən, Şimali Koreyanın nüvə sınağına cavab olaraq atıldığı vurğulanıb. Küveyt rəsmiləri məsələ ilə bağlı açıqlama yaymayıb.
Liviya sahillərində 3 mindən çox miqrant xilas edildi
Liviya sahil mühafizəsi qüvvələri tərəfindən son həftə ərzində ölkənin şimal-qərb keçirilən xilasetmə əməliyyatları zamanı sahillərində 3 mindən çox miqrantı xilas ediblər. Sahil mühafizəsi qüvvələri tərəfindən keçirilən 9 əməliyyat nəticəsində ümumilikdə 2082 nəfər xilas edilib. Daha 3 əməliyyat nəticəsində 1047 xilas edilib.
Polis tələbəni güllələdi
ABŞ-ın Corciya ştatında 21 yaşlı tələbə Skaut Şults əlindəki bıçağı yerə atmaqdan imtina etdiyinə görə polis tərəfindən güllələnib. Atlanta şəhər polisinə Corciyanın Texnologiya İnstitutunun şəhərciyi ərazisində silahlı gəncin olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əlində bıçaq olan tələbəni aşkarlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Şultsdan bıçağı yerə atmağı tələb ediblər. Lakin tələbə onlara tərəf hərəkət edib. Polis bir neçə xəbərdarlıqdan sonra tələbəni güllələyib. Xəsarət almış Şults xəstəxanada ölüb. Ştatın Təhqiqat Bürosu faktla bağlı araşdırma aparır.
Yanacağa görə vergi yenidən qaldırılır
Rusiya hökuməti yanacağa görə aksiz vergisinin yenidən artırılmasını planlaşdırır. Qiymət artımı iki mərhələdə – yanvarın 1-dən və iyulun 1-dən 50 qəpik həyata keçiriləcək. Bu, ilkin qərar olsa da, dəyişdiriləcəyi güman edilmir.
8 cinayətkar həlak oldu
Meksikanın Qerrero ştatında hərbi formalı cinayətkarla polis arasında atışma silahlı insident yaşanıb. Yerli hakimiyyət orqanları xəbərinə görə hadisə zamanı 9 nəfər həlak olub. Cinayətkarlar polisə Teloloapan bələdiyyəsində patrul apardığı zaman hücum ediblər. Nəticədə 8 cinayətkar və bir hərbiçi həlak olub.














