Dünya
Nigeriyada PARTLAYIŞ
Nigeriyanın şimal-şərqindəki Borno ştatında törədilmiş partlayış nəticəsində azı 15 nəfər həlak olub, 40-dan çox adam yaralanıb. Partlayış iki kamikadzenin özünü partlatması ilə baş verib. Məlumata görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı düşərglərin birində baş verib.
II Qaregin dünya ermənilərinə səsləndi
“Dar gündə vətəndən üz çevirmək olmaz”. Bu sitat bütün ermənilərin katolikosu II Qareginin 6-cı Ermənistan-Diaspora Forumunun iştirakçılarına göndərdiyi məktubundan götürülüb. O, ölkəsində mövcud olan problemləri açıq etiraf edərək hakimiyyəti və bütün erməniləri onların həllində iştirak etməyə çağırıb: “Ermənistanda işsizliyin səviyyəsi azaldılmalı, miqrasiya probleminin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atılmalıdır. Bu problemlərin həlli üçün heç bir erməni öz vətənindən üz çevirməməli, ona kömək etməlidir”.
Almaniya səfiri yenidən Türkiyə XİN-ə çağırıldı
Almaniyanın Ankaradakı səfiri Martin Erdmann sentyabrın 18-də yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Almaniyanın “Spiegel Online” saytı məlumat yayıb. Məlumata görə, Almaniyanın Köln şəhərində terrorçu PKK qruplaşmasının bu ölkədəki təəssübkeşlərinin tədbir təşkil etməsinə və orada bu terror qruplaşması ilə bağlı təbliğat aparılmasına icazə verilib.
Türkiyəli general: "Afrin əməliyyatına Rusiyanı razı sala bilməmişik"
"Türkiyə sərhədin o tərəfindəki Afrin bölgəsində hərbi əməliyyatlar keçirmək üçün hazırlıqlara başladığını açıqlasa da, hal-hazırda sözün gerçək mənasında və hərtərəfli hazırlıqlar olduğunu düşünmürəm. Məncə, Rusiyanı tamamilə razı sala bilməmişik. Hal-hazırda Rusiya orada PYD-nin arxasında durduğunu göstərir. Ancaq Rusiya bunu PYD-yə rəğbət bəslədiyinə görə yox, ABŞ-ı oradan uzaq tutmaq və tarazlıq yaratmaq üçün edir". Bunu istefada olan general-leytenant, "Yeni Çağ" qəzetinin hərbi-strateji məsələlər üzrə şərhçisi Armağan Kuloğlu deyib. O bildirib ki, Suriyanın Afrin bölgəsi hal-hazırda Türkiyəyə təhdid yaradır, PYD terrorçuları oradan Türkiyəyə atış açır, terror aksiyaları törədirlər: "Afrin o vəziyyətdə ikən "Əl-Qaidə" terror təşkilatının bir qolu olan "Ən-Nusra" İdlibdə üstünlük qazandı. ABŞ onları oradan təmizləmək üçün əməliyyat planı hazırlayır, əməliyyatı ABŞ özü keçirəcək, yoxsa bu işi PYD-yə gördürəcək? Əməliyyatı PYD-nin əliylə həyata keçirmə ehtimalı yüksəkdir.
Azərbaycanlı "gəlin"i fahişəliyə cəlb edən bəy namizəd: Yaxşılığımdan sui-istifadə edildi
Fahişəliyə qarşı türk polisinin Adanada təşkil etdiyi təxirəsalınmaz əməliyyatlar zamanı ələ keçən Zuhal Topalın evlilik verilişinin bəy namizədi Birkan ilk açıqlamasını edib. Birkan ədliyyə binasına aparılarkən müxbirlərə etdiyi açıqlamada "Etdiyim yaxşılıqdan sui-istifadə edildi. Sərbəst buraxılsam, açıqlama verəcəm", - deyib.
Britaniyalı deputat: “Postsovet ölkələrində vərəm xəstəliyi ilə bağlı vəziyyətin ümumi cəhətləri var”
“Bütün postsovet ölkələrində vərəm xəstəliyi ilə bağlı vəziyyətin ümumi cəhətləri var”. Bu barədə Tbilisidə vərəm xəstəliyi ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfransda iştirak edən Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü baronessa Elison Satti deyib. Onun sözlərinə görə, ümumi cəhətlərin əsas səbəblərindən biri sovet dövrünün sonunda ölkələrin səhiyyə sistemində yaşanmış tənəzzüldür: “Həmin dövrdə vərəm xəstələri üçün dərmanların əlçatan olmaması və müalicə kursunun başa çatdırılmaması müşahidə olunub. Vərəm xəstəliyinin yayılmasına hər ölkədə mövcud spesifik sosial problemlər də təsir edib”.
Bu, Sərkisyanda dəhşətli qorxu yaratdı – Erməni ekspert
İrəvan Moskvaya öz sədaqətini sübut etməyə çalışır. Bu sözlər erməni yazar Sərkis Artsruninin “1in.am” saytındakı məqaləsində yer alıb. “Yelk blokunun Ermənistanın Avrasiya İttifaqından çıxması ilə bağlı təşəbbüsü İrəvanın Moskva qarşısından mövqeyini gücləndirməli idi. Bunu ən azından sağlam məntiq söyləyirdi. Görünür, Ermənistan hökuməti hətta öz kölgəsindən belə qorxur. Rusiya ekspertlərinin Yelk blokunun təşəbbüsünün arxasında rəsmi İrəvanın olduğunu söyləməsi isə hökumətdə dəhşətli qorxu hissi yaradıb. Buna görə onlar dəridən-qabıqdan çıxırlar ki, Moskvaya öz sədaqətlərini nümayiş etdirsinlər.
Rusiyada prezident seçkilərinin vaxtı açıqlanıb
Rusiyada prezident seçkiləri gələn il martın 18-də keçiriləcək. Bunu Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Maya Qrişina deyib. Qanunvericiliyə əsasən yeni seçiləcək prezident 6 il bu vəzifədə olacaq. Hazırkı prezident Vladimir Putinin namizədliyini irəli sürmək hüququ var, lakin o, hələlik qərarını elan etməyib.
“WhatsApp”da peyğəmbəri təhqir etdiyinə görə ölüm cəzası aldı
Pakistanda 35 yaşlı xristian Nadim Ceyms edam cəzasına məhkum edilib. Buna səbəb kimi onun “WhatsApp” messencerində yazdıqlarının Məhəmməd peyğəmbərə təhqir kimi qiymətləndirilməsi olub. Nadim Ceyms öz tanışına “WhatsApp” vasitəsilə şeir göndərib. Həmin şəxs isə bununla bağlı polisə məlumat verib. Hökm sentyabrın 15-də ölkənin Qucarat şəhərində verilib. N.Ceymsin vəkili apelyasiya şikayəti ilə məhkəməyə müraciət edib.
"Məndən uşağı olmaq istəyən çox kişi var" deyən aparıcının hesabı oğurlandı
Cazibədar aparıcı Seda Akgülün Instagram hesabı oğurlanıb. Akgül Tvitter-dən başına gələn bu hadisə barədə təqibçilərinə xəbər verib. Arıqladıqdan sonra İnstaqram-da paylaşdığı pozalarla tez-tez gündəmə gələn Seda hesabının hakerlər tərəfindən ələ keçirilməsini Tvitter-dən yazdığı bu mesajla xəbər verib:
Daha bir kurort bölgəsində spirtli içkilərə QADAĞA
Hindistanın Qoa ştatının rəhbərliyi yeni istirahət mövsümünün başlanması ilə ictimai yerlərdə spirtli içkilərin satışını qadağan etmək niyyətindədir. Bunu ştatın baş naziri elan edib. Qadağa artıq bu ilin oktyabrında qüvvəyə minə bilər. Nazirin sözlərinə görə, bu qərara səbəb sərxoş insanların səbəb olduğu xoşagəlməz halların qarşısını almaqdır.
İraq Kürdüstanının müstəqillik referendumu ilə bağlı qərar verildi
raq Ali məhkəməsi İraq Kürdüstanının müstəqillik referendumunun dayandırılması barədə qərar qəbul edib. Məhkəmə bu gün qərar çıxarıb. Qeyd edək ki, İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar.
Gülben Ergen məşhur iş adamı ilə sevgili oldu
Gülben Ergenin izmirli iş adamı Tolga D. ilə görüşdüyü iddia edilib. Biznesmen müğənninin keçmiş həyat yoldaşı Erhan Çelikə bənzərliyi ilə diqqət çəkib. Mənbələrin sözlərinə görə, Gülben Ergenin sevgili olduğu Tolga D həyat yoldaşı ilə boşanma mərhələsindədir.
Azərbaycanlı nazirdən ŞOK ADDIM: İrəvanda “soyqırımı abidəsi”nə BAŞ ƏYDİ, sonra... - FOTOLAR
Kanadanın elm naziri Reza Moridi İrəvana gedərək, qondarma “erməni soyqırımı” abidəsinin önündə baş əyib. R.Moridi “soyqırımı abidəsi”ni ziyarət edərkən, bundan böyük zövq aldığını dilə gətirib. “23 avqustda Ermənistanda “erməni soyqırımı muzeyi”ni ziyarət etdim. Bir əsr öncə erməni xalqının “faciəvi itkisi”ni anmaqdan böyük qürur duydum. Bundan başqa, “anma kitabı”nı imzalamaq qürurunu da yaşadım”, - deyə o bildirib. Bu sözlərin müəllifi Cənubi Azərbaycanın Urmiya vilayətində doğulub, əslən azərbaycanlı olduğunu gizlətmir. Kanadada Ontario əyalətinin parlamentinə üzv seçilməsində həmin əyalətdə yaşayan türklər və azərbaycanlıların səsi böyük rol oynayıb. Dəfələrlə Bakıda səfərdə olub. Azərbaycanın təhsil naziri tərəfindən yüksək səviyyədə qəbul olunub, Bakı Dövlət Universitetinin fəxri diplomunu alıb, eləcə də Odlar Yurdu Universitetinin fəxri doktoru adına layiq görülüb. Onun sosial şəbəkə hesabında Bakıda çəkdirdiyi çoxsaylı fotoları və Azərbaycana aid fikirləri yer alır. (https://www.facebook.com/rmoridi/?fref=ts&hc_location=ufi).
Parfüm şüşəsi uşağın əlini və üzünü yandırdı
Türkiyənin Ərzurum ərazisində 11 yaşlı uşaq tanınmaz hala düşüb. Vedat adlı uşaq zibil atmaq üçün zibil qutusuna yaxınlaşıb. Tullantıların yandırılması zamanı alışan parfüm şüşəsi qəflətən partlayıb və nəticədə uşaq ağır yanıq xəsarətləri alıb.














