Dünya
Xəyanət görüntülərindən sonra arvadı uşağı da götürüb evdən getdi
Evli və bir uşaq atası olan məşhur aranjmançı Erdem Kınayın mərakeşli gənc xanım müğənni Hindlə Taksimdə bir gecə klubundakı səmimi görüntülərinin yayılması barədə məlumat vermişdik. Erdem Kınayın 2014-cü ildə evləndiyi Sinem Kınaya mərakeşli gənc xanımla xəyanət etdiyi görüntüləri ortaya çıxınca arvadı azyaşlı uşağını da götürərək evi tərk edib.
İŞİD prezidentə sui-qəsd təşkil etdi
İndoneziya polisi ölkə prezidenti Coko Vidodoya qarşı sui-qəsdin qarşısını alıb. İndoneziya mediası sui-qəsdi həyata keçirmək istəyən şəxsdən 5 ədəd “Molotov kokteyli”nin ələ keçirildiyini bildirib. 31 yaşlı cinayətkarın Penqunq hava limanında prezidentin səfəri ərəfəsində yaxalandığı vurğulanıb.
ABŞ orduya 700 milyard dollar ayırır
ABŞ Senatı orduya 2018-ci maliyyə ilində 700 milyard dolların ayrılmasını təsdiqləyib. Bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi yayıb. Qanun layihəsinin lehinə 89 senatorun səs verdiyi açıqlanıb. Yeni qanun layihəsində əsas xərclərin Şimali Koreyaya qarşı raketdən müdafiə sistemlərinin genişləndirilməsi və hərbçilərinin maaşlarının ödənilməsinin təşkil edəcəyi vurğulanıb.
16 yaşlı qıza təcavüz edən şəxs: İnsanlıq naminə etdim
16 yaşlı lisey şagirdi S.S.G. göz falı və qucaqlama terapiyası bəhanəsiylə onu öpən Erdem B.-dan polisə şikayət edib. 23 yaşlı Erdem B. isə ifadəsində "Bu qucaqlamaq terapiyasıdır. 500 nəfərə bu terapiyanı tətbiq etmişəm. İnsanlıq naminə etdim" deyib. Şübhəli fikirlərini "Bu günə qədər heç kimdən səs çıxmadı, bu qızdan etdiyim bu hərəkətə görə şikayət edilib. Mən bu iş üçün heç kimdən pul almıram. Normalda başqa insanlar yüksək qonorar alır" sözləri ilə tamamlayıb.
Türkiyədə izdivac verilişinə qatılan Günel də fahişə çıxdı
Sayt yaradıb, 700-dən çox qadına fahişəlik etdirən 20 şübhəli arasında olan izdivac verilişlərinin bəy namizədi Birkan K.-ya elçi düşən qadınlardan birinin də eskort olduğu məlum olub. Saxlanılanlardan 3 nəfər həbs edilib, 13 nəfər sərbəst buraxılıb. Polisin apardığı araşdırmalar zamanı məlum olub ki, izdivac verilişində Birkan K.ya elçi düşən azərbaycanlı qız Günel K. eskort saytlarından birində elan verərək bədənini satışa çıxarıb. Qadın polisə ifadə verib. O bildirib ki, azərbaycanlı olduğuna görə sayta pulu ATM-dən göndərə bilmirdi, onun əvəzinə Birkan ödəyib. Lakin Birkan onun fahişəlik etdiyindən xəbərsiz olub.
Kibariyenin serial üçün istədiyi pul rejissoru təəccübləndirdi
ejissor Sinan Çetin yenidən çəkməyə hazırlaşdığı "Perihan Abla" serialında baş rolda çəkilmək üçün müğənni Kibariyeyə təklif irəli sürüb. Rejissor müğənninin gözləmədiyi qonorar istəyi ilə qarşılaşıb. Kibariye aktrisa Perran Kutmanın canlandırdığı rol üçün "Mən evli, uşaqlı qadınam. Demək olar ki, hər həftə sonu xaricdə, ölkədə səhnələrim olacaq. Seriyabaşı 100 min lirə (təxminən 50 min manat) versəniz, qəbul edərəm" deyib.
Bu gün axşam "iPhone"lar dəyişir
Bu gün axşamdan etibarən iPhone-lar dəyişir. iOS platforması bu gün yenilənir. Belə ki, sabahdan etibarən Apple istifadəçiləri smartfonlarına iOS 11-i yükləyə biləcəklər. iOS 11-lə gələcək yeniliklərdən biri Siri ilə bağlıdır. Belə ki, artıq Sirinin istifadə olunduğu dillərə yenisi əlavə olunub. Bundan başqa Siriyə "Siri, mənim bəyəndiyim tipdə bir mahnı dinlət" komandası əlavə olunub.
Məşhur müğənninin evinə oğru girdi
Sılanın 10 gün ərzində qastrol səfərlərinə yollandığından xəbər tutan oğrular müğənninin Kadıköydəki evinə girib. Qıfılı sındıraraq evə girən oğrular Sılanın tədbiri sayəsində qiymətli əşya tapmayaraq evdən əliboş çıxıb. Hadisədən sonra Sıla təhlükəsizlik şirkətindən şikayət edib və başqa bir evə köçməyə qərar verib.
Avtomobil dəvə ilə toqquşdu: 5 nəfər öldü
Qazaxıstanın Alma-Ata vilayətində "Range Rover" avtomobili dəvə ilə toqquşub. Qəza nəticəsində 5 nəfər həlak olub. Məlumata əsasən, qəzada dəvədə ölüb. Yol qəzası faktı üzrə cinayət işi başlanılıb.
Qasırğa baş nazirin evini uçurtdu
Karib dənizində maksimal 5-ci dərəcəyədək güclənən “Mariya” qasırğası Dominika Birliyinin baş naziri Ruzvelt Skerritin evini uçurub. Baş nazir bu barədə özünün “Feysbuk” səhifəsində yazıb. “Şiddətli külək evin damını uçurub. Təbii fəlakət qarşısında acizəm. Hazırda evi su basır”, yazan R.Skirret daha sonra xilas edildiyini bildirib. Qeyd edək ki, 2015-ci ilin avqustunda “Erika” qasırğası Dominika adasında ciddi fəsadlar törədib.
Acun Ilıcalı ilə ailə quran Şeyma Subaşı FƏRQLİ GƏLİNLKDƏ
TV 8 kanalının direktoru və aparıcı Acun Ilıcalı ilə ailə quran Şeyma Subaşı ilk gəlinlik libaslarının şəkillərini instaqramda paylaşıb. Cütlük dünən xüsusi təyyarə ilə Fransanın Sen Trope şəhərinə gedib. Qonaqlar isə məşhur aparıcının Türkiyə Hava Yollarından xüsusi kirayələdiyi təyyarəsi ilə Fransanın Nitsa şəhərinə uçub. Kot Dazur Hava Limanında onları gözləyən xüsusi vertolyot cütlük və şahidlərini Marselə aparacaq. Oradakı türk səfirliyində Esat Yontunç və Kübra Subaşının şahidliyilə rəsmi nikah baş tutacaq. Heyət eyni vertolyotla Fransanın kurort şəhəri Sen Tropeyə gedəcək və “Byblos” adlı lüks hotelə yerləşəcək. Toy “Bagatelle” adlı klubda, açıq havada baş tutacaq və saat 00.00-a qədər davam edəcək.
Məşhur futbolçu cəzalandırıldı
İngiltərəli futbolçu, “Everton” klubunun hücumçusu Ueyn Runi 2 il müddətinə sürücülük hüququndan məhrum edilib. Buna futbolçunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi səbəb olub. Bundan başqa, U.Runiyə 100 saat ictimai işlərlə məşğul olmaq cəzası da verilib.
Səfir "arzuolunmaz şəxs" elan edildi
İspaniya Koreya Xalq Demokratik Respublikasının Madriddəki səfirini "arzuolunmaz şəxs" elan edib. Ölkənin Xarici İşlər Nazirliyi bunu KXDR-in ballistik raket və nüvə silahları sınaqdan keçirməsiylə əlaqələndirib. XİN baş verənlərin dünya və beynəlxalq təhlükəsizlik üçün təhlükəli olduğu bəyan edib.
Putindən Bərzaniyə gözlənilməz kömək - 1 milyard dollar...
Rusiyanın neft şirkəti “Rosneft” Kürd Muxtar Vilayəti ilə İraqdaki təbii qaz boru xəttinə qoyulacaq sərmayə məsələsində razılaşıb. Rosneft”lə İraq Kürd Muxtar vilayətinin razılaşmasına görə, Rusiya İraqda təbii qaz boru xəttini maliyələşdirərək 1 milyard dollar məbləğdə sərmayə qoyacaq. Rusiyanın bu sahədəki sərmayələri gələcəkdə daha da artıracağı gözlənilir.
Məşhur həkim intihar edib
Bu gün Türkiyənin məşhur ürək cərrahı professor İlhan Paşaoğlu intihar edib. Hacettepe Universitetinin professoru İ. Paşaoğlu Ankarada evində özünü öldürüb. Cərrahın intihardan əvvəl ailəsinə yazdığı məktubun itdiyi iddia olunur. Tükiyənin 10-cu prezidenti Əhməd Necdət Sezəri də əməliyyat etmiş İ. Paşaoğluna Hacəttəpə Universitetində vida mərasimi təşkil edilməməsi diqqət çəkib. Cərrah bu gün Ankarada dəfn ediləcək.














