Dünya
Hərbi Akademiyada partlayış - Ölən və yaralanan var
Çexiyanın Vışkove şəhərində Hərbi Akademiyanın ərazisində əl qumbarası partalyıb. Bu barədə ölkə Müdafiə Nazirliyinin nümayəndəsi Yan Peyşek xəbər verib. İnsident nəticəsində 1 nəfərin öldüyü, daha bir nəfərin isə yaralandığı bildirilib. Məlumata görə, əl qumbarasının partlaması nəticəsinə yaralanan şəxs gözündən xəsarət alıb.
Estoniyada Afrika taunu aşkar edilib
Estoniyanın Baytarlıq Qida Departamenti ölkənin cənub-qərbində Oru kəndində fermaların birində donuzlarda Afrika taunu xəstəliyini aşkar edib. Departament rəsmisi bununla əlaqədar 6,8 min heyvanın məhv ediləcəyi barədə xəbər yayıb. Departamendən bildiriblər ki, xəstəlik qeydə alınmış zonalarda karantin elan olunub, heyvanlar öldürülür, obyekt dezinfeksiya edilir.
Velosiped idmanının şosse növü üzrə dünya çempionatı keçirilir
Norveçin Bergen şəhərində velosiped idmanının şosse növü üzrə dünya çempionatı start götürüb. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, yarışda planetin 100-ə yaxın ölkəsinin müxtəlif yaş qrupları üzrə 700-ə yaxın idmançısı mübarizə aparır.
Növbə gözləmək istəməyən qaçqın bankda özünü yandırdı: xeyli sayda yaralı var - Avstraliyada
Avstraliyada Myanmardan qaçqın olaraq gələn 22 yaşlı Nur İslam adlı gənc bankda növbəyə durmaq istəməyincə özünü yandırıb. "Commonwealth Bank"nın filiallarından birində öncə yerə benzin tökən qaçqın gənc müştərilər qaçmağa çalışarkən bank qarışıq özünə od vurub.
Hərbi təlimlərdə vertolyot tamaşaçılara raket zərbəsi endirdi
Qərbdə böyük narahatlıqla izlənilən Rusiya-Belarus hərbi təlimləri zamanı Sankt-Peterburq yaxınlığındakı "Lujsk" poliqonunda Ka-52 vertolyotundan buraxılan "hava-yer" raketi tamaşaçıların yaxınlığına düşüb. İnsident vertolyotların poliqonda növbəti vəzifəni yerinə yetirməsi zamanı baş verib, hansısa səbəbdə raket kursdan yayınıb və tamaşaçıların dayandığı tərəfdə partlayıb. Bu zaman azı iki avtomobil yanıb, qəlpələr iki nəfəri ağır yaralayıb. Onların jurnalistlər olduğu bildirilir.
8 idarə təxliyə olundu
Rusiya hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, Moskvada minalanmış obyektlər barədə anonim zəng alındıqdan sonra 8 idarənin əməkdaşları təxliyə edilib. Məlumata görə, partlayıcı qurğuların Lyublino, Vnukovo, Basmannıy, Boqorodskoye, Kuzminki, Naqorniy, Solnsevo və Lefortovo rayon idarələrinə qoyulması barədə anonim zənglər qəbul olunub.
Sen-Martendə "İrma" 200 adamı "itirib"
Sen-Marten adasında "İrma" qasırğasından sonra 200 adam itkin düşmüş hesab edilir. Trend-in məlumatına görə, bu xəbəri Niderland Qırmızı Xaç Komitəsi yayıb. Komitə bildirib ki, həmin şəxslərin ailələri ilə görüşüb, məlumatları dəqiqləşdirdikdən sonra onların axtarışlarına başlanılacaq.
Tarkanın həyat yoldaşı hamilədir
Gözəllik müsabiqəsi dayandırıldı - Modellər rüsvay oldular
Meksikada kişilər arasında "Mr.Tabasco" gözəllik müsabiqəsi yarımçıq dayandırılıb. Səbəbsə finala çıxmış modellərin fiziki baxımdan tələblərə cavab verməməsi, daha doğrusu moda biznesi üçün "yararsız və eybəcər" sayılmalarıdır. Bu ilin əvvəlində çox böyük təmtəraqla təqdim olunan, Meksikanın bir çox telekanallarında reklam edilən "Mr.Tabasco" gözəllik müsabiqəsində finala çıxmış gənclər, gerçəkdən də, modellərə əsla bənzəmirlər. Onların heç birində model görünüşü yoxdur. 6 finalçının bəziləri isə çəlimsizdir.
"Daha gözəl" olmaq üçün 200 əməliyyat keçirdi
Çənə sümüyü sındırılaraq forması dəyişdirilib, 6 qabırğası çıxardılıb, sinəsinin ölçüləri böyüdülüb, qulaqların forması və özlərinin rəngi dəyişib və s... ABŞ-ın Şimali Karolina ştatından olan 27 yaşlı Piksi Foks indiyədək 200 plastik cərrahiyyə əməliyyatına məruz qalıb. O, əməliyyatlara 700 min dollar xərcləyib. Həmin əməliyyatlar arasında lipopksasiya, labioplastika, liftinq və s. də var. Britaniyanın İTV telekanalındakı "This Morning" proqramında aparıcılar Holli Uilloubi və Filipp Şefildin qonağı olan P.Foksun dediyinə görə, moda aləminin ulduzu olmaq istəyir və bu məqsədlə özünün baş qəhrəman olacağı komikslər seriyası da hazırlayır. "Bunu natamamlıq kompleksinə gö
Gözəlliyi ilə diktatorların AĞLINI BAŞINDAN ALAN XANIMLAR - Maraqlı faktlar
Arktikada da hərbi təlimlər keçirildi
Rusiyanın Şimal Donanmasının qüvvələri Arktikada hərbi təlimlər keçirib. Təlimlər zamanı Laptevlər dənizində şərti hədəflərə raket və artilleriya atəşləri açılıb. Qeyd olunur ki, təlimlərdə “Pantsir-S1” və “Kinjal” zenit-raket komplekslərindən də hava hədəflərinə atəş açılıb.
ABŞ İsraildə ilk hərbi bazasını açdı
ABŞ ilk dəfə olaraq İsrailin cənubunda daimi hərbi bazasını açıb. Bu barədə informasiyanı İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti yayıb. Bazanın İsrail hava hücumundan müdafiə üzrə hərbi hissələrindən birinə inteqrasiya olunacağını bildirilir. Qeyd edək ki, İsrail ABŞ-ın Yaxın Şərqdə ən yaxın müttəfiqi hesab edilir.
Bankomatı partladıb pulları oğurladılar
Rusiyanın paytaxtı Moskvada naməlum şəxslər gecə saatlarında bankomatı partladaraq pulları oğurlayıb. “Alfa bank”a məxsus bankomat qaz balonunun köməyi ilə partladılıb. Hazırda hüquq-mühafizə orqanlar həmin şəxslərin axtarışlarını davam etdirir. Oğurlanan vəsaitin və dəyən ümumi ziyanın məbləği hələlik açıqlanmır.
Telman İsmayılov axtarışa verilir: 10-dan çox cəsəd, bazarın qəsdən yandırılması, daha nələr...
Rusiya hüquq-mühafizə orqanları tezliklə azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Bu xəbəri "Rosbalt" agentliyinin Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyində mənbələri olan əməkdaşı Yuri Verşov yayıb. Məlumatda deyilir ki, Telman İsmayılovın adı sifarişli qətllər, özgə əmlakına qəsdən zərər vurulması da daxil olmaqla bir neçə maddə ilə qaldırılmış cinayət işində artıq fiqurant kimi keçir. Bura Moskvanın Lianozovsk bazarının yandırılması da daxildir.










.jpg)



