Dünya
İşığı əks etdirməyən planet aşkarlanıb
Kanadadakı Makgil Universitetinin alimləri Günəş sisteminin xaricində işığı əks etdirməyən səthə malik “qara” planet aşkarladıqlarını açıqlayıblar. Teylor Bellin rəhbərlik etdiyi astronomlar qrupu həmin planetə “WASP-12b” adını veriblər. T.Bellin sözlərinə görə, “WASP-12b” Günəş sisteminin ən böyük planeti olan Yupiterdən iki dəfə böyükdür. Ətrafında fırlandığı ulduza çox yaxın olduğu üçün bu planetin birillik dövriyyəsi dünyanın birgünlük hərəkətinə bərabərdir.
Yaponiyada qasırğa nəticəsində 1 nəfər ölüb, 35 nəfər xəsarət alıb
Yaponiyanın qərb və cənub-qərb bölgələrində baş verən “Talim” qasırğa nəticəsində 1 nəfər ölüb, 35 nəfər xəsarət alıb. Daha 3 nəfərin itkin düşdüyü bildirilir. İlkin məlumata əsasən, Küsü və Sikoku adalarında daşqınlar və torpaq sürüşmələri qeydə alınıb, onlarla yaşayış evi su altında qalıb. Təbii fəlakətlə əlaqədar hava limanlarında 262 uçuş ləğv edilib.
Venesuela Prezidenti: "Mən həqiqətən də Stalinə oxşayıram"
Venesuela Prezidenti Nikolas Maduro hesab edir ki, onunla İosif Stalin arasında oxşarlıq var. Dövlət başçısı bu bəyanatla Venesuela telekanalında canlı yayımda çıxış edib.
Modelin 18 yaşındakı şəklini görən əri onu məhkəməyə verir
Model Ebru Şancını həyat yoldaşı sosial şəbəkə hesabından 18 yaşında çəkilmiş şəklini paylaşıb. Qeyd edək ki, cazibədar model 2015-ci ilin sentyabr ayında Belçikada futbolçu Alpaslan Öztürkə ərə gedib. Ebru xarici görünüşündəki dəyişikliklə bağlı yumoristik bir qeyd yazıb: "18 yaşındakı şəklimi görən ərim fırıldaqçılıq etdiyimi düşünərək məni məhkəməyə veir".
Tillerson və Lavrov görüşdü
ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Serqey Lavrov Nyu-Yorkda görüş keçirib. Amerikanın təşəbbüsü ilə BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində keçirilən görüş 45 dəqiqə davam edib. Ehtimal olunur ki, görüşdə Suriya məsələsi, Ukraynadakı vəziyyət, KXDR-nın raketləri işə salması və iki ölkə arasındakı digər problemlər müzakirə olunub. Rusiyanın BMT-dəki daimi nümayəndəliyində keçirilən görüş mətbuata qapalı keçirilib.
Türkiyədə güclü zəlzələ
Türkiyədə 4.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Ege ərazisində qeydə alınıb. Təkanlar yerli vaxtla 17:29-da olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Xamenei: "Tehran ABŞ-nın hədələri qarşısında baş əyməyəcək"
Moskvada partlayış təhlükəsi səbəbindən 3 min nəfər evakuasiya edilib
ABŞ-da qaradərililərin aksiyası: 11 polis yaralandı - FOTO
Terror XƏBƏRDARLIĞI
Fransa milli polisinin baş idarəsi bütün Avropada dəmir yollarında terror təhlükəsi barədə məlumat verib. İdarənin məxfi sənədində terrorçuların meşə yanğınları təşkil etməyi və yeyinti məhsullarını zəhərləməyi haqqında da planlarının olduğu deyilir.
Yeni nazir təyin olundu
Türkiyənin dini işlər naziri postuna təyinat olub. Bununla bağlı Türkiyə Nazirlər Kabinetinin qərarı bu gün "Resmi Gazete"-də dərc edilib. Qərara əsasən professor Ali Erbaş dini işlər naziri təyin edilib. Qeyd edək ki, A. Erbaş 2011-ci ildə Dini İşlər Nazirliyinin Təhsil xidmətləri şöbəsinin müdiri, 8 iyun 2017-ci ildə isə Yalova Universitetinin rektoru təyin edilib.
Futbolçu meydançada güllələnərək öldürüldü
Çernoqoriya çempionatının oyunun zamanı futbolçu qətlə yetirilib. Hadisə dünən baş verib. "Vokel" klubunun qapıçısı Qoran Lenats naməlum şəxs tərəfindən stadionda güllələnib. Qatil əvvəlcə havaya atəş açaraq ətrafdakı insanların qaçmasına səbəb olub. Daha sonra isə meydana daxil olaraq Qoran Lenatsa atəş açıb. 33 yaşlı qolkiper xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Moskvada gecə klubunda bomba təhlükəsi - 600 nəfər təxliyyə olundu
Metroda sərnişinin üstündən qumbara çıxdı
Ukraynanın paytaxtı Kiyevdə metroda şübhəli sərnişinin üzərinə baxış keçirilib. 22 yaşlı şəxsin üzərindən RGD-5 qumbarası, üç tüstü bombası və iki səsboğucu tapılıb. Saxlanılan şəxs silah-sursatın bir hissəsini tapdığını, digər hissəsini isə internetdən sifariş etdiyini deyib.
“Aşka Gəldik” tamaşaçılara təqdim edilləcək
Azərbaycan və Türkiyə birgə istehsalı olan “Aşka Gəldik” komediya filmi yaxın günlərdə tamaşaçılara təqdim olunacaq. “Olaylar” bildirir ki, filmin rejissoru Məhərrəm Özabat, prodüsseri Həmdi Bor, ssenari müəllifi isə Həsən Əliyevdi. Filmdə əsas obrazları Mətn Yıldız və Şənər Kökkaya canlandırıblar. Fimdə azerbaycanlı aktyor Fərda Xudaverdiyev də rol alıb.













