Dünya
İlk elektrik təyyarəsi 2022-ci ildə satışa çıxarılacaq
ABŞ-ın “Boeing Co” (BA.N) və “JetBlue Airways Corp” (JBLU.O) aviaşirkətləri şəxsi elektrik təyyarəsinin yaradılması ilə məşğul olan startaplardan birini dəstəkləyiblər. 2022-ci ilədək 1600 km-dək məsafə üçün uçuş vaxtını azalda və uçuş xərclərinə qənaət edə bilən avialayner prototipinin sınaqlarının keçirilməsi planlaşdırılır. “Zunum Aero” şirkəti bu məqsədlə 12 sərnişin üçün nəzərdə tutulan və iki elektrik mühərriki ilə işləyən sınaq modelini düzəltməyə hazırlaşır.
İlk ərəb peyki gələn il buraxıla bilər
Birləşmiş Ərəb Əmirlikləri ölkə istehsalı olan Yerin ilk süni peykini 2018-ci ilin yayında buraxmağı nəzərdə tutur. Bu barədə BƏƏ Kosmik Agentliyinin baş direktoru Məhəmməd Nasir əl-Əhbəbi bildirib. Onun sözlərinə görə, BƏƏ növbəti ildə bütünlüklə ölkənin yerli mühəndisləri tərəfindən hazırlanan “Khalifa-Sat” foto çəkilişlər peykini buraxmağı planlaşdırır.
Akkumulyatoru ən çox işləyən smartfon müəyyənləşib
“Firefox” brauzeri “Windows”un köhnə versiyalarını dəstəkləməyi dayandırır
“Internet Explorer” brauzerinin bazar payı ilk dəfə 15%-dən aşağı düşüb
İlk dəfə olaraq “Internet Explorer” brauzerinin bazar payı 15%-dən aşağı düşüb. Bu, “Microsoft” şirkətinin yeni “Edge” brauzerini tanıtması ilə izah edilir. Amma sonuncuya tələbat ürəkaçan səviyyədə deyil. “NetMarketShare” xidmətinin məlumatına əsasən, 2017-ci ilin sentyabrında kompüterlərin 14,18%-də “Internet Explorer” brauzerindən istifadə edilib. “Chrome” ən populyar brauzer adını qoruyub saxlayır. Sözügedən brauzerin bazar payı 59,6%-ə bərabərdir. “Firefox” (12,85%) brauzeri ilk üçlükdə qərarlaşıb.
Heyvandan insana keçən viruslar...
İndiyə qədən heyvandan insana keçə bilən 320 min virus olduğu təsbit edilib. Bildiyimiz kimi virus infeksiyaları HİV, ebola, qrip, epidemik hepatit və digər xəstəliklərdən yaranır.
14 TB yaddaşa malik sərt disk hazırlanıb – İLK DƏFƏ
“Western Digital” şirkəti tərəfindən dünyada ilk dəfə 14 TB yaddaşa malik “HGST Ultrastar Hs14” sərt disk modeli hazırlanıb. Yeni nəsil “Western Digital HelioSeal” texnologiyası ilə yığılan məhsullar materialların etibarlılığına və enerji effektivliyinə görə digər sərt disklərdən daha üstün xidmətlərə sahib olacaqlar. 3,5 düymlük form-faktorda hazırlanmış “Ultrastar Hs14” sərt diski “SATA 6 Qbit/s” və “SAS 12 Qbit/s” interfeyslərində tədarük olunur. Şpindelin fırlanma sürəti 7200 dövr/dəqiqə, buferin həcmi isə 512 meqabayt təşkil edir. İşləmə vaxtı 2,5 milyon saat nəzərdə tutulub.
Moskvada hava limanı təxliyə edildi - Bomba həyəcanı
Moskvada “Jukovski” hava limanı anonim zəngdən sonra təxliyə olunub. Məlumata görə, aeroporta bomba qoyulması barədə zəng daxil olduqdan sonra əməkdaşlar oradan çıxarılıb.
Bu adaya əleyhqazsız GETMƏK OLMAZ
Dünyanın ən qeyri-adi ölkələrindən biri olan Yaponiyada yerləşən İzu adası gözəl təbiəti ilə məşhur olsa da, artıq bura əleyhiqazsız gəlmək təhlükəlidir. Ərazidə daim aktiv olan vulkanın oyanması nəticəsində atmosferə yayılan zərərli qaz insan orqanizmi üçün ciddi təhlükə yarada bilər. Bu səbəbdən adaya gələn turistlər maska taxmağa məcbur olurlar. Əraziyə "Qaz maskalı ada" adı verilib.
Erməni nazirlər büdcəni talayır - Milyonlara dram yoxa çıxıb
Ermənistan höküməti yanında Milli Təhlükəsizlik Xidməti sentyabr ayında yarım milyon dramlıq konyak aldıb. Xidmət və "Perno rikar Armenia" şirkətləri arasında təxminən yarım milyon dram dəyərində saziş imzalanıb. Xidmətə, 6 şüşə Nairi konyakı, 20 ədəd "Indir" növlü konyak və 13 ədəd "Axtamar" konyakı verilib. "Nairi" konyakı üçün 185 min 400 dram, "Indir" konyakı üçün 164 min dram, "Axtamar" konyak üçün isə 149 min dram ödənilib. Müqavilədə satınalmanın tam məqsədi qeyd ediməyib.
İlk ərəb peyki gələn il fəzaya buraxılacaq
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz istehsalı olan ilk süni peyki 2018-ci ilin yayında buraxmağı planlaşdırır. Məlumata görə, "Khalifa-Sat" peyki fotoçəkilişlər üçün nəzərdə tutulub və ərəb mühəndisləri tərəfindən hazırlanıb. Daha bir ərəb istehsalı olan peyk də gələn il fəzaya buraxılacaq. "Yahsat" rabitə peyki Cənubi Amerikanı da əhatə edəcək.
İsrail və Rusiya dinc sakinləri bombaladı: 79 ölü
Suriya ilə İraq sərhədində yerləşən Deyr-əz-Zor şəhərinə son 48 saatda bir neçə dəfə hava hücumları təşkil edilib. Hücum nəticəsində 79 dinc sakin həlak olub, onlarla sakin yaralanıb.
İspaniya Kataloniyadan üzr istədi
İspaniya hökumətinin Kataloniyadakı təmsilçisi Enrik Millo müstəqillik referendumunda polislərin dinc sakinlərə şiddət göstərməsindən dolayı üzr istəyib. E.Millo şiddət görüntülərinə baxarkən üzüntü keçirdiyini söyləyib: “Görüntüləri izləyərkən bəzi insanların itələndiyini, vuruldğunu gördüm. Bu görüntülərdən dolayı sadəcə peşmanlıq hiss edə bilirəm. Dinc sakinlərə müdaxilə edən polislər adından üzr istəyirəm”.
Orta Şərqdə xəritə dəyişir — İŞİD-in sonu çatıb
İŞİD terror qruplaşması İraqdakı son qalası Havice rayonunu dünən itirdi. Terrorçular İraq-Suriya sərhədindəki Fərat çayının hövzəsinə çəkilib. Artıq İŞİD-in əlində heç bir böyük şəhər və rayon qalmayıb. Bu gündən etibarən isə terrorçuların açıq ərazi və səhrada qaçmaqdan başqa şansları yoxdur. Ətrafları tamamilə mühasirəyə alınıb.
Türkiyənin Baş naziri İraqa səfər edəcək
İraqın Baş naziri Heydər əl-Abadi türkiyəli həmkarı Binəli Yıldırımı Bağdada səfərə dəvət edib. Məlumata görə, bu barədə Türkiyənin Baş naziri B.Yıldırım bəyan edib. O qeyd edib ki, hazırda İraqa səfərinin tarixi müəyyənləşdirilir.














