Dünya
16 nəfər terrordan şübhəli bilindi
İstanbul Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə şöbəsi ötən gecə 20 ünvanda terror əleyhinə əməliyyat həyat keçirib. Olaylar bildirir ki, əməliyyat zamanı 16 şübhəli şəxs həbs olunub.
Salvador Dalinin yeni əsəri aşkar edildi
Ehtimala görə, Salvador Daliyə məxsus olan "Missis Rivz" portreti ("Portrait of Mrs. Reeves", 1954) sənət əsərlərinin qaçaqmal ticarəti ilə mübarizə aparan Livan xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək götürülüb. Ehtimal edilən şedevr Livanla qonşu olan ölkələrdən birində şəxsi kolleksiyadan oğurlanıb və hərraclarda milyonlarla dollar məbləğində qiymətləndirilə bilər. Suriya və Livandan olan iki qaçaqmalçı Beyrut ətrafında yerləşən Dohat-Aramun dağlıq rayonunda polis tərəfindən saxlanılıb.
İŞİD yeni “11 sentyabr” hazırlayır
İŞİD terror qruplaşmasının silahlıları 2001-ci il, 11 sentyabr hadisələrinə oxşar terror aktları planlaşdırırlar. Bu barədə ABŞ Milli Təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk Londonda çıxış edərkən bəyan edib. “Terrorçular təyyarələrdən istifadə edərək irimiqyaslı terror aktları hazırlayır. Kəşfiyyat bundan əmindir”, deyə ABŞ rəsmisi qeyd edib. Onun sözlərinə görə, hazırda terrorçular maliyyə axınlarını qoruyub saxlamaq üçün soyuq silah və avtomobillərdən istifadə edərək nisbətən xırda terror aktlarına əl atırlar.
Hamilə qadın metroda doğdu - Video
“3D” printerdə çap edilən ilk körpü istifadəyə verilib
Niderlandda üçölçülü (3D) printerdə çap edilən ilk körpünün açılışı keçirilib.
2023-cü ilə dünyada “5G” istifadəçilərinin sayı 1 milyarda yaxınlaşacaq
“CCS Insight” şirkətinin mütəxəssislərinin proqnozuna görə, beşinci nəsil mobil rabitə şəbəkəsi əvvəlki “4G” standartı ilə müqayisədə daha sürətli tətbiq olunacaq. Gözləntilərə görə, 2023-cü ilin ortalarına kimi “5G” şəbəkəsində dünyada mobil qoşulmaların sayı 1 milyarda yaxınlaşacaq ki, bu göstəricinin də 50%-dən çoxu Çinin payına düşəcək.
“Samsung” 8 nanometrlik texnoloji prosesin hazırlanmasını tamamlayıb
"Samsung Electronics" şirkəti yarımkeçiricilərin istehsalı üçün 8 nanometrlik texnoloji prosesin hazırlanmasını başa çatdırıb. "ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, yeni texnoloji prosesdə bir sıra dəyişikliklər edilib. Belə ki, proses vasitəsilə yaradılan çiplərin enerji səmərəliliyi şirkət tərəfindən yarımkeçiricilərin kütləvi istehsalı üçün tətbiq edilən ikinci nəsil 10 nanometrlik texnologiyadan istifadə olunmaqla istehsal edilən mikrosxemlərin effektivliyindən 10 faiz yüksəkdir. Bundan başqa, "Samsung" mikrosxemlər üçün tələb olunan yeri 10 faiz azaltmağa nail olub.
“Google” kartoqrafik servisinə planet və peyklərin “3D” modelləri əlavə olunub
“Google” şirkəti astronomiya həvəskarları üçün planet və peykləri öyrənmək imkanı təqdim edərək onların üçölçülü (3D) modellərini kartoqrafik servisə əlavə edib.
“Windows” üçün “Chrome” brauzerində daxili antivirus istifadəyə verilib
“Google” şirkəti “Windows” üçün “Chrome” brauzerinin masaüstü versiyası ilə müasir antivirusların əsas funksiyalarının inteqrasiyasını anons edib. Bu yenilik istifadəçiləri hər hansı faylı, zərərverici proqramları yüklədikdən sonra standart axtarış sisteminin dəyişdirilməsindən qoruyacaq.
Qeyri-adi dizayna malik iki ekranlı smartfon təqdim edilib
Çinin “ZTE” şirkəti “Axon M” adlı smartfonunu təqdim edib. Bu aparat analoji qurğulardan qeyri-adi dizaynı ilə fərqlənir.
2018-ci ildə qlobal fərdi kompüter bazarında artım qeydə alınacaq
“Gartner” analitik şirkətinin mütəxəssislərinin proqnozuna görə, 2018-ci ildə korporativ seqmentdə kompüter parkının yenilənməsi, Rusiya və Çin bazarlarında tələbatın canlanması fonunda qlobal fərdi kompüter sahəsində artım qeydə alına bilər.
Hadise özündən 6 yaş balaca oğlanla görüşür - VİDEO
Həyatında sevgini heç cür tapa bilməyən Hadise keçən il bir müddət birlikdə yaşadığı Hakan Sabancı ilə şansını yenidən sınayacaq. Məşhur müğənni Hadise ilə Hakan Sabancının yenidən eşq yaşamağa başladığı iddiası maqazin gündəminə bomba kimi düşüb. Star TV ekranlarında yayımlanan "Duymayan Kalmasın" proqramının aparıcısı Cengiz Semercioğlu cütlüyün Etilerdə bir restoranda səmimi görüntüləndiyini qeyd edib.
Təyyarədə rəzalət: bələdçilər növbəylə uladılar
"AirAsia" aviaşirkətinə məxsus laynerlərdən birinin göyərtəsində bələdçilər sərnişinləri şoka salıblar. Sərnişinlərin təəccübünə səbəb uçuş zamanı stüardessaların növbəylə ulaması olub. Belə ki, təyyarə havaya qalxdıqdan sonra heyət üzvləri bir-bir mikrofona ulayıblar.
Sevgilisini öldürüb cəsədini 5 saat avtomobildə "gəzdirdi" - Qızımı çılpaq şəkilləri ilə təhdid edirdi - VİDEO
Türkiyənin Qaziantep şəhərində ayrılmaq istədiyi 38 yaşlı iş adamı Cuma Pancarın lüks avtomobilində tapançayla başına atəş açılaraq öldürdüyü 31 yaşlı Arzu Gültekinin anası Yıldız Gültekin dəhşətli açıqlamalar verib.
Məşhur idmançıdan şok etiraf: 7 il təcavüzə məruz qalıb
2012-ci ildə London Olimpiya Oyunlarında gimnastikadan qızıl medal qazanan Mak Kayla Maroney həyatı ilə bağlı etiraflar edib. ABŞ komandasının üzvü olan çempion 7 il boyunca məşqçiləri tərəfindən təcavüzə məruz qaldığını açıqlayıb.













