Salvador Dalinin yeni əsəri aşkar edildi
Ehtimala görə, Salvador Daliyə məxsus olan "Missis Rivz" portreti ("Portrait of Mrs. Reeves", 1954) sənət əsərlərinin qaçaqmal ticarəti ilə mübarizə aparan Livan xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək götürülüb. Ehtimal edilən şedevr Livanla qonşu olan ölkələrdən birində şəxsi kolleksiyadan oğurlanıb və hərraclarda milyonlarla dollar məbləğində qiymətləndirilə bilər. Suriya və Livandan olan iki qaçaqmalçı Beyrut ətrafında yerləşən Dohat-Aramun dağlıq rayonunda polis tərəfindən saxlanılıb.
19 Oktyabr 2017 09:02 DünyaEhtimala görə, Salvador Daliyə məxsus olan "Missis Rivz" portreti ("Portrait of Mrs. Reeves", 1954) sənət əsərlərinin qaçaqmal ticarəti ilə mübarizə aparan Livan xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək götürülüb. Ehtimal edilən şedevr Livanla qonşu olan ölkələrdən birində şəxsi kolleksiyadan oğurlanıb və hərraclarda milyonlarla dollar məbləğində qiymətləndirilə bilər.
Suriya və Livandan olan iki qaçaqmalçı Beyrut ətrafında yerləşən Dohat-Aramun dağlıq rayonunda polis tərəfindən saxlanılıb.
Beynəlxalq ekspertlər yaxın günlərdə əsərin həqiqiliyini müəyyən etməlidirlər. Əsərdə Dali yaradıcılığına xas olan motivlər yer alıb.