Dünya
Oteldə partlayış
50 vaqondan ibarət yük qatarı relsdən çıxıb - ABŞ
13 Azərbaycan vətəndaşı saxlanıldı - Qazaxıstanda
Qazaxıstanın Miqrasiya Xidiməti tərəfindən aparılan əməliyyat nəticəsində tikintidə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 13 Azərbaycan vətəndaşı saxlanılıb. Yoxlama zamanı həmçinin onların Şimali Qazaxıstan vilayətində qeydiyyatsız yaşadıqları ortaya çıxıb.
Məktub 126 milyon funt sterlinqə satıldı
"Titanik" gəmisinin sərnişinin məktubu hərracda 126 milyon funt sterlinqə satılıb. Məktub 1912-ci ildə amerikalı biznesmen Oskar Holverson tərəfindən yazılıb. Bu məktub hələlik gəmidən tapılan yeganə məktubdur.
Naməlum şəxs küçədə insanlara atəş açıb - Pensilvaniyada
“Ukraynanın xilası üçün 70 gün bəs edər” - Mixeil Saakaşvili
Astanadan Bakıya uçan sərnişin təyyarəsində PROBLEM - Geri qayıtdı
Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya avadanlığında yaranan problem səbəbindən Qazaxıstan paytaxtına geri qayıdıb. Bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.
İnfarktın qarşısını alan makaron istehsal edildi
İtaliyanın Toskana şəhərində yerləşən "Sant Anna" tədqiqat məktəbinin elm adamları infarktın qarşısının alınmasında effektiv olan makaron hazırlayıb. Yeni makaron çeşidi vücudu stressə və damar xəstəliklərinə qarşı daha müqavimətli edir.
Tuba Büyüküstün nəhayət ki, gənc sevgilisi ilə əl-ələ göründü
Tuba Büyüküstün özündən 9 yaş kiçik sevgilisi Ümid Evirgenlə ilk dəfə səmimi şəkildə əl-ələ görüntülənib. Uzun müddətdir sevgili olduqlarını gizlədən cütlük İstanbulda gecə gəzməyə çıxıb. Aktrisa gənc sevgilisi ilə jurnalistlər tərəfindən görüntülənib. Onlar sualları cavabsız qoysa da, əvvəlkilər kimi sərt reaksiya göstərməyiblər.
Yaponiya növbəti təbii fəlakətlə üz-üzə
"Lan” qasırğası Yaponiya sahillərinə yaxınlaşır. Yaponiya Meteorologiya Agentliyinin mütəxəssisləri "Lan" qasırğasının Filippin dənizi üzərində olduğunu və Yaponiyaya təxminən 15 km/saat sürətlə hərəkət etdiyini bildiriblər.
Əfqanıstanda növbəti partlayış: 15 ölü
“Facebook”da möhtəşəm yenilik olacaq
"Facebook" sosial şəbəkəsində yaxın zamanlarda ikinci lent yaradılacaq. Saytda əlavə olaraq istifadəçini maraqlandıra biləcək xəbərlər və məsləhətlər əks olunacaq. İlk olaraq "Explore"nin yeni əlavələrinə "Twitter"in xarici istifadəçiləri nəzər yetiriblər. Sonradan sosial şəbəkədə artıq məsləhətlər olan yeni lentin olacağı ilə bağlı təsdiqini tapan məlumatlar da yayılıb.
Dünyanın ən bahalı təyyarə biletləri
Birləşmiş Ərəb Əmirliklərinə məxsus "Etihad Airways" aviaşirkəti satışa dünyada ən bahalı təyyarə biletlərini çıxarıb. Aviabiletin qiyməti 80,5 min dollardır. Bu biletlə "Etihad Airways"lə Londondan Melburna uçmaq olacaq. Bileti alan təyyarədə 3 otaqlı VİP nömrə ilə təciz olunacaq. Nömrə yataq, qonaq və hamam (vanna) otaqlarından ibarətdir. Yataq otağında ikinəfərlik çarpayı var və bu hava nəqliyyatı uçuşlarında yenilik hesab edilir. Həmçinin apartamentlərdə 2 televizor, şəxsi qulluqçu və aşpaz var.
Marixuanadan istifadə qanuniləşir - YENİ LAYİHƏ
Latın Amerikası ölkəsi olan Peruda marixuana tibbi məqsədlərlə istifadə ediləcək. Bu məsələ artıq rəsmi qaydada təsdiqlənib. Belə ki, mühafizəkarların üstünlük təşkil etdiyi Məclisdə marixuananın tibbi məqsədlə istehsalı, idxalı və satışının mümkünlüyünü nəzərdə tutan qanun layihəsi təsdiqlənib. Məclisdə 5 nəfər layihənin əleyhinə, 67 nəfər isə lehinə səs verib. Millət vəkillərinin fikrincə, bu layihə minlərlə xəstənin həyat keyfiyyətini yüksəlməsinə kömək edəcək.














