Dünya

Ebru Gündeş: “ Rza Türkiyəyə zərər verə bilər”

1 Dekabr 2017 12:06

Məşhur türkiyəli müğənni Ebru Gündeşin həbsdə olan həyat yoldaşı, İran vətəndaşı, Azərbaycan əsilli Rza Zərrab haqqında verdiyi açıqlama hər kəsin təəccübünə səbəb olub. Olaylar.az bildirir ki, müğənni Rza Zərrab barədə narahatlığını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafına həyat yoldaşının hazırda Amerikada davam edən məhkəmə prosesində Türkiyəyə zərər verə biləcəiyini bildirib.

Uşaq bağçasında yanğın - Körpələr təxliyə edildi

1 Dekabr 2017 12:06

Rusiyanın Çelyabinsk şəhərində uşaq bağçasında yanğın baş verib. Məlumata görə, yanğın bağçanın zirzəmisində başlayıb. Hadisə ilə əlaqədar uşaqlar və bağçanın əməkdaşları təxliyə olunub.

Tramp Qüdslə bağlı qərarını açıqlayacaq

1 Dekabr 2017 11:55

ABŞ prezidenti Donald Tramp bir neçə gün ərzində Qüdsü İsrail paytaxtı elan edəcək.  Bu haqda İsrail mediası yazıb. Bəzi ərəb liderlərinin Vaşinqtona səfərləri “Qüds bazarlığı” kimi şərh edilir. Son olaraq İordaniya kralı Abdullah və Bəhreynin vəliəhd şahzadəsi Salman ibn Hamed Əl-Xəlifə ABŞ-a gedib.

İranda güclü zəlzələ

1 Dekabr 2017 11:54

Məşhur aktyor paylaşdığı statusda Rza Zərrabı hədəf aldı

1 Dekabr 2017 11:39

Məşhur türkiyəli aktyor Bülənt Əmrah Parlakın ötən gecə twitter hesabından paylaşdığı status bəyənmə rekodu qırır. Olaylar.az bildirir ki, məşhur aktyor rüşvətlə bağlı paylaşdığı statusda həbsdə olan İran vətəndaşı, Azərbaycan əsili Rza Zərrabı hədəf alıb. Olaylar.az həmin statusu təqdim edir:

Güclü külək 14 nəfərin həyatına son qoydu - FOTO/VİDEO

1 Dekabr 2017 11:36

Hindistanın Tamil Nadu və Kerala əyalətlərinin cənub sahillərində başlayan güclü külək 14 nəfərin ölümü ilə nəticələnib.  "Ockhi" siklonun səbəb olduğu şiddətli külək Tamil Nadu və Kerala əyalətində də 8 nəfərin həyatına son qoyub. Rəsmi məlumata görə, ölənlərin sayının daha da artacağı bildirilir. Əyalətin ətraf bölgələrində külək nəticəsində ağaclar aşıb, yüzlərlə yaşayış evinə ziyan dəyib. Yol kənarında aşan ağac daha 6 nəfərin ölümünə səbəb olub. Bir çox bölgədə rabitə şəbəkələrində fasilələr yaşanıb.

100 milyon insanın həyatı təhlükədə

1 Dekabr 2017 11:34

İndoneziyada 100 milyona yaxın insanın həyatı risk altındadır. Yağışlar səbəbindən 60 milyon insan sel, 40 milyin insan isə uçqun təhlükəsi ilə üz-üzədir. Artıq riskli bölgələr üçün müəyyən hazırlıq işləri görülüb. Ölkədə yağışlı hava şəraitinin 3 ay davam edəcəyi nəzərə alınaraq yerli qurumlara fövqəladə vəziyyətlər üçün xəbərdarlıq edilib. Ölkə miqyasında təkcə noyabr ayı ərzində 545 uçqun və 689 torpaq sürüşməsi qeydə alınıb. Cava adasında Cempaka qasırğasından sonra baş verən torpaq sürüşməsi nəticəsində 27 nəfərin öldüyü bildirilir. Ümumilikdə isə qasırğa 4 min insanın həyatına təsir edib. Onların problemlərinin aradan qaldırılması üçün işlərə başlanılıb.

Dünyanın 6 məşhur tablosunda GİZLƏDİLMİŞ ŞİFRƏLƏR – VİDEO

1 Dekabr 2017 11:20

Dünyada ən çox araşdırma aparılan sahələrdən biri də tarixi tablolarla bu günümüzə qədər gəlib çıxan gizli şifrələrdir. Mono Lizanın gözlərindəki şifrənin Leonardo da Vincinin şifrəsi olduğu iddia edilsə də, hələ də bunun nə olduğu müəyyən edilməyib.

İŞİD-in ABŞ üçün yeni TERROR PLANI

1 Dekabr 2017 11:05

İŞİD ABŞ üçün ciddi terror planı hazırlayır. ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Kristofer Rey Konqresdə çıxışı zamanı İŞİD-in ölkə üçün potensial təhlükə olduğunu qeyd edib: “İŞİD və ölkədə gizli şəkildə fəaliyyət göstərən digər terror qruplaşmaları ölkəmiz üçün ən ciddi təhlükə mənbəyidir”.

Dünyanı mat qoyan BAKILI ALİM: Bizi yadplanetlilər yaradıb, atalarımız ölümsüz olub...

1 Dekabr 2017 11:04

Məşhur Amerika yazıçısı, sensasiyalı fikirlərilə dünya alimləri arasında bir çox mövzularda fikir ayrılığı yaradan Zəkəriyyə Sitçin 1920-ci il iyul ayının 11-də Bakı şəhərində doğulub. Hələ kiçik yaşlarında Fələstinə köçən yəhudi əsilli alim, əski, müasir ivrit və digər bir sıra dillərə yiyələnib, Yaxın Şərqin arxeologiyası, tarixi, eləcə də Əhdi-Ətiq ("İncil"in həcmcə daha böyük, birinci bölməsi) ilə bağlı bilgilər əldə edib. Ömrünün böyük hissəsini İsraildə jurnalist və redaktor kimi çalışan Sitçinin Nyu-Yorkun nüfuzlu dərgilərində əsərləri dərc olunub, kitabları işıq üzü görüb. Onun əsərləri hətta Brayl əlifbasına çevrilərək, eşitmə və görmə məhdudiyyətli insanların mütaliəsinə təqdim edilib. ABŞ televiziyası və radiosunda Zəkriyyə Sitçinin qeyri-adi nəzəriyyələrinə həsr olunan onlarla veriliş və sənədli film hazırlanıb.

Gürcüstanda marixuana qanuniləşdi

1 Dekabr 2017 09:54

Gürcüstanda marixuananın və çətənənin istehsalı, əldə edilməsi, saxlanılması və həkimin göstərişi olmadan istifadəsi cəzalandırılan cinayət hesab edilməyəcək. Ölkənin Konstitusiya məhkəməsi “Qirçi” partiyasının vəsatətini təmin edib. Partiyada məhkəmənin qərarını “tarixi” adlandırblar.

Rza Zərrab çıxdığı hər məhkəmə prosesində mükafatlandırılır

1 Dekabr 2017 09:45

ABŞ-la əməkdaşlıq edən və şahid olan Rza Zərrab dünən keçirilən məhkəmə prosesinə qısaqol köynək və üzərindən pencək geyinərərək iştirak edib. Dünənki məhkəmə presesində türk bankir Hakan Atillaya şahidlik edən Rza Zərrab geyimi ilə diqqət çəkib. Türkiyə mediasında “Rza şifrələri açdıqca mükafatlandırılır” fikirləri səsləndirilib.