Dünya
1551 terrorçu məhv edildi – 5 yaşayış məskəni azad edildi
Türkiyənin Afrində kçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1551 olub.Terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı isə 63-ə çatıb. Ötən gün Türkiyə Hərbi Qüvvələrinin Afrində Duraklı, Karri, Yuxarı Divan, Şarbanlı və Şedya kəndələrini nəzarət altına almaları barədə məlumat verilmişdi.
Hollandiya uydurma “erməni soyqırımı”nı tanımağa hazırlaşır
Hollandiya parlamenti 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri "erməni soyqırımı" kimi tanımağa hazırlaşır. Koalisiya hökumətinin ortağı olan Xristian Birliyi Partiyası (CU) tərəfindən gündəmə gətirilən bu təklif digər 3 hökumət partiyası tərəfindən də dəstəklənir. CU millət vəkili Joel Voordevind Hollandiyanın NOS telekanalına açıqlamasında parlament çoxluğunun eyni mövqedə olduğunu açıqlayıb. Parlament hökumətə aprelin 24-də İrəvanda keçiriləcək "soyqırımı anma mərasimi"nə ilk dəfə nazir səviyyəsində təmsilçi göndərməyi də təklif edəcək.
Yaxın Şərqi bombardman edən general erməni çıxdı
Erməni əsilli Cefri Xarriqyan ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığına rəhbərlik edir. Bunu “Armenian Proud” radiosuna müsahibəsində erməni biznesmen Mikayıl Tatoyan söyləyib.
An-148-dəki qəza öncəsi səs yazısı: pilotlar mübahisə edib...
Moskva ətrafında qəzaya uğrayan An-148 təyyarəsinin səs qeydlərinin deşifrə edilməsindən sonra pilotların təyyarənin uçuş sürətindəki problemin səbəbini başa düşmədikləri müəyyən olunub.
Perspektiv yox, bazar məhdud, alıcılıq aşağı... - Melkumyan
Ermənistanda inflyasiya probleminin həlli üçün sadəcə əhalinin gəlirlərini artırmaq lazımdır. Bunu Ermənistan parlamentinin İqtisadiyyat Komissiyasının iclasında çıxışı zamanı Çarukyan Blokundan olan deputat Mikayıl Melkumyan söyləyib.
Tillersonun gəlişi Türkiyədə etiraza səbəb oldu
ABŞ Dövlət katibi Reks Tillersonun Türkiyə səfəri etiraza səbəb olub. “Doğan” xəbər agentliyi bir qrup şəxsin etiraz məqsədi ilə Tillerson-Çavuşoğlu görüşünün keçirildiyi “Ankara Palas” önündə toplaşdığını yazıb. Etirazçılara polis müdaxilə edib, gözyaşardıcı qazdan istifadə edilib.
Ərdoğanın ən böyük rəqibi: general namizəd ola bilər
Prezident seçkilərində CHP-nin namizədi Türkiyə Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ ola bilər. Bu iddia ilə “Posta” qəzetinin köşə yazarı Nədim Şənər çıxış edib.
Dünyanın ən cəld və dəqiq heyvanı müəyyən edilib
Yer kürəsinin ən sürətli, çevik və dəqiq heyvanı müəyyən edilib. Məlumata görə, aparılan müşahidələr nəticəsində məlum olub ki, hörümçək-yengəclər (Selenops) 0,12 saniyə ərzində 360 dərəcə fırlanaraq öz qurbanına dəqiq zərbə endirə bilir.
İsveçlilər Türkiyəni seçdi
İsveçli turistlər bu il yaz istirahətləri üçün Türkiyəni seçiblər. Olaylar.az bildirir ki, bunu İsveçin məşhur turizm şirkəti Ticket açıqlayıb. Şirkətdən verilən xəbərə əsasən keçən illə müqayisədə bu il Türkiyəni seçən isveçlilərin sayında 83 faiz artım var. İsveçli turistlər artıq yanvar ayından otelləri “zəbt” ediblər.
“Ukrayna Rusiyaya qarşı müharibə elan edə bilməz”
“Rusiyanın hərbi təcavüzünə baxmayaraq Ukrayna heç vaxt Rusiyaya qarşı müharibə elan etməyib. Əgər nüvə dövləti ilə böyük ölçülü müharibə başlayarsa, Ukrayna özünü müdafiə edə bilməz”. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının baş katibi Aleksandr Turçinov deyib. O vurğulayıb ki, Budapeşt Memorandumuna əsasən Ukrayna nüvə silahından imtina etdi. Turçinov əlavə edib ki, bu gün Ukraynanın Rusiya kimi nüvə dövlətinə qarşı müqavimət göstərmək üçün silahı yoxdur.
İranda casus şəbəkəsi aşkar edildi
İranda casus şəbəkəsi aşkar edilib.Tehran şəhərinin prokuroru Abbas Cəfəri Dövlətəbadi keçirdiyi mətbuat konfransında deyib ki, həbs olunanlar İran əleyhinə casusluqda şübhəli bilinirlər və onların fəaliyyəti ciddi şəkildə araşdırılır. O qeyd edib ki, ekoloji problemlərlə məşğul olmaq adı altında İrana daxil olanlar strateji müəssisələrin yaxınlığında kameralar qurub müşahidə aparıblar. Onların məqsədləri İranın raket proqramı haqqında məlumat toplayıb xarici dövlətlərin kəşfiyyat orqanlarına ötürmək olub.
Onların həqiqi yaşlarını siz də öyrənin - FOTOLAR
Qatar relsdən çıxaraq yandı
ABŞ-da qatar relsdən çıxıb. Hadisə Vayominq dairəsində baş verib. Qatar relsdən çıxandan sonra yanmağa başlayıb.
Olimpiadada norovirusa yoluxanların sayı 244 nəfərə çatdı
Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən qış Olimpiya oyunlarında norovirusa yoluxanların sayı 244 nəfərə çatıb. Bu barədə "Los Angeles Times"in jurnalisti Neytan Fenno "Twitter"dəki mikrobloqunda bildirib.
Ərdoğan və Tillerson arasında görüş üç saatdan çox davam etdi - YENİLƏNDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ-ın dövlət katibi Reks Tillersonu qəbul edib. Görüşün 3 saat 15 dəqiqə davam etdiyi bildirilir. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. Türkiyə mətbuatının məlumatına görə, görüşün əsas müzakirə mövzuları ABŞ-ın Suriyada PYD və PKK-a dəstəyi, ikitərəfli münasibətlər, həmçinin beynəlxalq gündəm olub.














