Dünya

Polis "Taksim" meydanını əhatəyə aldı

16 Aprel 2018 15:16

Türkiyədə fövqəladə vəziyyət rejiminin müddətinin uzadılmasına görə İstanbulda gözlənilən etiraz aksiyası ilə əlaqədar polis "Taksim" meydanını əhatəyə alıb. Məlumata görə, hazırda polis istisnasız olaraq hamı üçün "Taksim" meydanına aparan yolları bağlayıb.

Stoltenberq: "Türkiyəyə təşəkkür edirik, Suriyanı isə cəzalandırmaq lazımdır"

16 Aprel 2018 14:44

Dinc əhaliyə qarşı kimyəvi hücumlar həyata keçirmiş Suriya cəzasız qalmamalıdır. Məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, Türkiyə NATO-nun üzvü qismində Suriyada hava əməliyyatlarının keçirilməsi ilə bağlı ABŞ-ın təklifini dəstəkləyib: "Biz bu addıma görə Türkiyəyə minnətdarıq. Türkiyə bizim üçün dəyərli müttəfiqdir".

Ağrıkəsici və yuxu dərmanları ilə bağlı xəbərdarlıq

16 Aprel 2018 14:41

Kəskin ağrıkəsici preparatlarla yuxu dərmanlarının birgə qəbulu sağlamlığa ciddi təhlükə yarada bilər. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın Stenford Universitetinin alimləri apardıqları tədqiqat nəticəsində bəyan ediblər.

İranda dollar alıb-satmaq qadağan edildi

16 Aprel 2018 14:38

İran Mərkəzi Bankı ölkədəki valyuta-dəyişmə məntəqələrinə ABŞ dolları da daxil olmaqla xarici valyuta alıb-satmağı qadağan edib.

Narkotacir polislər tutuldu

16 Aprel 2018 14:27

Ərzincanda magistral yolda yoxlama aparan polis əməkdaşları  polislərin idarə etdiyi bir avtomobildən 98 kiloqram heroin narkotik maddəsi tapıblar. Saxlanılan avtomobilin içindəki M.K polis vəsiqəsini təqdim edərək yoxlamadan boyun qaçırmağa cəhd edib. Ancaq şəxsin hərəkətlərindən şübhələnən polislər avtomobilin salonunda və baqajında axtarış aparıblar. Nəticədə baqaj bölümündəki gizli yerdə 98 kiloqram heroin tapılıb. Avtomaşındakı polis olan M.K və Y.Y həbs ediliblər.

Əhliləşməyən yeganə yırtıcı heyvan - canavarlar 

16 Aprel 2018 14:25

Onların baxışlarından "heyvanlığa" xas olmayan zəka süzülür. Yırtıcıdırlar, vəhşidirlər, ancaq təhrik edilmədikləri halda insanlara dişlərini qıcatmazlar. Qurdların əhliləşməklə araları yoxdur, azadlıqlarına çox bağlıdırlar. Ən hündür zirvələrə çıxmağı və ordan ətrafa nəzarət etməyi çox sevirlər. "Mərdlik" sözü onları ən yaxşı xarakterizə edən sözdür. Onlar azadlığın, hürriyyətin, cəsarətin, qəhrəmanlığın və çevikliyin simvoludurlar.

Ermənistanda hakimiyyət çevrilişi gözlənilir

16 Aprel 2018 14:22

Ermənistanda daxili siyasi vəziyyət ötən həftə sonundan etibarən yenidən gərgin atmosferə qədəm qoyub.  İşğalçı ölkədə cərəyan edən proseslər Serj Sərkisyana baş nazir postuna gedən yolda ciddi maneə yaradıb desək yanılmarıq. Vəziyyət kifayət qədər mürəkkəb xarakter daşıdığından ölkənin hüquq-mühafizə orqanları mümkün dövlət çevrilişi cəhdinə qarşı səfərbər ediliblər. Məlumata görə, əyalətlərdəki polis və hərbi birləşmələr də paytaxt İrəvana gətirilib. Hər halda etirazçıların Ermənistanın ictimai radosunun binasını ələ keçirmələri ciddi proseslərdən və hakimiyyət çevrilişi gözləntilərindən xəbər verir. Bəs görəsən ekspertlər bu barədə nə düşünür? Ermənistanda həftə sonundan başlanan etirazlar işğalçı ölkədə hakimiyyət çevrilişini mümkün edə bilərmi?

Suriyada III Dünya müharibəsi başlanır

16 Aprel 2018 14:10

Birləşmiş Ştatlar, Fransa və Böyük Britaniya gözlənildiyi kimi Suriyaya hərbi hücum etdi. 100-ə yaxın raket atılaraq Suriyanın strateji obyektləri hədəfə alındı. Amerika prezidenti Trampın tvitterde qeyd etdiyi kimi " Rusiya, hazır ol, raketlər gəlir" açıqlaması ötən gecə reallaşdı. Moskva bu hücumlara, raket zərbələrinə qarşılıq vermədi. Halbuki, Suriyada yerləşdirdiyi S-400 raketləri Birləşmiş Ştatların raketlərindən Bəşər Əsədi qorumaq üçün hədəflənmişdi.

Suriyaya raket zərbələri: Trampın sirləri Putinə çatdırdığı üzə çıxdı - “Əl-Cəzirə”dən sensasion İDDİA

16 Aprel 2018 14:02

Kreml ABŞ-ın və müttəfiqlərinin Suriyadakı obyektlərə zərbələrinin hədəfləri barədə məlumatı Dəməşqə, Tehrana, həmçinin Suriyada fəaliyyət göstərən “Hizbullah” qruplaşmasına ötürüb.

Paşinyan: "İclas parlament binasından kənarda olarsa, Yerevana nəzarəti ələ alacağıq"

16 Aprel 2018 13:45

Ermənistan Milli Məclisinin iclası parlament binasından kənarda olarsa, Yerevana nəzarəti ələ alacağıq. Bunu jurnalistlərə "Çıxış" blokunun parlament fraksiyasının rəhbəri, "Mənim addımım" təşəbbüsünün lideri Nikol Paşinyan deyib.

ABŞ-ın “B planı” və “Suud Neom Proyekti” – Suriya bombardmanının ŞOK PƏRDƏARXASI

16 Aprel 2018 13:39

Şimaldan Aralıq dənizinə çıxma planı Afrində çökən ABŞ cənubdan yeni dəhliz açmağı planlaşdırır. Aprelin 14-də Suriyanın bombardman edilməsi də bu planın ilk addımı kimi görünür.

Alimlər xoşbəxt nikahın sirrlərini açdılar: Gəlir az olanda sevgi-məhəbbət çoxalır...

16 Aprel 2018 13:11

Corciya universitetindən olan amerikalı tədqiqatçılar az gəliri olan cütlüklərin daha xoşbəxt olduqlarını aydınlaşdırıblar.  Alimlər bu nəticəyə gəliblər ki, ildə birlikdə 60 min dollardan az qazanan ər-arvad bir-birlərinin qayğısına daha çox qalırlar və ümumi büdcə yaradırlar.