Dünya
Yerevanda etirazçılar universitetə daxil olaraq tələbələri tətilə çağırırlar
Sabiq prezident Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı çıxan təqribən 100 nəfər Ermənistan Dövlət Universitetinin binasına daxil olaraq tələbələri etirazlara qoşulmağa çağırıb.
“12 il anamın kim olduğunu bilmədim” – Məşhur aparıcı həyatından danışdı
Türkiyəli məşhur aparıcı Burcu Əsmərsoy həyatının gizli məqamlarını hər kəsə açıqlayıb. Olaylar.az bildirir ki, aparıcı 12 il öz doğma anasına “xala” deyib. Burcu müsahibələrinin birində uşaqkən atası ilə anasının ayrıldığını, atasının və anasının ikinci dəfə öz həyatlarının yaşadıqlarını bildirib. Anasının ikinci həyat yoldaşının ailəsi mühafizəkar olduğundan qadın iki qızının olduğunu onlardan gizlədib. Məşhur aparıcı atasını və anasını heç zaman bağışlamayacağını qeyd edib.
Türkiyənin 81 vilayətində etiraz aksiyası keçiriləcək - NİYƏ?
Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) fövqəladə vəziyyətin müddətinin uzadılmasına etiraz olaraq ölkənin bütün vilayətlərində eyni zamanda etiraz aksiyası keçirəcək. Məlumata görə, aksiyalar aprelin 16-da, yerli vaxtla saat 12:00-da başlayacaq.
Vatikan polisi keşişi həbs etdi - Səbəb uşaq pornoqrafiyası
Vatikan polisi keşiş Karlo Alberto Kapellanı həbs edib. Keşişin həbsinə səbəb uşaq pornoqrafiyasını əks etdirən materiallar saxlaması olub. Bildirilir ki, daha öncə keşiş Müqəddəs Taxt-tacın ABŞ-dakı səfirliyində işləyib.
"Uşaqlar ölməsin" deyən qadın körpəsi ilə birlikdə həbs edilir
Ötən il "Bəyaz Şou"ya zəng vuraraq qalmaqala səbəb olan Ayşə müəllimə həbs edilib. O, canlı efirə bağlanaraq ölkənin cənub şərqində baş verən hərbi əməliyyatlara diqqət çəkmiş və ordunu silahsız insanlara qarşı zor tətbiq etməkdə ittiham etmişdi. Bunun ardından qadın haqqında "Terror təşkilatını müdafiə etmək" ittihamı ilə cinayət işi açılmış, aparıcı Bəyazit Öztürk isə tamaşaçılardan üzr istəmiş, həmin an özünü itirdiyini demişdi.
Dünyanı güldürən adam
Böyük Britaniyalı aktyor Londonda musiqiçi ailəsində doğulub. Çaplin öz karyerasına 5 yaşında olarkən "küçə uşağı" rolu ilə İngiltərə teatrlarından birində başlayıb.
Robotlar siyasətə gəlir
Yaponiyanın paytaxtdı Tokio şəhərində maraqlı hadisə baş verib. Beləki Al adlı robot bələdiyyə seçkilərinə namizəd olub. Digər namizədlərlə eyni hüquqlara malik olan robot, vətəndaşlara seçiləcəyi təqdirdə "Ədalətli və şəffaf idarəetmə" vəəd edib.
İrəvan sakinləri Sarkisyana qarşı - Etirazçılar yolu bağladılar
"Vətəndaş müqaviləsi" birliyi partiyasının şura üzvü Nikol Paşinyan tərəfdarları ilə birgə İrəvanda Baqramyan prospektini bağlayıb. Onlar yolun hərəkət hissəsində əyləşərək avtomobillərin hərəkətinə mane olurlar.
Rusiyada çörək zavodu yandı: ölən var
Rusiyanın Novokuznetsk şəhərində yerləşən çörək zavodunda yanğın baş verib. Yanğın nəticəsində zavodun 61 yaşlı qadın işçisi ölüb.
PKK terrorçularından hücum: 3 türk əsgəri ŞƏHİD OLDU
PKK terrorçuları Türkiyənin Şırnak Bestler-Dereler Kuyutepe hərbi bazasına hücum ediblər. Hücum nəticəsində 3 türk əsgərinin öldüyü, bir əsgərin yaralandığı deyilir.
Makron: "Suriyaya hücumla türkləri ruslardan ayırdıq"
Fransa, ABŞ və İngiltərənin Suriyaya birlikdə təşkil etdiyi hücum Türkiyə və Rusiya arasında fikir ayrılığına səbəb olub. Bunu Fransa prezidenti Emmanuel Makron söyləyib. Hücumun mükəmməl şəkildə həyata keçirildiyini qeyd edən Makron deyib: "Bu hücumla türkləri ruslardan ayırdıq. Türklər kimyəvi silahların istifadəsini qınadı".
ABŞ hərbçilərinin Suriyanı tərk edəcəyi vaxt açıqlandı
Ağ Ev amerikalı hərbçilərin tez bir zamanda Suriyanı tərk edəcəyini bəyan edib. ABŞ koalisiya qüvvələrinin Suriyada hərbi və iqtisadi öhdəlikləri öz üzərinə götürməsini gözləyir. Ağ Evin mətbuat katibi Sara Sanders deyib ki, ABŞ Prezidenti Donald Tramp da hərbçilərin tezliklə qayıtmasını istəyir: "Bununla belə, bölgədə terror qruplaşmalarının məhvi ən önəmli məsələ hesab edilir".
“Feysbuk”da Məhəmməd peyğəmbəri təhqir edən turist HƏBS OLUNDU
Birləşmiş Ərəb Əmirliklərinə gəzməyə gələn Hindistan vətəndaşı “Feysbuk”da Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün həbs olunub. Hindistanlı turist sosial şəbəkədə Məhəmməd peyğəmbərin karikaturasını paylaşıb. Karikatura 2017-ci ilin sentyabrında 34 yaşlı hindistanlı tərəfindən paylaşılıb. Bu barədə polisə onun həmkarı xəbər verib. Ötən ilin dekabrında Dubay məhkəməsi İslam dinini və Məhəmməd peyğəmbəri təhqir etməsi ittihamıyla Hindistan vətəndaşına 1400 ABŞ dolları məbləğində cərimə kəsmişdi.
Kişi satıcı qadını zorlamaq istəyərkən kameraya düşdü - VİDEO - FOTO
Ronaldodan ŞOK ETİRAF - Hələ də onu sevir -
“Real”ın ulduz futbolçusu Kristiano Ronaldo köhnə sevgilisi İrina Şeyklə bağlı şok sözlər deyib. “The Sun” nəşrinin iddiasına görə, portuqaliyalı hələ də Şeykə aşiqdir. Mənbənin xəbərinə görə, Ronaldo yaxın ətrafı ilə söhbətdə seksual model haqqında “Heyf ki, əlimdən qaçırtdım” ifadəsini işlədib. Qəzetə açıqlama verən Kristianonun yaxın dostlarından biri deyib: “İrinanı hələ də sevir, onunla belə ayrıldığı üçün çox üzülür”.














