Dünya
Aslıdan ayrılmaq Murada düşdü
Futbolçuların olduğu qatarda TƏCAVÜZ QALMAQALI - 19 yaşlı qızı...
Almaniyada qatarda təcavüz hadisəsi baş verib. Münhendən “Bavariya” ilə oyundan qayıdan Münhenqladbax “Borussiya”sının futbolçularının da olduğu qatarda bir qıza təcavüz edilib. Bu səbəbdən qatardakı bütün sərnişinlər polis nəzarətinə götürülüb.
Sərkisyanın başı dərddə - xalq “yox” deyir, parlament mühasirəyə alınır...
"Kral Feysəl" mükafatının builki qaliblərinin adları açıqlandı
Ərəb dünyasının nüfuzlu elmi “Kral Feysəl” mükafatının 2018-ci ildəki qaliblərinin adları açıqlanıb. Mükafat 1976-cı ildən İslam dünyasına və İslama xidmət edən şəxslərə, həmçinin riyaziyyat, kimya, fizika, biologiya kimi sahələrdə mühüm nailiyyətlər əldə edən elm xadimlərinə verilir. “Kral Feysəl” Ərəb dünyasının Nobeli də hesab edilir. Mükafat sertifikat, 200 qramlıq qızıl medal və 200 min ABŞ dolları həcmində puldan ibarətdir. Bu yaxınlarda Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində kral Salman 2018-ci ilin “Kral Feysəl" mükafatını sahiblərinə təqdim edib. Bu il İndoneziya, İordaniya, Tunis, ABŞ və Böyük Britaniyadan olan beş tədqiqatçı "İslama xidmət", "İslamşünaslıq", "Ərəb dili və ədəbiyyatı", "Tibb" və "Elm" kimi beş kateqoriya üzrə mükafatlandırılıblar.
Güclü zəlzələ
İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ olub. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Fövqəladə vəziyyət rejimini uzadıldı- Misirdə
Misir parlamenti ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzadıb. Beləliklə parlament ölkə prezidenti Əbdülfəttah əs-Sisinin aprelin 13-də imzaladığı fərmanı təsdiqləyib.
Suriyaya raket zərbələri: Trampın sirləri Putinə çatdırdığı üzə çıxdı
Kreml ABŞ-ın və müttəfiqlərinin Suriyadakı obyektlərə zərbələrinin hədəfləri barədə məlumatı Dəməşqə, Tehrana, həmçinin Suriyada fəaliyyət göstərən "Hizbullah" qruplaşmasına ötürüb.
Malidə BMT sülhməramlılarının bazasına hücum olub
Polkovnik oğlunun müəmmalı ölümü - Peterburqda nə baş verdi?
Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq
Braziliyada 272 kilo ağırlığında zümrüd tapılıb. Braziliyanın şimal-şərqindəki bir mədəndə 1.3 metr uzunluğunda 272 kq ağırlığında zümrüd tapılıb. Zümrüd 20 gün öncə Bahia əyalətində mədənçilər tərəfindən aşkarlanıb. Həmin bölgədə 2001-ci ildə 300 milyon dəyərində 292 kq tapılan zümrüddən sonra bu tapıntı 2-ci ən böyük tapıntı kimi qiymətləndirilir.
Alimlər izdihamlı yerlərdə səsləri ayırd edə bilən sistem hazırlayıb
Bir qayda olaraq, insanlar izdihamlı yerlərdə həmsöhbətinin səsini kifayət qədər yaxşı ayırd edə bilirlər. Lakin təəssüf ki, eyni sözləri kompüter barədə söyləmək olmaz. Ancaq "Google" şirkəti bu problemin aradan qaldırılması üçün yeni həll hazırlayıb.
Özcandan arvadına özəl hədiyyə
Övladını qucağına almaq üçün günləri sayan Özcan Dəniz həyat yoldaşı Feyza Denizi hədiyyə yağışına tutub. Özcanın arvadı və uşağı üçün 5 milyon lirəyə (təxminən 2,3 milyon manat) ev aldığı bildirilib. İndi isə aktyor xanımı üçün avtomobil alıb.
Rusiyada yol qəzasında dörd nəfər yanaraq ölüb
Türkiyə 2 şəhid verdi
Türkiyədə təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub. Hadisə Ağrı Dağı bölgəsində, Doğubayazit ərazisində baş verib.
Qərb Suriyanı məcbur edir: Yeni qətnamə
ABŞ, Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasına Suriyada kimyəvi silahın tədqiqatı ilə bağlı yeni qətnamə layihəsi təqdim ediblər. Bu barədə informasiyanı "Libertation" qəzeti yayıb. Qəzet yeni qətnamədə maneəsiz humanitar yardıma icazə verilməsi, atəşkəsin dərhal təmin edilməsi, Dəməşqin BMT rəhbərliyi altında sülh danışıqlarına qoşulması kimi tələblərin göstərildiyini bildirib. Qətnamədə həmçinin kimyəvi hücumla bağlı müstəqil araşdırmasının aparılması da tələb edilib.














