Dünya

Sərkisyan hökuməti İrəvandan çıxır - Gərginlik

15 Aprel 2018 13:34

Ermənistan hökuməti İrəvandan qaçmağa başlayıb. Bu barədə informasiyanı "Joxovurd" qəzeti yayıb. "İrəvanın mərkəzində keçirilən dördgünlük aksiyadan sonra etirazçılar bu gün Respublika Partiyasının Məlik Adamyan küçəsində yerləşən ofisi qarşısında aksiya keçirməyi planlaşdırırlar. Bu ofisdə partiya şurasının iclasının keçirilməsi və Serj Sərkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsi nəzərdə tutulub.

Da Vinçi klonlaşdırılır: alimlər onu yenidən dünyaya qaytaracaqlar

15 Aprel 2018 13:31

Alimlər son dövrün ən yeni texnologiyalarından istifadə edərək Da Vinçini yenidən həyata qaytarmaq niyyətindədirlər. Yaponiyalı mütəxəssislər bunun üçün şəkillərdə qalmış sonuncu biomaterialları incələmək istəyirlər. Saçlar və dəri toxumaları klonlaşdırmanın müvəffəqiyyətlə nəticələnməsinə kömək edə bilər.

İranın Suriyadakı hərbi bazasında partlayış olub, 20 nəfər ölüb

15 Aprel 2018 12:17

İranın Suriyanın Hələb şəhərinin cənubunda yerləşən təlim düşərgəsində güclü partlayış olub. Məlumata görə, CNN Türk hadisə yerindəki mənbələrinə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 20 nəfər həlak olub. Hadisə yerinə təcili yardım maşınları və xilasetmə heyəti cəlb olunub.

Almaniya və Fransadan Suriya ilə bağlı YENİ TƏKLİF

15 Aprel 2018 10:31

Almaniya və Fransa Suriyaüzrə danışıqlarda münaqişənin nizamlanmasını təmin edə biləcək nüfuzlu dövlətlərdən ibarət yeni formatın yaradılmasını təklif ediblər.

Ukraynada partlayış olub

15 Aprel 2018 10:30

Ukraynanın paytaxtı Kiyevdə partlayış olub. Məlumata görə, hadisə "Kiyevenerqo"nun binasının qarşısında baş verib. Polis insidentin səbəblərinin araşdırır. Hadisənin yerli vaxtla saat 00:40-da qeydə alındığı bildirilir.

Kanadada buzlu yağış çoxlu yol qəzası yaradıb

15 Aprel 2018 09:47

Kanadada buzlu yağışla əlaqədar 200-dən çox yol qəzası baş verib. Bu barədə "CBC" məlumat yayıb.

Ərdoğan və Putin arasında telefon danışığı olub

15 Aprel 2018 09:45

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla ABŞ-ın və müttəfiqlərinin Suriyaya raket zərbələrinin endirməsini müzakirə edib. Kremlin mətbuat xidməti bu barədə məlumat yayıb.Məlumatda deyilir ki, prezidentlər ABŞ və müttəfiqlərinin Suriyaya raket zərbələri endirməsi nəticəsində bu ölkədə gərginləşən vəziyyəti müzakirə ediblər. V.Putin qeyd edib ki, Qərb ölkələrinin bu cür addımları BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur.

Səudiyyə Ərəbistanı Suriyaya qarşı hərbi əməliyyata tam dəstək verdiyini açıqlayıb

15 Aprel 2018 09:44

Səudiyyə Ərəbistanı ABŞ, Britaniya və Fransa tərəfindən Suriyaya qarşı təşkil olunan hərbi əməliyyata tam dəstək verdiyini açıqlayıb. Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

İçki Nejat İşleri bu hala saldı - Foto

14 Aprel 2018 21:19

Aktyor Nejat İşler ötən gün İstanbulun Cihangir səmtində görüntülənib. Bir müddət əvvəl həkimlərin içkini qadağan etdiyi aktyor yenə sərxoş olub. Bir ara yıxılmaq təhlükəsi ilə üz-üzə qalan Nejat hətta özünə gülüb. İşler avtomobilin qapısını belə açmaqda çətinlik çəkib.

ABŞ Suriyanı növbəti zərbələrlə HƏDƏLƏDİ

14 Aprel 2018 21:14

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının iclasında Suriyanı yeni raket zərbələri ilə hədələyib. ABŞ rəsmisi növbəti dəfə kimyəvi silahdan istifadə qeydə alınacağı təqdirdə prezident Donald Trampın Suriyaya yeni zərbələr endirilməsi barədə əmr verəcəyini bildirib.

Pentaqon: "Heç bir raketimiz və təyyarəmiz vurulmayıb"

14 Aprel 2018 18:37

“Amerikalı hərbçilərin Suriyaya atdığı “Tomahawk” raketlərinin heç biri problemlə qarşılaşmayıb”. Bunu Pentaqonda keçirilən xüsusi brifinqdə ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahlar Komitəsinin nümayəndəsi, general-leytenant Kennet Makkenzi deyib. O, bütün raketlərin hədəfə çatıb-çatmadığı və texniki çatışmazlıqların yaranıb-yaranmadığı haqda suala cavabında “Tomahawk”ların hər hansı probleminin olmadığını söyləyib.