Dünya

Donald Tramp: “Missiya yerinə yetirildi”

14 Aprel 2018 18:30

ABŞ prezidenti Donald Tramp Suriya əməliyyatında qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini bildirib. D. Tramp bunu “Twitter”də yazıb.

Əsədi hücumdan saatlar öncə kim xəbərdar edib?

14 Aprel 2018 17:10

Suriyaya koalisiya qüvvələri zərbə endirməzdən əvvəl hərbi bazalar boşaldılıb. Bu sözlər ABŞ-ın Suriyaya qarşı həyata keçirdiyi əməliyyatdan sonra Əsəd rejiminin yaydığı rəsmi açıqlamada yer alıb. Əsəd rejiminin hərbi obyektləri qabaqcadan boşaltması onun hücum barədə məlumatlandırıldığı ehtimalını gündəmə gətirib.

Suriyaya atılan raketlərin dəqiq sayı və növü açıqlandı

14 Aprel 2018 17:05

ABŞ, Britaniya və Fransa ötən gecə Suriyaya hücum zamanı 103 raket atıb, onlardan 59-u “Tomahavk”dır. Bu barədə Rusiya Baş Qərargahının Suriyadakı Baş Operativ İdarəsinin general-polkovniki Sergey Rudskoy danışıb. Onun sözlərinə görə, Britaniya “4 Tornado” qırıcısı ilə hücumda “Storm Shadow” (Fırtına kölgəsi) raketlərindən istifadə edib.

Yıldırımdan Suriya açıqlaması: Doğrudur, amma azdır...

14 Aprel 2018 17:04

Türkiyənin Baş naziri Binəli Yıldırım koalisiya qüvvələrinin Suriyaya zərbə endirməsi məsələsinə münasibət bildirib. Yıldırım bu addımı dəstəklədiyini bəyan edib.

Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürüldü

14 Aprel 2018 16:42

Bu gün Ermənistanın hakim partiyası - Respublika Partiyasının icra orqanının toplantısı keçirilib. İclasda partiyanın lideri, sabiq prezident Serj Sarkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb. Partiya sədrinin müavini, baş nazir Karen Karapetyan bu vəzifəyə S. Sarkisyanın namizəd göstərilməsi təklifi ilə çıxış edib. Müzakirədən sonra təklif yekdilliklə qəbul olunub.

Yeni doğuş edən qadın ərinin qollarında öldü

14 Aprel 2018 14:34

Uzun müddətdir döş xərçəngindən əziyyət çəkən qadın xəstəxanada, ərinin qollarında dünyasını dəyişib. Hartlipul şəhərində doğulub-böyüyən Tracey Keers adlı 33 yaşlı qadın doğum etdikdən iki gün sonra vəfat edib. O, 35 yaşlı Stiven adlı ərinin sayəsində hamiləlik müddəti bitənə qədər sağ qalıb.

Məşhur şirkət buna görə əməkdaşlarını HƏBSƏ ATDIRDI

14 Aprel 2018 14:30

Əpl şirkətinin bir qrup əməkdaşı gələn il üçün planları ilə bağlı gizli məlumatı açıqlamağa cəhd edib. Şirkət rəhbərliyinin sayıqlığı nəticəsində həmin şəxslər məlumatı açıqlamadan tutulub.

Merkel: "Suriyada hərbi əməliyyat vacib idi"

14 Aprel 2018 14:25

Almaniya federal kansleri Angela Merkel ABŞ, İngiltərə və Fransanın Suriyada həyata keçirdiyi hərbi əməliyyata dəstək ifadə edib.  Merkel hərbi əməliyyatların uğurlu alındığını deyib: "Amerikalı, fransalı və britaniyalı müttəfiqlərimizin belə bir məsuliyyəti öhdələrinə götürdükləri üçün onları dəstəkləyirik. Əməliyyatlar hər kəsin Suriyada kimyəvi silah istifadəsinə diqqətini yönəltmək və Suriya hakimiyyət qüvvələrinin daha çox pozuntulara yol verməsinin qarşısını almaq baxımından vacib və ölçülü idi".

Məşhur kinorejissor vəfat etdi

14 Aprel 2018 14:13

Çex əsilli amerikalı kinorejissor, Oskar mükafatının ikiqat sahibi Miloş Forman 86 yaşında vəfat edib. Çex mediası rejissorun qısa sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini yazıb.

Misir ordusu 27 terrorçunu zərərsizləşdirdi

14 Aprel 2018 14:10

Misir ordusu Sinay yarımadasının şimalında davam etdirdiyi antiterror əməliyyatı çərçivəsində son bir neçə gün ərzində 27 terrorçunu zərərsizləşdirib. Məlumata görə, daha 115 nəfər terrorçuluq fəaliyyəti ittihamı ilə saxlanılıb.

Bəkir Bozdağ: "Hücumda İncirlik hərbi bazasından istifadə edilməyib"

14 Aprel 2018 14:06

"Suriya rejiminə qarşı başlanmış hərbi əməliyyatdan əvvəl Türkiyə bu barədə məlumatlandırıldı. Hücumda İncirlik hərbi bazasından istifadə edilmədi", - deyə Baş nazirn müavini Bəkir Bozdağ açıqlama verib.

Putin ABŞ-ı ittiham edib

14 Aprel 2018 14:04

"ABŞ və müttəfiqləri Suriyaya beynəlxalq hüquq normalarını pozaraq hücum ediblər". Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.