Misir ordusu 27 terrorçunu zərərsizləşdirdi
Misir ordusu Sinay yarımadasının şimalında davam etdirdiyi antiterror əməliyyatı çərçivəsində son bir neçə gün ərzində 27 terrorçunu zərərsizləşdirib. Məlumata görə, daha 115 nəfər terrorçuluq fəaliyyəti ittihamı ilə saxlanılıb.
14 Aprel 2018 14:10 DünyaMisir ordusu Sinay yarımadasının şimalında davam etdirdiyi antiterror əməliyyatı çərçivəsində son bir neçə gün ərzində 27 terrorçunu zərərsizləşdirib. Məlumata görə, daha 115 nəfər terrorçuluq fəaliyyəti ittihamı ilə saxlanılıb.
Qeyd olunur ki, "Sinay-2018" əməliyyatı bu ilin fevral ayında başlayıb. Əməliyyat müddətində 200-ə yaxın terrorçu məhv edilib, yüzlərlə şəxs saxlanılıb.
Bundan başqa, çoxlu sayda silah-sursat, partlayıcı maddə ələ keçirilib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31