Fövqəladə vəziyyət rejimini uzadıldı- Misirdə

Misir parlamenti ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzadıb. Beləliklə parlament ölkə prezidenti Əbdülfəttah əs-Sisinin aprelin 13-də imzaladığı fərmanı təsdiqləyib.

Misir parlamenti ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzadıb.

Beləliklə parlament ölkə prezidenti Əbdülfəttah əs-Sisinin aprelin 13-də imzaladığı fərmanı təsdiqləyib.

Misirdə fövqəladə vəziyyət rejimi ötən il İsgəndəriyyə və Tanta şəhərlərində baş verən iki terror aktından sonra tətbiq edilib. O zaman xristian kilsələrində törədilən partlayışlar nəticəsində 40-dan çox insan həyatını itirib. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31