Dünyanı güldürən adam

Böyük Britaniyalı aktyor Londonda musiqiçi ailəsində doğulub. Çaplin öz karyerasına 5 yaşında olarkən "küçə uşağı" rolu ilə İngiltərə teatrlarından birində başlayıb. 

Bu gün Çarli Çaplinin doğum günüdür

Böyük Britaniyalı aktyor Londonda musiqiçi ailəsində doğulub. Çaplin öz karyerasına 5 yaşında olarkən "küçə uşağı" rolu ilə İngiltərə teatrlarından birində başlayıb. 

Aktyor haqqında bir sıra maraqlı faktlar var:

Çaplin bir dəfə də olsun Oskar mükafatı almayıb.

4 dəfə evlənib və 11 uşaq atası olub.

Deyilənlərə görə, Adolf Hitler bığının formasını Çaplindən götürüb.

Çaplin ayaqlarını 20 min dollar dəyərində sığorta etmişdi.

Başqa ad altında Çaplinin oxşarları müsabiqəsində iştirak edib. Bir versiyaya görə aktyor müsabiqədə ikinci, birinə görə üçüncü, başqa versiyaya görə isə beşinci yeri tutub.

"Qadın istənilən kişi milyarderi milyonçu edə bilər" və "Mən fillərə nifrət edirəm: onlar çox güclü və sözəbaxandılar" məşhur fikirlərinin müəllifidir.

Albert Eyneşteynə, "Məni başa düşdükləri üçün alqışlayırlar, səni isə başa düşmədikləri üçün alqışlayırlar" deyən aktyor 25 dekabr 1977-ci ildə İsveçrənin Veve şəhərində vəfat edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31