Alimlər xoşbəxt nikahın sirrlərini açdılar: Gəlir az olanda sevgi-məhəbbət çoxalır...

Corciya universitetindən olan amerikalı tədqiqatçılar az gəliri olan cütlüklərin daha xoşbəxt olduqlarını aydınlaşdırıblar.  Alimlər bu nəticəyə gəliblər ki, ildə birlikdə 60 min dollardan az qazanan ər-arvad bir-birlərinin qayğısına daha çox qalırlar və ümumi büdcə yaradırlar.

Tədqiqat müəllifləri yaşı 24-dən 89-a kimi olan 3,5 mindən çox adamla sorğu keçiriblər və onları üç qrupa bölüblər: subaylar, nikahda olanlar, gənc ər-arvadlar. Məlum olub ki, tənha adamlar daha çox depressiyaya məruz qalırlar, nəinki uzunmüddətli münasibətdə olanlar. Tədqiqatçılar müəyyənləşdiriblər ki, nikahda xoşbəxtlik daha çox gəlirin səviyyəsi ilə bağlıdır: maraq doğuran odur ki, az təminatlı cütlüklərin daha xoşbəxt olduğu məlum olub.  Əvvəllər də məlum olmuşdu ki, evli insanlar və ya öz tərəfdaşı ilə yaşayanlar, bir qayda olaraq həyatdan daha çox ləzzət alırlar, nəinki tənhalar. Moderator.az RİA Novosti-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31