Dünya
Əsədin ailəsini gizlətdiyi ölkə ilk dəfə AÇIQLANDI
ABŞ, Fransa və İngiltərənin Əsəd rejiminə yönəlmiş hücumlarından sonra Suriyada bu rejimə yaxın ailələrlə keçirilən görüşdə Əsəd ailəsi ilə bağlı bəzi suallara cavab verib.
Ərdoğan: “Qərb terror təşkilatları üzərindən islam dünyasını ləkələməyə çalışır”
ABŞ-ın Avropa komandanlığı: "Suriyaya atılan bircə raket belə vurulmayıb"
Suriya və Rusiyanın hava hücumundan müdafiə qüvvələri ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada kimyəvi vasitələr istehsal edən obyektlərə buraxılan 100-dən çox raketin heç birini vurmayıblar.
Yerevanda gərginlik: polis gözyaşardıcı qazdan istifadə edib
Yerevanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin verilməsinə qarşı etirazlar davam edir.
“Suriyada 3 şeyi əldə etməyənə qədər çıxmayacağıq”
“Hədəf ABŞ ordusunun geri çəkilməsidir. Amma, Suriyada 3 şeyi əldə etməyənə qədər çıxmayacağıq”.
Məşhur müğənni plastik əməliyyat olundu?
Məşhur türkiyəli müğənni Sezen Aksu xəstəxanaya yerləşdirilib. Olaylar.az bildirir ki, ilk olaraq müğənninin ayağına sərt cismin batdığını və bu səbəbdən xəstəxanaya yerləşdirildiyi xəbəri yayılıb. Özəl xəstəxana otağında müalicə alan Sezen Aksunun plastik əməliyyat keçirildiyi və bunu hər kəsdən gizli saxladığı da qeyd olunur.
Tramp dəliyə döndü: Ən çox diplomat qovan bizik?
ABŞ-ın 60 rus diplomatı qovması qarşılığında Fransa və Almaniyanın hərəyə 4 diplomatı ölkədən xaric etdiyini öyrənən ABŞ Prezidenti Donald Tramp şiddətli şəkildə qəzəblənib.
Rus kəşfiyyatının şefi Balkanlarda peyda oldu
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşüb. Görüş Serbiyanın paytaxtı Belqradda baş tutub. Görüş zamanı tərəflər regional konfliktlərin həlli zamanı beynəlxalq hüquq normalarına əməl edilməsi gərəkdiyi bildirilib.
Yaxın Şərqdə Qərbin nə qədər ordusu var? – Araşdırma
Yaxın Şərqdə getdikcə gərginləşən vəziyyət fonunda bu ərazidə cəmləşən, Qərb və Rusiyanın maraqlarına xidmət edən silahlı qüvvələrin sayı barədə araşdırma aparılıb.
İrəvanda 100 minlik aksiya: barrikadalar quruldu - Canlı
İrəvanda bir neçə gündür davam edən aksiya gərgin müstəviyə keçib. Paşinyanın rəhbərlik etdiyi etirazçılar mərkəzi küçələrini tam qapadıb. Etiraz aksiyalarının əsas təşəbbüskarı olan Vətəndaş Müqaviləsi Hərəkatı Partiyasının lideri Nikol Paşinyan işlərinə tələsən erməni vətəndaşlarından onlara yaratdıqları maneədən ötrü üzr istəyib. Paşinyan bu narahatlığın Serj Sərkisyan hökumətinin narahatlığı yanında çox xırda bir şey olduğunu bildirib.
Türkiyə Yunanıstana xəbərdarlıq edib
Türkiyə Yunanıstana Egey dənizindəki mübahisəli adalarla bağlı xəbərdarlıq edib. Məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud ÇavuşoğluNATO baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında deyib ki, Egey dənizində Lozanna müqaviləsi ilə hansı ölkəyə aid olduğu müəyyənləşməyən kiçik adalar var.
NATO-dan gündəmi dəyişdirəcək BƏYANAT: “Bu, Rusiya və İrana…”
Suriyanın hökumət güclərinə qarşı keçirilən əməliyyat Rusiya və İrana açıq bir mesaj idi”. Bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib. “Əməliyyat Rusiya və İrana açıq mesaj idi və beynəlxalq ictimaiyyətin kənarda səssiz qalmayacağını göstərdi. Bu, kimyəvi silahların potensialını azaltmaq üçün keçirilən bir əməliyyat idi. Rusiya kimyəvi silah tətbiqi ilə bağlı istintaqa maneə törətdi”, - o bildirib. Hərbi alyansın rəhbəri NATO-nun Rusiya ilə siyasi danışıqlara qarşı olmadığını deyib.
Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqlənib
Ermənistanın hakim Respublika Partiyası və “Daşnaksutyun” partiyasının parlament fraksiyalarının birgə iclasındaSerj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb. Məlumata görə, iclas cəmi 5 dəqiqə çəkib. Ermənistan Respublika Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib ki, S. Sarkisyanın namizədliyi ilə bağlı səsvermə sabah parlamentdə keçiriləcək.
Amsterdam bələdiyyəsi kilsədə qondarma “erməni soyqırımı” lövhəsinin asılmasına görə məhkəməyə veriləcək
“Amsterdam bələdiyyəsini məhkəməyə verəcəyik”. Bunu Türkiyənin Vətən Partiyasının Hollandiya təmsilçisi Əhməd Uyar deyib. Əhməd Uyar bildirib ki, Amsterdam kilsəsinin divarına qondarma “erməni soyqırımı” lövhəsi yapışdırılmasının qarşısını almaq üçün müəyyən tədbirlər görüləcək.
Payızda genişmiqyaslı müharibə BAŞLAYACAQ: 260 minlik ordu HAZIRDIR
Rusiya Ukraynayla sərhəddə öz qoşunlarını gücləndirir və Ukraynanın sərhədlərində böyük müharibəyə hazır Rusiya qoşunu dayanır. Bu haqda Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov təhlükəsizlik üzrə 11-ci Kiyev forumunda danışıb.














